“Allah türk xalqına bir daha istiqlal marşı yazdırmasın”
13.05.2022 [10:52]
Qorxma, sönməz bu şəfəqlərdə üzən al bayraq;
Sönmədən yurdumun üstündə yanan ən son ocaq.
O mənim millətimin ulduzudur, parlayacaq;
O mənimdir, o mənim millətimindir ancaq.
101 ildir ki, qardaş Türkiyə əl-ələ, çiyin-çiyinə, səs-səsə şanlı tarixini “İstiqlal marşı” ilə qarşılayır. Türkiyə Cümhuriyyətinin müstəqilliyinin simvolu olan “İstiqlal Marşı”nın sözləri böyük Vətən şairi, Qurtuluş savaşının ən parlaq simalarından olan Mehmet Akif Ərsoya məxsusdur. Marşa əvvəlcə Osman Zəki Üngör (1924), sonra isə Əli Rıfat Çağatay (1930) musiqi bəstələyib.
Əsər Türkiyə ərazisinin xeyli hissəsinin itirildiyi, ölkənin gələcək taleyinin Anadoluda gedən döyüşlərdə həll olunduğu dövrdə yazılıb. Vətən övladlarının xoşbəxt gələcəyini istiqlalda görür və şairin inamı tezliklə özünü doğruldur:
Çatma, qurban olum, çöhrəni ey nazlı hilal!
Qəhrəman xalqıma bir gül!
Nə bu şiddət, bu cəlal?
Sənə olmaz tökülən qanlarımız sonra halal...
Haqqıdır, haqqa tapan, millətimin istiqlal!
İstiqlal marşının çox maraqlı tarixçəsi var. Belə ki, 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin açılması ilə bu ölkənin “Hakimiyet-i Milliye” qəzetinin 1920-ci il 25 oktyabr buraxılışında Dövlət Himninin yazılması ilə bağlı müsabiqə elan edilir. Şeiri məqbul görülən şəxsə 500 türk lirəsi mükafat veriləcəyi deyilir. Mehmet Akif Ərsoy milli marşın müsabiqə yolu ilə seçilməsini düzgün hesab etmədiyi üçün yarışmaya qatılmır. Yarışmaya qatılan 724 şeirin heç biri himn üçün uyğun sayılmır.
Bu hadisədən sonra Mehmet Akif Ərsoyun “Bizim Qəhrəman Ordumuz” adlı şeiri 12 mart 1921-ci il tarixli iclasda Türkiyə Böyük Millət Məclisi tərəfindən himn olaraq qəbul edilib. Mehmet Akif Ərsoy müsabiqə mükafatı üçün nəzərdə tutulmuş 500 lirə mükafatı almaq istəmədiyini və bu vəzifəni ordu və millət üçün yerinə yetirdiyini deyib: “O şeir artıq mənim yox, millətindir. Allah bu millətə bir daha İstiqlal Marşı yazdırmasın”.
Şair İstiqlal savaşının mənəvi sütunlarından biridir və bütün şeirlərini ürəyinin hökmü ilə yazıb. Şairə görə, sahibi olan məmləkət heç vaxt məğlub olmaz. Məmləkətin, millətin çətin günündə meydanda sinəsini sipər edən igidləri varsa, o ölkənin işğalı mümkün deyil. Türkiyə yoxluq içindəykən əynində paltosu belə olmayan böyük Vətən şairini sayğı və minnətlə anırıq.
Böyük Atatürkün türk məhmətcikləri ilə yenidən yaratdığı müstəqil Türkiyə Respublikası 1923-cü il oktyabrın 29-da dünyaya bəyan edildi. Mehmet Akif Ərsoyun yazdığı İstiqlal marşı ilə ay-ulduzlu bayraq yüksəklərə qaldırıldı. Sabahı gün Türkiyə qəzetləri şairin bu sözləri ilə başlayırdı: “Allah türk xalqına bir daha istiqlal marşı yazmağı nəsib etməsin”.
Bu şeir indi Türkiyə və Şimali Kipr Türk cümhuriyyətlərinin dövlət himnidir. Dövlət və hərbi tədbirlərdə, eləcə də milli festivallarda, bayramlarda, idman tədbirlərində və məktəb mərasimlərində mütəmadi olaraq eşidilir. Bu gün Türk bayrağı, Atatürkün fotoşəkili və çərçivələnmiş İstiqlal Marşı bütün türk sinif otaqlarının divarlarını bəzəyir. 1983-1989-cu illərdə buraxılmış 100 lirəlik əskinaslarının arxasında marşın ilk dörd misrası əks olunub.
Vətən müharibəsində böyük ruh yüksəkliyi yaratdı
Hər birimiz onu İkinci Qarabağ müharibəsinin ən qızğın çağlarında Mehmet Akif Ərsoyun “İstiqlal Marşı”ndan səsləndirdiyi misralara görə tanıdıq. Osmanlı əsgəri görünüşlü gəncin o məşhur çıxışı internetdə yayılandan sonra az qala, zəfər himninə çevrilmişdi. Bütün türk dünyası bu cəsur əsgərimizdən danışırdı. Söhbət sözügedən marşı səsləndirən Vətən müharibəsi qazisi Hüseynov Murad İlqar oğlundan gedir. Qəlbləri fəth edən qazi Murad o anı belə xatırlayır: “İkinci Qarabağ müharibəsinin 10-cu günündə Türkiyənin “A Haber” kanalı bizdən müsahibə alırdı. Könlümdən “İstiqlal Marşı”nı oxumaq keçmişdi. Mənə bu şeiri Aprel döyüşlərində əsgər yoldaşım öyrətmişdi. Şeiri dedikdən sonra döyüş yoldaşlarım, komandir heyəti məni alqışladı. Gördüm ki, əsgərlərimizdə ruh yüksəkliyi yaratdı. O şeiri deyən günün axşamı irəlilədik”.
Ben ezelden beridir hür yaşadım, hür yaşarım.
Hangi çılgın bana zincir vuracakmış? Şaşarım!
Kükremiş sel gibiyim; bendimi çiğner, aşarım,
Yırtarım dağları, enginlere sığmam, taşarım.
Arkadaş! Yurduma alçakları uğratma sakın,
Siper et gövdeni, dursun bu hayasızca akın.
Doğacaktır sana vadettiği günler Hakk’ın,
Kim bilir, belki yarın belkiyarından da yakın.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

