Dünyada “kentavr” yayılır...
28.07.2022 [10:37]
Ölkəmizin səhiyyə sistemi hazırdırmı?
Günel ABBAS
2019-cu ilin sonunda Çində ortaya çıxdıqdan qısa müddət sonra epidemiyaya çevrilən koronavirus yeni mutasiyalarla yayılmağa davam edir. İlk dəfə may ayında aşkar edilən və Hindistanda dominant variant olan “kentavr” BA.2.75 variantının koronavirus epidemiyasının gedişatını dəyişəcəyi də proqnozlar arasındadır. ÜST-ün Cenevrə Baş Qərargahında bildirilib ki, Rusiya da daxil olmaqla müəyyən edilən “kentavr” kimi tanınan koronavirusunun “omikron” ştammının yeni “BA.2.75” subvariantının xəstəliyin ağır keçməsinə təsir etdiyi barədə məlumat yoxdur. Qeyd edilib ki, “kentavr” subvariantı indiyədək ondan çox ölkədə tapılıb.
İnfeksionist Nicat Əzimov bildirib ki, xəstəlik immunitetə qalib gələ bilər: “Hindistanda aşkarlandıqdan sonra Böyük Britaniya, Almaniya və Hollandiyada görünən BA.2.75 variantının dominant variant olacağı gözlənilsə də, elm adamları əksini dedilər. Bu virusun bəzi kiçik və əhəmiyyətli dəyişikliklərə məruz qalaraq COVID-19-a qarşı yaradılan təhlükəsizlik mexanizmindən daha asan keçdiyi təxmin edilir. Bu variant daha əvvəl COVID-19-a yoluxmuş və ya peyvənd olunmuş şəxslərdə formalaşan immuniteti aşmağa qadirdir. Çünki ÜST bildirir ki, bu, artıq virusa yoluxmuş insanlara da keçə bilər. Bu variantın mutasiyaları orqanizmin sağlam hüceyrələrinə daxil olmağa imkan verir ki, bu da onun daha çox yoluxma qabiliyyətinə malik olması qorxusunu yaradır və buna qadirdir. ÜST bu variantı hələ “narahatlıq variantı” kimi müəyyən etməsə də, təşkilat virusun inkişafını yaxından izləyir”.
İnfeksionist xəstəliyin əlamətlərini də açıqlayıb: “Bu subvariantın tam əhatə dairəsi hələ məlum deyil. Prinsipcə, simptomlar digər omikron variantlarına bənzəyir - hərarət, yorğunluq, baş ağrısı, öskürək və burun axması ilə müşahidə olunur. Bununla belə, ən son BA.4 və BA.5 omikron subvariantlarında qoxu itkisi (anosmiya), dad itkisi (ageuziya), qusma və ishal kimi yeni əlamətlər aşkar edilmişdi. Vətəndaşları virusdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq gücləndirici (“buster”) doza ilə peyvəndləməyə çağırırıq. Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına riayət olunması tövsiyələr arasındadır. Unutmayaq ki, fiziki məsafənin saxlanılması və şəxsi gigiyenik qaydalara əməl olunması virusun mutasiyasından asılı olmayaraq xəstəlikdən qorunmağın yeganə yoludur”.
Xəstəxanalar hazır vəziyyətdədir
Qeyd edək ki, ölkəmizdə də koronavirusa yoluxmada artım müşahidə olunur. Ötən gün 2 nəfər dünyasını dəyişib, 399 nəfərdə isə xəstəliyə yoluxma faktı aşkarlanıb. Vəziyyətin bu istiqamətdə dəyişməsi göstərir ki, yoluxmanın qarşısının alınması məqsədilə sərt tədbirlər görülə bilər. Qeyd edək ki, dünya ölkələrinin bütün səylərini koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə və profilaktik tədbirlərə yönəltməsinə baxmayaraq, pandemiyanın qarşısını tam almaq hələ də mümkün olmayıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən həftə ərzində qlobal olaraq xəstəliyə yoluxma halları təxminən 20 faiz artıb. Dünyada müşahidə olunan yüksək artım fonunda ölkəmizdə həyata keçirilən mühüm preventiv tədbirlər, eyni zamanda, əhalinin vaksinasiya prosesində aktiv iştirakı nəticəsində son bir neçə ay ərzində Azərbaycanda epidemioloji vəziyyətin sabit saxlanılmasına nail olunub. Son bir həftə ərzində Azərbaycanda yoluxma hallarının sayındakı artım 48 faiz təşkil edib. Ölkəmizdəki epidemioloji vəziyyət səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarətdə saxlanılır. Yoluxma dinamikası intensivləşdiyi təqdirdə müvafiq addımların atılması məsələsinə baxıla bilər.
Respublikamızda virusla mübarizə tədbirləri çərçivəsində mövcud maddi-texniki baza, dərman təchizatı və kifayət qədər çarpayı fondu var. Bir neçə gün əvvəl verilən məlumata görə, Modul tipli xəstəxanalar və eləcə də digər tibb müəssisələri zəruri avadanlıqlarla tam təchiz olunub. Hazırda COVID-19-la mübarizə tədbirləri çərçivəsində profil üzrə TƏBİB-in tabeliyindəki Məhəmmədli Modul Tipli Xəstəxana, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu və Masallı Rayon Mərkəzi Xəstəxanası fəaliyyət göstərir. Modul tipli xəstəxanalar və eləcə də digər tibb müəssisələri zəruri avadanlıqlarla tam təchiz olunub. Hər an istər koronavirus (COVID-19) xəstələrini, istərsə də, digər xəstələri qəbul etməyə hazır vəziyyətdədir. Qeyd edək ki, Modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir. Koronavirusa yoluxanların mövcud statistikası hələ ki, koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulan digər modul tipli xəstəxanaların fəaliyyətini bərpa etməyə əsas vermir. Ancaq yoluxma sayında artım və əlavə xidmətə ehtiyac yaranarsa, səhiyyə sistemi tam hazır vəziyyətdədir.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

