Dondurma haqqında qandonduran faktlar
08.06.2022 [10:37]
Nicat PAŞA
İsti yay günlərinin əvəzolunmaz ləzzətlərindən biri də dondurmalardır. Dondurmanın tarixi olduqca qədimdir. Belə ki, dondurmanın tarixinin dörd min ildən çox olduğuna dair fikirlər var. Eramızdan iki min il əvvəl qədim Çində süfrədə dondurmanı xatırladan desertlər verilirdi - portağal, limon və nar dilimləri ilə qarışdırılmış qar və buz. Reseptlər və saxlama üsulları yalnız eramızdan əvvəl XI əsrdə “Şi Jing” kitabında açıqlandı. Soyudulmuş (dağlardan və buzlaqlardan gətirilən qar və buzla) şərablar, şirələr, süd məhsulları və onların qarışıqları qədim yunanlar və farslar tərəfindən istifadə edilirdi. Bunun üçün buz və dondurulmuş qidaları qorumaq üçün xüsusi yaxçalar tikilirdi. Məlum olan növlərdən biri də “Akutak”dır. Bu, giləmeyvə, ət və piydən hazırlanmış Eskimo dondurmasıdır.
Dondurmanın ilk məlum nümunələrindən digəri - Falude eramızdan əvvəl V əsrdə ortaya çıxdı. Sözügedən dondurma qızılgül suyu, əhəng şirəsi, bəzən də üyüdülmüş püstə ilə dondurulmuş qida nişastasından ibarətdir. Avropanı dondurma ilə ilk tanış edən Marko Polodur. O, 13-cü əsrdə Çindən ilk reseptləri gətirib. Eyni zamanda, Polo buzun faydalı xüsusiyyətləri ilə bağlı kitab da yazıb.
Müasir formada dondurma Rusiyada XVIII əsrdə ortaya çıxdı. “Ən Yeni və Tam Kulinariya” kitabında (1791) dərc edilmiş onun hazırlanması reseptinə qaymaq və yumurta ağları, şokolad və limon, qarağat və zoğal, moruq, albalı və portağal daxildir. Tadeus Bulqarin “İvan Vıjigin” (1829) romanında “Venesiya” dondurması haqqında yazır. Sənaye miqyasında dondurma XIX əsrdə istehsal olunmağa başladı. İlk dondurma fabriki 1851-ci ildə ABŞ-ın Baltimor şəhərində yaranıb. Dünyanın ilk ixtisaslaşdırılmış dondurma salonu 1945-ci ildə ABŞ-da Qlendeyl şəhərində yaranıb və o vaxtdan bəri bütün dünyada dondurma istehsalçıları zəncirinə (və ən böyük fast food şəbəkələrindən birinə) çevrilmiş Baskin Robbins zəncirinin başlanğıcı oldu. Şəbəkə dünya üzrə mindən çox dondurma çeşidi təklif edir.
Olduqca dadlı və ləzzətli olan dondurmalar barədə həm də bəzi təhlükəli, qandonduran faktlar mövcuddur. Belə ki, əksər hallarda bu şirin məhsuldan dadmaq insan həyatı üçün böyük təhlükəyə yol aça bilər.
Bu gün ölkəmizdə də alıcılar üçün bazarda xeyli sayda dondurma çeşidləri təklif olunur. Bəs dondurma həvəskarları nələrə diqqət etməlidirlər? Hansı təhlükələrlə üz-üzəyik?
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Yeni Azərbaycan” qəzetinə açıqlamasında dondurma seçimində diqqət yetirilməli məqamlar haqqında danışıb.
“İstehlakçılar bilməlidirlər ki, dondurma yüksək kalorili süd məhsuludur. Dondurmanı dilin üzərinə qoyduqda qaymaq dadı verməlidir. Lakin biz dondurmanı yedikdə boğazda acılıq hiss ediriksə, bu o deməkdir ki, standartların əksinə olaraq, dondurmanın yağlılığını artırmaq üçün onun tərkibinə marqarinlər, bitki yağları qarışdırılıb. Dondurmanı ağıza qoyduqda dilimizə buz qəlpələri toxunursa, deməli bu, çirklənmiş dondurmadır. Yəni bu, o zaman çirklənmiş olur ki, o, ilk istehsalda dondurulur və sonradan hansısa səbəbdən + dərəcəyə məruz qalaraq əriyir, yenidən dondurulur. Bundan zəhərlənmələr də ola bilər. Məlumdur ki, dondurmaların bir hissəsi bükülür. Yeyinti məhsulları haqqında qanunun tələblərinə görə, dondurmanın bükülüşündə, yəni etiketində istehsal müəssisəsi, onun rekvizitləri, malın buraxılma və son istifadə tarixləri və s. göstərilməlidir. Əgər dondurmanı alanda görürlərsə ki, onun qabığı əzilibdir, əyridir bu o deməkdir ki, bu dondurmalar artıq temperatura məruz qalıb və artıq yararsızdır”.
Mütəxəssis xatırladıb ki, ölkəmizdə 20-dən çox dondurma istehsalçısı var: “2011-ci ildə ABŞ İnkişaf Agentliyi - USAİD Azad İstehlakçılar Birliyinə müraciət etdi və Azərbaycan istehlakçılarını qida təhlükəsizliyi nişanını təsis etdik. Həmin nişanı bir neçə müəssisəyə şamil etməli idik. USAİD mütəxəssisləri ilə birgə bunu yalnız bir dondurma sexinə şamil edə bildik, bu da “İceland” istehsalçısı idi. Digərlərini tapa bilmədik. Bu gün də istənilən ictimaiyyət nümayəndəsi adını çəkdiyim müəssisəyə daxil olub oradakı vəziyyətlə tanış ola bilər. Lakin harada və necə gəldi dondurma istehsal edənlər var. Baxmayaraq ki, AQTA əsasnaməsində qeyd olunur ki, qida istehsalı zəncirində iştirak edən hər bir hüquqi və fiziki şəxs tarladan və ya fermadan istehlakçının masasına qədər qidanın çatdırılmasında soyuq zəncir prinsipinə əməl etməklə bərabər, həm də AQTA-nın nəzarəti altında olmalıdır. Amma dondurma istehsalçılarının bir hissəsi nəinki nəzarət altındadır, ümumiyyətlə heç bir qeydiyyatdan keçməyiblər”.
“Bir sözlə, bəziləri Azərbaycan hökumətinin biznes qurumlar üçün yaratdığı heç bir ölkədə olmayan son dərəcə rahat şəraitdən sui-istifadə edir, bazara keyfiyyətsiz dondurmalar çıxarırlar.
Dondurmalar istehsal edildikdən sonra 30 gün -20, -25 dərəcədə temperaturda dondurucuda saxlanılmalıdır. Bundan sonra satışa çıxarıldıqda anbarlarda -18 dərəcə temperaturda 5 gün saxlanıla bilər. Dondurmanın tərkibində yağlılıq nə qədər çox olarsa, saxlanma imkanları o qədər artır. Vətəndaşlarımız əsasən meyvəli dondurmalarla daha diqqətli olsunlar. Çünki zəhərlənmə halları olur. Tövsiyə edirəm ki, dondurma alarkən istehlakçılar hər hansı bir şübhə ilə rastlaşarlarsa, 1003 qaynar xəttinə zəng etsinlər”, - deyə E.Hüseynov fikirlərinə əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56

