Dövlətin hər zaman ahıllara qayğısı var!
01.10.2022 [10:27]
Bu gün “Ahılların Günü”dür...
Yeganə BAYRAMOVA
Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür. BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib. Qətnamənin prinsiplərinə əsasən, hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd edilməsi isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. Bu günü əvvəlcə Avropada, sonra Amerikada, ötən əsrin 90-cı illərinin axırlarında isə artıq bütün dünyada qeyd etməyə başlayıblar.
BMT-nin məlumatına görə, son onilliklər ərzində dünya əhalisinin tərkibi kəskin dəyişib. 1950-ci ildən 2010-cu ilə qədər dünyada insan ömrünün uzunluğu 46-dan 68 ilə qədər artıb və əsrin axırlarında 81 ilə çatdırılacağı proqnozlaşdırılır. Hazırda dünyada yaşı 60-dan yuxarı olan 900 milyondan çox insan var, 2050-ci ilə qədər onların sayının iki milyarda yaxın olacağı və dünya əhalisinin 20 faizindən çoxunu təşkil edəcəyi gözlənilir. Mütəxəssislərin proqnozlarına inansaq, 2050-ci ildə bəşəriyyət tarixində ilk dəfə olaraq yaşı 60-dan yuxarı olanların sayı uşaqlardan daha çox olacaq.
Beynəlxalq Ahıllar Günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Məlumdur ki, Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri yaşlı nəslə, ahıllara qarşı diqqət və qayğının göstərilməsidir. Onların sosial problemlərinin araşdırılması və həlli məsələləri günü-gündən ölkəmizdə daha da geniş vüsət alır. Bu istiqamətdə qanun layihələri hazırlanır, dövlət proqramları uğurla həyata keçirilir.
Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Qanun imzalayıb. Həmin sənədə əsasən, 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur.
Prezidentin ahıllarla bağlı mühüm siyasəti
Azərbaycanda yaşlı insanların problemlərinə həssas münasibət bu gün də mövcuddur. Pensiya yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilir. Bu islahatlar ölkəmizdə sosial müdafiə sisteminin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına imkan verir.
Azərbaycanda 2006-cı ildən tətbiq olunan sığorta-pensiya modeli müasir dünyada sığorta-pensiya sistemləri üzrə ən mühüm elementləri özündə birləşdirir. Bu sahədəki islahatlar nüfuzlu beynəlxalq təşkilatlar, maliyyə institutları tərəfindən də yüksək qiymətləndirilir. Yeni sığorta-pensiya sistemində pensiyaların artırılması bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə dəyişdirilməsi mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli bölgüsünə imkan verib. Bu mexanizm çərçivəsində ölkəmizdə ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirmə aparılıb.
Mehriban Əliyeva - Ahılların ən böyük qayğıkeşi
Həssas sosial qrupa aid olan ahıllarla bağlı danışarkən Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrdən bəhs etməmək mümkün deyil. Xüsusilə, uşaqlar və ahıllara münasibətdə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın davamlı və məqsədyönlü siyasəti dövlətimizin həyata keçirdiyi sosial dövlət prioritetlərinin gerçəkləşməsində böyük əhəmiyyət daşıyır. Mehriban xanım Əliyeva ahılların ən böyük qayğıkeşidir. Azərbaycanın Birinci xanımının təşəbbüsü ilə Fondda ahılların sağlamlığı diqqətdə saxlanılır. Ahıllar günündə də bu insanlar üçün müxtəlif tədbirlər təşkil olunur. Bir sözlə, bu gün Azərbaycanda hər bir ahıl vətəndaşa dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir.
Pandemiya dövründə Amerikada və Avropada ölümlə üzləşən on minlərlə ahıl insanın ölümünün şahidi olduq. Lakin həmin dövrdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mühüm tapşırıqları oldu. Fond tərəfindən Bakı və regionlardakı körpələr və uşaq evlərinə, internat məktəblərinə, Uşaq Psixonevroloji Mərkəzinə, bütün sosial xidmət müəssisələri, o cümlədən pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi də koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələrlə, maskalar və digər qoruyucu vasitələrlə təmin edildi. Xüsusilə yaşlı insanların koronavirusa yoluxma riskinin yüksək olduğu nəzərə alınmaqla, müəssisədə dövlət himayəsində yaşayan yaşlı, ahıl vətəndaşların infeksiyadan qorunmasına Fond tərəfindən xüsusi diqqət yetirilib.
Dövlətimizin həyata keçirdiyi uğurlu sosial siyasətlə yanaşı milli dəyərlərimizin ahıllara münasibətdə həssaslığını xüsusi qeyd etmək lazımdır. “Qocaya hörmət elə, sən də qocalacaqsan” atalar sözü də bu mənanı özündə gözəl şəkildə ehtiva edir.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22

