111 əvvəl “Titanik” suya buraxılmışdı
02.06.2022 [10:52]
MİKAYIL
1912-ci ildən 110 il ötsə də, sirlərini özü ilə bərabər mavi okeanın sularına qərq edən “Titanik” gəmisi haqqında fərziyyələr səngimək bilmir. Kimisi gerçəklikdən uzaq olduğunu, kimisi isə gəminin batmasının “planlı cinayət” olduğunu iddia edir. İllərdir suallar öz cavabını tapmır.
Tarixi mənbələrə görə, 1912-ci ilin 14 aprel tarixində “Titanik” gəmisi Atlantik okeanda aysberqlə toqquşaraq batması nəticəsində göyərtədə olan 2224 sərnişin və ekipaj üzvündən 1513-ü həlak olub. Aprelin 14-dü saat 23:40-da aysberqlə toqquşub və 2 saat 40 dəqiqədən sonra batıb.
“Titanik” buzdağının qaranlıq üzünə doğru yaxınlaşırdı. Havada külək yox idi və okean olduqca sakit idi. Bütün bu amillər buz dağının lap əvvəldən görülməsini əngəlləyirdi. Beləliklə, dünyanın ən böyük buxarılı sərnişin gəmisi, göz görə-görə fəlakətə gedirdi.
Britaniyanın öz dövrünün ən nəhəng sərnişin gəmisi sayılıb. Nə az, nə çox 26 aya inşa edilib. 1911-ci il mayın 31-də bu nəhəng gəmi suya buraxılıb. Gəminin 2 il 2 ay inşası zamanı 8 işçi dünyasını dəyişib, 246 nəfər işçi isə müxtəlif xəsarətlər alıb. Gəminin tikilməsinə $7,5 milyon vəsait xərclənib. 1997-ci ildə çəkilmiş filmə isə $200 milyon pul xərclənib. 2 milyard $-dan çox gəlir götürən bu film kinemotoqrafiya tarixinin ən gəlirli və yaddaqalan filmlərindəndir. Film 11 Oskar mükafatına layiq görülüb.
Yazıçı Morqan Robertson “Boşluq... və ya Titanın məhvi” adlı bir kitabında Atlantik okeanda buzdağına çırpılıb batan Titan gəmisindən bəhs edib. Maraqlısı budur ki, Titan “Titanik”in batmasından nə az, nə çox 14 il əvvəl yazılıb. “Titanik” faciəsində baş verən süjet xətti “Titanik” əsəri ilə bütünlükdə üst-üstə düşür. Daha sonra yazıçı otellərin birində ölü tapılır. Morqan uzun müddət təqib edilib, əsər müəyyən müddətdən sonra satışdan çıxarılıb. Bu hekayəni oxumaq, az qala, hər kəsə qadağan edilir və ələ keçirilən əsərlər yandırılaraq yox edilirdi. Bunların səbəbləri isə hələ də naməlum olaraq qalır. Belə olan halda Morqanın ölümü haqlı olaraqdan hər kəsdə şübhə yaradır. Deməli, Morqanın ssenarisi əsasında 14 il ərzində mükəmməl bir gəmi - Əfsanəvi “Titanik” yaradıldı? Buna qısaca “planlı ölüm” demək olarmı? “Titanik”dən başqa heç bir gəmi aysberq ilə toqquşaraq batmayıb.
Kifayət qədər siyasi və ictimai səbəbləri özündə gizlədən gəmi sonda dahi rejissor Ceyms Kameronun maraq dairəsinə keçir. 1997-ci ildə Leonardo Di Kaprio və Keyt Uinsletin iştirak etdiyi əfsanəvi filmi çəkir. Filmin rejissor işi olduqca güclüdür. Hətta aktrisa Keyt Uinslet 1912-ci ildə yaşamış Rouz Devit Buketerin demək olar ki, bənzəridir. Sadəcə, Cek Douson Leonardo qədər yaraşıqlı deyil. Qeyd etdiyimiz kimi, yüksək peşəkarlığına görə “Titanik” filmi 11 dəfə Oskar mükafatına layiq görülüb. Buna səbəb daha çox faciənin reallıq əsasında qurulmasıdır. 2000-dən çox sərnişinin ölümü sözün həqiqi mənasında tükürpədici faktordur. Gəminin batmasının 100-cü ildönümü dünya miqyasında qeyd olunub.
Bu gün bu tarixi faciənin - batan gəminin hər parçası dünya dövlətləri üçün olduqca əhəmiyyətlidir. Əksər ölkələrdə “Titanik”ə həsr olunan muzeylərə rast gəlmək mümkündür. Məkanların əksər hissələri “Titanik” gəmisinin iç dekorasiyasına bənzər şəkildə düzəldilib. Həmin muzeylər sayəsində bir əsr sonra da milyonlar qazanılır. Zaman keçsə də, bu gəmiyə aid sirlər açılmamaqda israrlıdır. Əsl həqiqəti isə zaman özü aşkar edəcək.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

