Hansı fəsilsiniz?
28.04.2022 [10:49]
MÜŞFİQƏ
Mövsümi dəyişiklik insanın psixi vəziyyətinə, enerjisinə, yuxu rejiminə, iştahına, qidalanma vərdişlərinə, eləcə də sosial həyatına təsir göstərir. İnsan fəsillər kimi dəyişkəndir. Onun iç dünyasını araşdırmaq üçün mütəxəssislər uzun müddət elmi tədqiqatlar aparıblar. Mütəxəssislərin fikrincə, insanların sevimli fəsli onun xarakterindən xəbər verir. Ya soyuq kimi sərt, ya da yaz kimi mülayim olurlar. Bəs siz hansı fəsilsiniz?
Yay insanları lider ruhlu olurlar
Hansı fəsli çox sevməsinə görə insanları psixotiplərə bölmək mümkündür. Psixoloq İlhamə Vəliqızı deyir ki, yay fəslini sevən insanlar lider ruhlu olurlar. Onlar təbiətcə çox yüksək keyfiyyətlərə malik, zəkalı və özlərinə əmin insanlardır: “Hamını öz enerjisinə cəlb edə bilən yay adamlarının dəqiq, uzaqgörən planları və ideyaları həmişə maraq doğurur. Liderlik keyfiyyətləri, insanları cəlbetmə xüsusiyyətləri sayəsində əhatələri geniş olur. Buna baxmayaraq, onlara qısqanclıq və paxıllıq hissi ilə yanaşanlar da az deyil. Yay insanları işlərini peşəkar icra etdikləri üçün rəhbərlərindən həmişə tərif eşidirlər. Həyatı daha rəngli və parlaq yaşamağı seçirlər. İnadkar olduqları üçün çox nadir hallarda güzəştə gedirlər. Öz istəklərinə həmişə çatırlar. Həyatdan nə istədiklərini yaxşı bilirlər. Çox rahat şəkildə problemləri həll edə, istənilən vəziyyətdən çıxış yolu tapa bilirlər”.
Payız insanları - dəyişkən xarakterli
Payız insanı yayın enerjisindən qışın soyuğuna aparan mövsümdür. Havaların dəyişməsi, günlərin qısalması insana bədbinlik hissi verir. Payız həm də bir az hüzn mövsümü kimi xatırlanır. “Payız fəslini sevənlər daha çox romantik insanlar olurlar” deyimi bir əfsanədir. Psixoloq belə deyir. Onun fikrincə, payızı sevən insanlar daha çox ciddi, qapalı və utancaq olurlar: “Onlar çox şeyi danışmaz, hər mühitə və hər insana uyğunlaşmazlar. Həyatlarına yeni insanları qəbul etməkdə tərəddüd edirlər. Səs-küylü mühiti sevməz, yeni insanları tanımağa cəhd etməzlər. Daha çox təklikdə qalmağa çalışırlar. Əsəb sistemləri isə çox zəifdir. Ona görə də depressiyaya meyilli olurlar. Payız gələn kimi depresiyaya düşürlər. Eynilə payız fəsli kimi dəyişkən xarakterli olurlar. Pozitiv ab-havadan əsəb moduna keçmələri anlıq məsələdir”.
Qış insanları çox düşünüb, az danışmağı sevirlər
Qış fəslinin gəlməsi ilə qaranlıq yavaş-yavaş ruhumuzu qucaqlayır. İnsan orqanizmi daha çox yuxuya ehtiyac duyur. Yuxu hormonunun çox olması ruhi vəziyyətimizə də təsir edir. Təcrübə göstərir ki, qışı sevən insanlar özləri də xaraktercə soyuq olurlar: “Həyatda özləri, öz prinsipləri üçün yaşayırlar. Eynilə payız insanları kimi qapalıdılar və səs-küylü ortamdan uzaq dururlar. Normadan artıq münasibəti, ünsiyyəti sevmirlər. Ətrafında özləri kimi düşünən insanları saxlamağa çalışırlar. Çox tələbkar və inadkar olduqları üçün qarşılarına qoyduqları məqsədə çatmağa çalışırlar. Onlar üçün ən böyük uğur işi icra etmək yox, vaxtında icra etməkdir. Bununla yanaşı, çox ehtiyatlı olurlar. Hər şeyə çox diqqətcil yanaşırlar. Mütəmadi olaraq insanları sınamağa çalışırlar. Çox düşünüb, az danışmağı sevirlər. Emosiyalarını cəmiyyət içində açıq göstərə bilmirlər. Bir sözlə, soyuq sevdikləri üçün özləri də soyuq olurlar. Hətta üz cizgilərinə də hopur. Amma bu o demək deyil ki, onlar daxildə həyəcan keçirmirlər. Nə yaşayırlarsa, iç dünyasında yaşayırlar. Bu ruh halı onların ətrafına da təsir edir”.
Yaz insanlarının dostluqları anlıq olur
Qışın bitməsi ilə insanın yuxu rejminin dəyişməsi və digər amillər onun əhvalına da təsir edir. Yaz bəzi insanlarda həyat eşqini oyatsa da, bəzilərinə pis təsir edir. Yaz insanları tez-tez depressiyaya düşməyə meyilli olsalar da, düşdükləri kimi çıxmağı da bacarırlar: “Sevimli fəsli yaz olanlar daha çox mülayim və şən insanlardır. Həyatın dərinliklərinə varmır, hər şeyə rahat baxırlar. Yəni qayğısızdılar. Özlərini xoşbəxt etməyi çox sevirlər. Özləri üçün tələbkardılar. Xaraktercə eqoist, təbiətcə romantik olurlar. Yaz kimi hər şey onlar üçün tez gəlib keçir. “Ər-arvadın savaşı, yaz gününün yağışı” fikri məhz bu insanlar üçün deyilib. Çox dəyişkəndilər və onların xarakterlərini tutmaq olduqca çətindir. Cüzi bir şey yetər ki, onları sevindirəsən. Qətifikirli deyillər. Ünsiyyəti, macəranı çox sevirlər. Hər hansı bir məsələdə təşəbbüskar olmurlar. Gözləyirlər ki, kimsə onun əvəzinə qərar versin. Əhvalları çox vaxt müsbət olur. İnsanlarla ünsiyyəti çox sevirlər. Dostluq etməyi sevsələr də, təəssüf ki, uzun müddət çəkmir”.
Vivaldinin hansı fəslisiniz?
Belə bir məşhur deyim var ki, ruhunuzun fəslini tapmaq istəyirsinizsə, Vivaldini dinləyin. Onun əsərlərini dinləmək ilin dörd fəslini duymaq kimidir. Venesiyadan dünyaya səs salmış bu klassik əsərdən əbəs yerə söz açmadıq. Vivaldinin şah əsəri ilə insan ruhunu incə tellər bağlayır. Burada Yaz və Payız simfoniyaları təbiət hadisələrini, Yay və Qış simfoniyaları isə ümidsizlik və narahatlıq duyğularını təsvir edir. Dinlədikcə yazın ilıq nəfəsini, baharın gəlişini, quşların cəh-cəhini, axar suların şırıltısını, qışın isə dondurucu soyuğunu aydın duymaq olur. Bəstənin hər bir notunda düşüncələr çırpınır. Onun sehrinə qapılıb öz ruhuna yaxın fəslinin axtarışına çıxırsan. Bəs siz Vivaldinin hansı fəslisiniz?
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

