Yeni tarixi mərhələyə qədəm qoyan Azərbaycan Ədliyyəsi!
22.11.2022 [10:21]
Bu gün ədliyyə işçilərinin peşə bayramıdır...
Bu gün Ədliyyə işçilərinin peşə bayramıdır. Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən imzalanmış 11 noyabr 2000-ci il tarixli Sərəncamla Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib.
Ədliyyə Nazirliyinin inkişafı dövrü ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə başlayıb və Nazirlik öz fəaliyyətini bərpa edib.
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, cənab Prezident İlham Əliyevin dövlət başçısı seçilməsindən sonra isə Azərbaycan ədliyyəsi daha da müasirləşdi. Ədliyyə sahəsində həyata keçirilən islahatların davam etdirilməsi, ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətinin daha da təkmilləşdirilməsini təmin etmək məqsədi ilə ölkə başçısı mühüm göstərişlər verib. Məsələn, Prezidentin 2018-ci il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün” Dövlət Proqramı qəbul edilib. Həmin proqramda ədliyyə və məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi, ədliyyə orqanlarının fəaliyyətində insan hüquq və azadlıqlarının, şəffaflıq prinsiplərinin təmin olunması, beynəlxalq təsisatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın genişləndirilməsi, ədliyyə sahəsində vətəndaş məmnunluğunun yüksəldilməsi və bu sahədə İKT-nin tətbiqinin gücləndirilməsi əsas fəaliyyət istiqamətləri olaraq təsbit olunub. Qanunvericiliyin təkmilləşdirilməsi işində fəal iştirak edən Ədliyyə Nazirliyi tərəfindən bu il ölkəmizin iqtisadi inkişafına, əhalinin rifahının yaxşılaşdırılmasına, vətəndaşlara səmərəli xidmətin göstərilməsi üçün bir sıra layihələr hazırlanıb. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, o cümlədən elektron ədliyyə xidmətlərinin sayının artırılması, bu xidmətlərdə yeni innovativ metodların və onların mobil versiyalarının hazırlanmasında müəyyən işlər görülür.
Sağlam zəmində qurulan vətəndaş-məmur münasibəti
İnsanlara layiqli xidmət, vətəndaş məmnunluğu ədliyyə işçilərinin fəaliyyətinin əsas prioritetidir. Dövlət başçısının tələbləri daim rəhbər tutulmaqla vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaşların müraciətlərinə daim diqqət və qayğı ilə yanaşılmasına şahid oluruq. İcra intizamına və etik davranış qaydalarına əməl olunması ədliyyə işçilərinin ən ümdə vəzifələridir və sevindirici haldır ki, onlar bu vəzifələri layiqincə yerinə yetirirlər.
Ədliyyə sahəsində texnoloji yeniliklər
Son illər bütün sahələrdə olduğu kimi ədliyyə sahəsində də yeni texnoloji nailiyyətlərin şahidi oluruq. Belə ki, vətəndaş məmnunluğu doğuran “Mobil notariat” tətbiqi vasitəsilə müəyyən notariat hərəkətləri məsafədən daha asan, sürətli və rahat həyata keçirilir. Dövlət orqanları arasında ən çox istifadə edilən “Mobil notariat” tətbiqinin istifadəyə verilməsi, eyni zamanda, ölkə hüdudlarından kənarda olan vətəndaşlarımız üçün daha çox yararlı olub.
Ədliyyə işçiləri Prezidentin ətrafında sıx birləşiblər
Bu gün fəxrlə söyləyə bilərik ki, Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada lider dövlətlərdəndir. Ümumiyyətlə, son 2 ildə Ədliyyə Nazirliyində peşə bayramının qeyd olunması ədliyyə işçiləri tərəfində geniş miqyaslı olmaqla bərabər, xüsusi maraq və böyük ruh yüksəkliyi ilə qeyd edilir. Bunun əsas səbəbi Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində 44 günlük Vətən müharibəsindən sonra peşə bayramını qalib xalq olaraq qeyd etməyimizdir.
Qazanılan bu qələbədə ədliyyə işçilərinin də zəhmət payı var. Ədliyyə naziri Fikrət Məmmədovun Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı ilə bağlı xarici həmkarlarına müraciəti dövlət başçımızın informasiya cəbhəsindəki yorulmaz fəaliyyətinin davamı kimi qiymətləndirilir. Həmin müraciətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatı ilə bağlı xarici ölkələrin ədliyyə nazirlərinə faktlara istinadən ətraflı məlumat verilmişdir.
Azərbaycanın bütün ədliyyə işçiləri dövlət başçısının ətrafında sıx birləşib. Artıq 2-ci ildir ki, ədliyyə işçiləri peşə bayramını şanlı və qürurlu, unudulmayan Zəfər dolu günlərlə bərabər qeyd edirlər. Şanlı Zəfərlə Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq azad edilmiş ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin bərpa olunması, bu orqanların infrastrukturunun yaradılması, onların işinin təşkili üzrə zəruri tədbirlərin görülməsi isə ədliyyə sahəsində çalışanların qarşısında duran mühüm vəzifələrdəndir.
P.S. “Yeni Azərbaycan” qəzetinin kollektivi bütün ədliyyə işçilərini peşə bayramları münasibətilə təbrik edir, onlara qanunun aliliyi və insan hüquqlarının təmin olunması kimi şərəfli fəaliyyətlərində yeni nailiyyətlər arzulayır!
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

