Jurnalistika - riskli peşələr sırasında...
31.08.2022 [10:35]
Nicat PAŞA
Jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirərkən qətlə yetirilməsi bütün dövrlərin ən aktual mövzularından biri hesab olunur. Hazırda dünyada baş verən hərbi-siyasi proseslərin gedişatı fonunda media nümayəndələrinin təqiblərə, təzyiqlərə məruz qalmaları, qətlə yetirilmələri səbəbindən bu məsələ bir az da aktuallaşıb. Bir neçə gün öncə naməlum şəxslər Kolumbiyanın Maqdalena departamentində odlu silah vasitəsi ilə iki jurnalisti qətlə yetiriblər.
Xarici mətbuatın yazdığına görə, Leyner Montero, Diliya Kontreras və Xoakin Qutyerresin olduğu avtomobilə odlu silahdan atəş açılıb. Jurnalistlərdən Montero və Kontreras hadisə yerində ölüb, Qutyerres ağır yaralı halda xəstəxanaya yerləşdirilib. Qanlı olayla əlaqədar departamentin rəhbərliyi təcili iclas çağırıb.
Qeyd edilən fakt nə ilk, nə də son deyil. Belə ki, hazırda təkcə Rusiya-Ukrayna müharibəsi səbəbindən 30-dan çox jurnalist qətlə yetirilib. Müharibə hələ də davam edir. Deməli, qarşıdakı dövr üçün bu rəqəmin artacağı istisna edilmir. Bununla yanaşı, dünyanın bir çox inkişaf etmiş ölkələrində jurnalistlərin qətlə yetirilməsi ilə bağlı xəbərlərə demək olar ki, hər gün rast gəlinir. KİV nümayəndələrinin çoxsaylı ölüm halları ilə bağlı məsələ nüfuzlu beynəlxalq təşkilatların da diqqət mərkəzindədir. Araşdırmaların nəticəsi onu deməyə əsas verir ki, yaxın bir neçə ildə jurnalistikanın riskli peşələr sırasına daxil olacağına şahidlik edirik.
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli deyir ki, dünyada jurnalist ölümləri ilə bağlı statistika həmişə aparılıb. Onun sözlərinə görə, 1992-ci ildən etibarən bu sahədə sistemli bir iş aparılır: “O baxımdan, bu günə qədər olan statistika bundan ibarətdir ki, dünyada təxminən 30 nəfərə yaxın jurnalist bu otuz il müddətində peşə fəaliyyətinə görə qətlə yetirilib. 10 min nəfərə yaxın jurnalist isə yaralanıb, xəsarət alıb və ya hədələrə məruz qalıb. Bu baxımdan jurnalistika yavaş-yavaş riskli peşələr sırasına meyil edir. 2006-cı və 2015-ci illərdə BMT-nin xüsusi deklarasiyası qəbul olunub ki, jurnalist təhlükəsizliyi ilə bağlı məsələlər diqqətə götürülsün. Eyni zamanda, bu təhlükəsizliyin təmin olunması üçün hər bir dövlət əlindən gələn işləri görsün. Statistika hər il yenilənir. Orta hesabla dünyada hər il 100-ə yaxın jurnalist qətlə yetirilir”.
Bütün ölkələrdə var
JuHİ sədri qeyd edib ki, jurnalistlərin qətlə yetirilməsi faktları bütün dünya ölkələrində müşahidə edilir: “Bildiyimiz kimi, dünyanın ən inkişaf etmiş, təhlükəsiz məkanlarından biri Avropa məkanıdır. Burada aparılan statistikaya görə, son 5 il ərzində (2016-cı ildən sonrakı dövrdə), hətta Avropanın özündə 47 nəfər jurnalist ayrı-ayrı ölkələrdə qətlə yetirilib. Siyahıda Böyük Britaniya, Fransa və digər ölkələr də yer alır”.
Qətlə yetirilən jurnalistlərin sayının artacağı ehtimal edilir
M.Ələsgərli bu il qətlə yetirilən jurnalistlərin sayının artacağı ehtimalını da istisna etməyib: “Çünki bunu stimullaşdıran məsələlər var. Xüsusu olaraq Rusiya-Ukrayna müharibəsi fonunda jurnalist ölümlərinin sayı artır. Təcrübəyə əsasən bu statistika ilin sonunda sistemləşdirilir. Elə bu səbəbdən də builki göstəricilər hələ ki, bilinmir, açıqlanmayıb. Buna baxmayaraq, orta hesabla sayın artacağı gözlənilir. Çünki təkcə Rusiya-Ukrayna müharibəsinin gedişatında bu günə qədər 37 nəfər jurnalist və yaxud KİV işçisi qətlə yetirilib. Bunun üzərinə dünyanın başqa ölkələrində qeydə alınan ölüm faktlarını da gəldikdə, bu statistika artacaq”.
Azərbaycana gəldikdə...
Ölkəmizdə qeydə alınan jurnalist ölümlərinin səbəblərindən danışan JuHİ sədri bildirib ki, Azərbaycan jurnalist təhlükəsizliyi üçün kifayət qədər təhlükəsiz ölkələrdən biridir: “Artıq əvvəldə qeyd etdiyim kimi, dünyanın demək olar ki, bütün ölkələrində jurnalistlər təqibə və təzyiqə məruz qalırlar, hədələnirlər, qətlə yetirilirlər. Ölkəmizdə də jurnalist ölümləri ilə bağlı statistika var. Amma bizi onlardan fərqləndirən budur ki, bir-iki faktı istisna etməklə Azərbaycanda qətlə yetirilmiş jurnalistlər hamısı Dağlıq Qarabağ münaqişəsi gedişatında və Azərbaycan-Ermənistan müharibəsi fonunda həlak olublar”.
M.Ələsgərli ölkəmizdə peşə fəaliyyətlərini yerinə yetirərkən həyatlarını itirən jurnalistlərin sayı barədə də məlumatlarını bölüşüb: “Əldə etdiyimiz məlumata görə, 1990-cı illərdən başlayaraq 2020-2022-ci illərə qədər olan dövrdə təqribən 11 Azərbaycan jurnalisti Ermənistan-Azərbaycan müharibəsinin gedişatında həyatlarını itiriblər. 18-ə qədər jurnalistimiz ağır formada xəsarət alıb”.
Riskli peşə...
“Bir daha xatırlatmaq istərdim ki, qeyd olunan faktlar nəzərə alınaraq jurnalistika dünya riskli peşələr sırasına meyil edir”, - deyə M.Ələsgərli fikirlərinə əlavə edib.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

