ÜST çağırış etdi
15.07.2022 [10:16]
Ekspert: Qapalı məkanlarda maskadan istifadə məcburi ola bilər
Son günlərdə Avropa regionunda koronavirusun yeni ştammlarına yoluxma hallarının artması müşahidə olunur. Xatırladaq ki, təxminən may ayının ortalarından başlayaraq qrip simptomları ilə müşayiət olunan xəstəlik yayılmışdı. Hazırda götürülən testlərin sayı artdıqca koronavirusa yoluxmada da artımlar qeydə alınır. Koronavirusun “omikron” ştammının yeni mutasiyaları isə bütün dünyada yayılmağa davam edir.
G.QABİLQIZI
Ötən gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələri pandemiya ilə mübarizə üçün maska rejiminə qayıtmağa çağırıb. ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus COVID-19 infeksiyasına yoluxma sayının artmaqda davam etməsindən narahatlığını dilə gətirib. Bildirib ki, yeni infeksiya epidemiyası onsuz da bu sahə ilə məşğul olan səhiyyə sistemlərinə və tibb işçilərinə əlavə təzyiq göstərir.
Sağlamlığa Xidmət İctimai Birliyinin icraçı direktoru, ictimai səhiyyə üzrə ekspert Pərvanə Vəliyeva “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bir çox qonşu ölkələr qapalı məkanlarda hələ də maskadan istifadəni ləğv etməyib: “İndi istirahət mövsümüdür, turizmin qızğın vaxtıdır, insanlar səyahət edirlər, ölkədaxili və ölkəxarici çox sayda yerdəyişmə qeydə alınır. Bu səbəbdən COVID-19 virusunun yayılması üçün münbit şərait yaranır. Virus yükünün nisbətən yüksək olduğu ölkələrdən ölkəmizə çoxsaylı səyahətlər olur”.
Ekspertin sözlərinə görə, ÜST bir müddət öncə pandemiyanın yeni mərhələsinin başladığını elan etmişdi: “O zaman da yoluxma hallarının sayının tədricən artacağı və 4-cü doza vaksinlərin gündəmə gələcəyini bildirmişdi. Proqnozlar deyəsən özünü doğruldur. Maskadan istifadə təbii ki, vətəndaşların xeyrinədir. Qapalı, insanların kütləvi olduğu ictimai məkanlarda maskadan istifadə etmək bizim üçün yararlı olar. Çünki bu, hava, damcı yolu ilə keçən bir virusdur, immuniteti zəif olan insanlar dərhal yoluxa bilir.
Qeyd etmək istərdim ki, tibb müəssisələrində maskadan istifadə məcburi hala gətirilməlidir. Necə ki, baxıl geyinmək bir çox yerdə məcburidir. Baxıl mikrob, virus, bakteriyaların müəssisə daxilində yayılmasının qarşısını alır, maska da içəri daxil olan insanların bir-birini yoluxdurmasının qarşısını alır. Əksər hallarda müşahidə edirəm ki, sağlıq ocaqlarında sıxlıq var, ancaq heç kim maska taxmır. Maska taxmaq xüsusilə risk qrupu olan insanların - hamilələr, süd verən analar, yaşlılar, şəkərli diabet, ürək-damar problemi olanlar, kəskin immun çatışmazlığı, xroniki xəstəlikləri olanların xeyrinədir”.
P.Vəliyeva qeyd edib ki, hər kəs özünü qorusa, maskadan istifadəni davam etdirsə, xəstəlik bu dərəcədə yayılmaz: “Əks halda yoluxma artarsa, karantin qaçılmazdır. Operativ Qərargahda maskadan istifadə məsələsi yenidən gündəmə gətirilə bilər. İlkin mərhələdə isə maskanın qapalı məkanlarda istifadəsinin məcburi olması ehtimalı var”.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

