Süd Yolunda yadplanetli sivilizasiya məskunlaşa bilər
02.06.2022 [10:54]
Nicat
Süd Yolu on minlərlə potensial yaşayış ola bilən planetləri özündə ehtiva edir. Onlardan dördü fürsət yaranarsa, Yer kürəsini işğal etməyə hazır olan düşmən yadplanetli sivilizasiyalardır. Beləliklə, insanların yadplanetlilərin aqressiyası ilə üzləşmə ehtimalı nəhəng asteroidin Yer kürəsini məhv etməsi ehtimalından iki dəfə azdır. Belə bir fikri bu yaxınlarda 1970-ci illərdə çəkilmiş yadplanetlilərin “Vay!” (“Wow!”) siqnalının mümkün mənbəyinə işarə edən məqaləsi ilə məşhurlaşan həvəskar astronom Alberto Kabalero bildirib. Onun yeni məqaləsi “arXiv.org” elektron saytında dərc olunub və hələ də peşəkar ekspert rəyindən keçməyib. Hazırda İspaniyanın Viqo Universitetində doktorantura pilləsinin tələbəsi olan və münaqişələrin həlli üzərində işləyən Kabalero araşdırmalarını bəşər tarixinə əsaslandırıb.
O hesab edir ki, onun qiymətləndirməsi yaxınlıqdakı yaşayış olduğu ehtimal edilən planetlərə ulduzlararası radio mesajlarının göndərilməsi ilə bağlı müzakirələr üçün başlanğıc nöqtəsi ola bilər.
“Bu məqalə Kardaşev miqyasında I tip sivilizasiyaya çevrildikdən sonra bir insan sivilizasiyası olaraq yaşayış üçün əlverişli ekzoplanetə hücum etmək və ya işğal etmək ekstrapolyasiya (ekstrapolyasiya cisim və ya hadisələrin hər hansı bir hissəsi ilə bağlı çıxarılan nəticələrin obyektlərin və ya hadisələrin bütün toplusuna, habelə onların hər hansı digər hissəsinə ötürülməsidir) etməklə, düşmən yerüstü sivilizasiyaların yayılmasını qiymətləndirməyə çalışır, yəni ulduzlararası səyahət edə bilir, Kaballero yazır. “Hesablama ötən əsrdəki işğalların dünya tarixinə, bu münaqişələrdə iştirak edən ölkələrin hərbi imkanlarına və enerji istehlakının qlobal artım tempinə əsaslanır”.
Kabalero 1915-2022-ci illər aralığında qonşularını işğal edən ölkələrin sayını hesablamaqla başladı. Bu dövrdə dünyanın 195 ölkəsindən 51-i hər hansı işğala məruz qalıb. ABŞ bu siyahıda 14 işğalla birinci yerdədir. Kabalero daha sonra hər bir ölkənin işğala başlama ehtimalını həmin ölkənin dünya hərbi xərclərindəki payına əsaslanaraq qiymətləndirdi: Birləşmiş Ştatlar dünya hərbi xərclərinin 38%-i ilə yenidən birinci yerdə idi. Buradan tədqiqatçı hər bir ölkənin münaqişəyə səbəb olma ehtimalını əldə edib. Bu modelə uyğun olaraq insanların yaşaması mümkün olan başqa bir planetə hücum etmə ehtimalı hazırda 0,028% təşkil edir. Lakin bu ehtimal bəşər sivilizasiyasının hazırkı vəziyyətinə aiddir və insanlar hazırda ulduzlararası səyahət etmək qabiliyyətinə malik deyillər. Məlumatda o da diqqətə çatdırılır ki, əgər texnoloji tərəqqinin hazırkı tempi davam edərsə, o zaman ulduzlararası səyahət daha 259 il qeyri-mümkün olaraq qalacaq. İstilaların tezliyinin son yarım əsrdə olduğu kimi - ildə orta hesabla 1,15% - azalmağa davam etdiyini fərz etsək, yer kürəsinin ulduzlararası sivilizasiyaya çevrildiyi 259 ildə başqa bir planetin işğalı ehtimalı 0,0014% olacaq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39

