815 güzəştli mənzil satışa çıxarılır
13.08.2022 [10:20]
Aprel hadisəsi təkrarlanacaqmı?
Nicat DİLQƏMLİ
Bu ilin aprel ayında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən onlayn şəkildə satışa çıxarılan güzəştli mənzillərin əldə edilməsi prosesi ciddi problemlərlə yadda qaldı. Xatırlatmaq yerinə düşər ki, iddiaçıların satışdan öncə onlayn satışla bağlı proseduru test etməsi üçün bir ay müddətində DEMO versiya aktivləşdirildi. Buna baxmayaraq, təəssüf ki, güzəştli şərtlərlə mənzilə sahib olmaq istəyən şəxslər üçün bu, heç də asan olmadı, bəziləri üçün isə sadəcə mümkünsüz oldu. Prosedur zamanı olduqca diqqətçəkən məqamlardan biri də güzəştli evlərin satışının cəmi 4 saniyə içərisində gerçəkləşməsi idi. Güzəştli mənzilləri əldə edə bilməyən vətəndaşlar hələ də iddia edirlər ki, sistemə kənar müdaxilələr olur. Onların sözlərinə görə, məhz buna görə də əvvəlcədən müəyyən edilmiş şəxslərdən başqa hər kəs sistemə giriş imkanlarından məhrum olur.
Dünən isə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 815 güzəştli mənzili satışa çıxarılıb. Bu barədə “Yeni Azərbaycan” qəzetinə MİDA-dan bildirilib. Məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu “6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin 4 saylı binası üzrə 64, 5 saylı binası üzrə 53, 6 saylı binası üzrə 44, 9 saylı binası üzrə 44, 10 saylı binası üzrə 64, 11 saylı binası üzrə 54, 12 saylı binası üzrə 44, 14 saylı binası üzrə 21, 17 saylı binası üzrə 44, 18 saylı binası üzrə 44, 19 saylı binası üzrə 41, 20 saylı binası üzrə 8, 21 saylı binası üzrə 44, 22 saylı binası üzrə 39, 23 saylı binası üzrə 39, 24 saylı binası üzrə 24, 25 saylı binası üzrə 72 və 26 saylı binası üzrə 72 mənzil satışa çıxarılıb. Bildirilib ki, mənzillərin satışı 15 sentyabr 2022-ci il tarixində saat 11:00-da başlayacaq və 22 sentyabr 2022-ci il tarixi saat 11:00-a qədər davam edəcək.
İndi də güzəştli mənzilə sahib olmaq istəyən vətəndaşları düşündürən əsas məqamlardan biri sistemin nə qədər etibarlı olub-olmaması ilə bağlıdır.
İnformasiya texnologiyaları sahəsi üzrə mütəxəssislər də bu işdə üçüncü tərəfin müdaxiləsinin olması ehtimalını istisna etmirlər. Məsələ ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan İT məsələləri üzrə mütəxəssis Rəşad İbrahimov bot və digər qeyri qanuni vasitələrlə sistemə müdaxilə edərək mənzil seçə bilən şəxslərin mövcudluğunu təsdiqlədi. Onun sözlərinə görə, həmin şəxslərin kimliyini və sistemə hansı yolla müdaxilə etdiyini MİDA mütəxəssisləri aşkara çıxara bilərlər.
Mütəxəssis bildirdi ki, seçimlərdən öncə vətəndaşların proqramçı, hətta xaker axtarışları hamımıza məlumdur: “İnanmıram ki, yaradılmış sistemdə hələ də captcha (kompüteri və insanı fərqləndirmək üçün test) hissə klassik versiyada qalsın. Həm də bu cür captchaların keçilməsi mümkündür. Lakin hazırda “Google” tərəfindən istifadəyə tamamilə pulsuz verilən captchalar bir növ pazl kimidir. Bunun da proqramlarla keçilməsi asan məsələ deyil. Əlbəttə, tam təhlükəsizlik deyə bir şey yoxdur, lakin müxtəlif həllərlə müdaxilələrin qarşısını almaq olar”.
Maraqlıdır, MİDA tərəfindən elekron sistemdə hansısa texniki sazlama işləri, düzəlişlər həyata keçirilibmi? Bundan öncəki satış prosesində baş verən xoşagəlməz halların bir də təkrarlanmaması üçün hansı tədbirlər görülüb?
P.S. Suallarımızı Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) ünvanladıq. Agentlikdən cavab olaraq bildirildi ki, müraciətimizə əsasən suallarımız cavablandırılacaq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30

