Qış turizminə necə hazırlaşırıq?
23.09.2022 [10:58]
MÜŞFİQƏ
Yay mövsümü bitdikdən sonra qış turizmi aktuallaşır. Adətən qış turizmi mövsümü dekabrın 1-dən açılır. Məlumdur ki, qış turizminin inkişafı idman və sağlamlıq baxımından çox əhəmiyyətlidir. Bundan başqa, insanlarımız üçün də sərfəlidir. Vaxtilə bizim vətəndaşlar qış fəslində daha çox xarici ölkələrə üz tuturdular. İndi ölkəmizdə qış turizmi üçün əlverişli şərait yaradılıb. Mövsümə hazırlıq işləri artıq başlanıb.
Yerli turizm şirkətləri xarici tərəfdaşlara Azərbaycanda qış turizmi, xüsusilə də dağ-xizək turizmi ilə bağlı turpaketləri göndərməyə hazırlaşır. Ölkəyə gələn turistlərin sayı ildən-ilə artmaqdadır. Hər qış ölkəmizə xaricdən peşəkar xizəkçilər də gəlir. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 123 ölkəsindən 72,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bunların 33,3 faizi Rusiya, 28,8 faizi Türkiyə, 14,9 faizi İran, 10,4 faizi Gürcüstan, 2,4 faizi Ukrayna, 1,2 faizi Böyük Britaniya, 1,0 faizi digər ölkələrin vətəndaşları olub.
Qış turizminin inkişafı üçün sağlam rəqabət lazımdır
Turizm eksperti Tərlan Quliyev deyir ki, əslində qış turizmi Azərbaycan üçün yeni bir sahədir. Daha dəqiq desək, 2011-ci ildən etibarən inkişafa başlayıb. Onun sözlərinə görə, ölkəmizdə qış turizmi üçün, demək olar, bütün infrastruktur yaradılıb. Amma bununla bağlı görüləcək işlər hələ çoxdur: “İlk növbədə, rəqabət mühiti yaratmaq lazımdır. İaşə obyektlərinin sayını nə qədər artırsaq, rəqabət mühiti də bir o qədər güclənər. Nəticədə vətəndaşlarımız xarici ölkələrə yox, öz obyektlərimizə üstünlük verərlər. Bununla da sağlam rəqabət yaranar, daxili turizmin inkişafında böyük rol oynamış olarıq. Məsələn, “Şahdağ” Qış-Yay Turizm Kompleksi və “Tufandağ” Dağ-Xizək Kompleksinə yerli və xarici ölkə vətəndaşları, xüsusilə də körfəz ölkələrinin vətəndaşları tərəfindən böyük maraq var. Bununla yanaşı, orta və aşağı seqmentli turizm mərkəzləri də yaradılmalıdır. Payızda yeni dərs ilinin başlanması və insanların yay tətilindən sonra işə fokuslanması payız turizmi anlayışını bir qədər arxa planda qoyur. Payız turizmi bütün dünyada aktiv fəaliyyət göstərmir. Yazda isə Novruz bayramı ərəfəsinə düşdüyü üçün istər Azərbaycana, istərsə də Azərbaycandan kənara kifayət qədər turist axını olur”.
Böyük Qafqaz dağlarında qış möcüzəsinin şahidi olun!
Bu dağlar buraya üz tutan turistlərin yaddaşında silinməz izlər buraxır. Onlara insan ayağı dəyməmiş gözəl məkanları kəşf etmək imkanları verilir. Bu qışı harada keçirəcəyinə qərar verə bilməyənlər üçün bələdçi rolunu oynamağa çalışacağıq.
Peşəkar xizəkçilərin çoxuna “Şahdağ” Qış-Yay Turizm Kompleksi cəlbedici görünür. Kompleks istifadəyə verildikdən sonra ölkəmizdə qış turizminə böyük maraq yaranıb. Şəhərdən qaçmaq istəyənlər üçün “Şahdağ” Turizm Mərkəzi mükəmməl qış istirahət zonasıdır. Ekoloji şəraitlə əlaqədar burada süni qar buraxan qurğular işə salınır. Qurğular Qusarçaydan aldığı suyu qara çevirib kompleks ərazisinə püskürür. Süni qar üçzolaqlı yolda xizəklə sürüşməyə tam şərait yaradır. Xizək sürməyə marağı olmayan turistlər üçün də cürbəcür əyləncələr - motorlu xizək, asma kanat, snoubord, dağ yolları ilə turlar, velosiped gəzintisi, trottinet, yamac paraşütçülüyü təklif olunur. Qiymət isə əyləncə növünə və kəmiyyətə görə dəyişir - 5-300 manat.
Azərbaycanın digər bölgələrində də qış turizminin inkişaf etdirilməsi üçün imkanlar var. Məsələn, bənzərsiz gözəlliyi ilə seçilən “Tufandağ” Dağ-Xizək Kompleksi maraqlı qış gəzintilərinin siyahısına hər zaman daxil edilir. Xüsusi hazırlanmış 15 kilometrlik yamaclar snoubordinq və xizəklə sürüşmək üçün əla məkandır. Xizək sürməyi ilk dəfə sınayanlardan ötrü istirahət kompleksinin xizəksürmə məktəbi də fəaliyyət göstərir. Qiymətlər isə 10-120 AZN arası dəyişir.
Naxçıvanda xizək həyəcanı yaşa!
Azərbaycanda qış turizmi ilə bağlı üz tutulan daha bir ünvan - “Ağbulaq” İstirahət Mərkəzidir. Şahbuz dağlarının qoynunda yerləşən bu mərkəz qış aylarında dağ-xizək, yay aylarında isə dağ turizmini seçənlərə xidmət göstərir. Kəndin gözəl təbiəti, səfalı yerləri insanların bura axınına şərait yaradır. Bundan başqa, Əlincəqalanın zirvəsindən uçuşlar da olunur. İzləyənlərə həyəcanlı anlar yaşadan paraşüt səyahəti Naxçıvan Muxtar Respublikasında bir ilk olmaqla yanaşı, turizmin hərtərəfli inkişafından xəbər verir. Mərkəzdə uzunluğu 1580, eni 18-30 metr olan dağ-xizək sahəsi, əyləncə və uşaq parkları, 219 metrlik konveyer xətləri, eləcə də uzunluğu 980 metr olan kanat quraşdırılıb.
“Ağbulaq” Xizək Mərkəzində xizək dəst geyiminin qiyməti 15 manat, kanatdan istifadə və uşaqlar üçün kirşənin qiyməti isə sadəcə 5 manatdır. Mərkəzdə gecələmək istəyənlər üçün hotel və kotteclər fəaliyyət göstərir. Səhər yeməyi daxil iki nəfərlik qiymət 50 manatdır.
Xəbər lenti
Hamısına baxSiyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28

