Mühacirət, yoxsa yerdəyişmə?..
02.12.2022 [10:56]
Nicat DİLQƏMLİ
Ta qədimdən insanlar müxtəlif səbəblərdən daimi yaşadıqları yeri ya müəyyən müddətlik, ya da birdəfəlik tərk edirlər. Bir regiondan (və ya ölkədən) digərinə köç etmək prosesi miqrasiya adlandırılır. Bəzi hallarda iri qruplarla uzaq məsafələrə köçmək mənasını özündə ehtiva edən miqrasiya anlayışının yaranması uzun illər bundan öncə Afrikadan vətəndaşların köç etməsi ilə əlaqəlidir. XVI-XIX əsrlərdə isə əhali yeni ərazilərin kəşf edildiyi Avropadan Amerikaya, cənubi Afrikaya və Avstraliyaya kütləvi şəkildə köçməyə başladı. Afrikadan qaradərililərin Amerikaya kölə olaraq daşınması da təxminən həmin tarixi dövrü əhatə edir. İkinci Dünya müharibəsindən sonra isə miqrasiya prosesi fərqli şəkil almağa başladı. O illər ərzində insanların inkişaf etməkdə olan ölkələrdən inkişaf etmiş ölkələrə köç etməsi ənənəsi daha da aktuallaşmağa başladı.
Elmi araşdırmaların nəticələrinə görə...
Miqrasiya anlayışı ölkələrarası, qitələrarası olmaqla xarici və daxili miqrasiya kateqoriyalarına bölünür. Elmi araşdırmaların nəticələrinə görə insanların köç etməsi tamamilə fərqli mənalarla səciyyələndirilir. Nəzəriyyələrin əksəriyyəti bu sahənin tədqiqatçılarından biri - britaniyalı coğrafiyaçı alim E.Ravenşteynin formalaşdırdığı 11 miqrasiya qanunu əsasında yaranıb. Araşdırmalar nəticəsində əldə olunan nəticələr göstərir ki, vətəndaşlar əsasən yaxın ərazilərə köç edirlər. Miqrasiyaya əsas səbəb kimi isə iqtisadi amillər göstərilir.
Düşünülməmiş atılan addım və ya təhlükəli tendensiya
Müasir dövrün dəyişiklikləri təbii olaraq miqrasiya sahəsinə də sirayət edib. Əgər bir neçə əsr bundan öncə vətəndaşlar bunun üçün hansısa tutarlı səbəblər gətirirdilərsə, hazırda vəziyyətin bir xeyli dəyişdiyinə şahidlik etmiş oluruq. Hər nə qədər qəribə səslənsə də, artıq bir neçə ildir aktuallaşan “internet fenomenliyi” insanları bəzən heç bir səbəb olmadan da mühacir həyatı yaşamağa məcbur edir. Başqa sözlə, istər maddi durumunda, istərsə də yaşayış rifahında heç bir sıxıntısı olmadığı halda insanlar sırf populyarlıq qazanmaq üçün digər ölkələrə köç edirlər. Ümumiyyətlə, bir çox hallarda vətəndaşlar mühacirət anlayışını köç etmək kimi qəbul edirlər.
Əfsuslar olsun ki, bu gün internet üzərindən mühacir həyatını saatbasaat çəkib nümayiş etdirənlərin sayı durmadan artır. Lakin kiçik bir araşdırma etdikdə tamam fərqli mətləblər aydın olur. Onların əksəriyyəti bunu yalnız və yalnız yaxşı görünmək üçün edirlər. Başqa sözlə, kütləyə oynayırlar. Nümayiş etdirilən bahalı həyat, gəzintilər, əyləncələr sadəcə aysberqin görünən tərəfləridir. Amma həqiqətlər nədənsə kadra düşmür.
Bir səhvə qurban gedən həyat
Hər bir addımı atmazdan öncə yaxşı-yaxşı düşünmək lazım olduğu kimi, mühacir olmaq qərarını qətiləşdirməzdən əvvəl də çox ciddi götür-qoy etmək lazım gəlir. Çünki hər bir insan üçün illərlə öyrəşdiyi doğma evindən, ailəsindən, yaxınlarından ayrı düşmək çox çətindir. Yeni mühit, fərqli həyat tərzi, yad adət-ənənələr - bütün bunlara adaptasiya olmaq üçün bir çox hallarda uzun illər mübarizə aparmaq lazım gəlir. Təbii ki, hansısa digər bir ölkəyə köç edən vətəndaşlar, adətən, qazancından, maddi durumundan razı olmadıqları üçün bu addımı atırlar. Seçdikləri ölkəni ümid yeri kimi görənlər qısa müddət sonra reallıqla üz-üzə gəldikdə çox çətinlik çəkməyə başlayırlar. Bu, onların həm fiziki-psixoloji, həm də maddi durumunda özünü göstərir. Səbəb isə düşünülmədən atılmış addımdır. Nəinki gedəcəyiniz regionda, hətta ümumi ölkədə tanıdığınız şəxslər yoxdursa, işiniz bir qədər də ağırlaşmış olacaq. Çünki əcnəbi, bir çox hallarda sənədi belə olmayan vətəndaşlar üçün iş tapmaq şansı da demək olar ki, sıfıra bərabər olur. Bəzən uzun illər davam edən iş axtarışları şübhəsiz ki, qızıldan qiymətli vaxtın hədər getməsi ilə nəticələnir. Hər şey üçün artıq çox gec olduğunu anlayanda isə...
Kimlərinsə oyuncağına çevrilmək
Lakin mühacirlər heç də hər kəs üçün sıradan biri deyillər. Onlardan öz çirkin məqsədləri üçün istifadə etmək niyyətində olanlar kifayət qədərdir. Yad bir yerə düşmüş, psixoloji cəhətdən sarsılmış birini yalan vədlərə inandırmaq üçün bəzən yalnız bircə kəlmə şirin söz demək kifayət edə bilir. Üstəlik, heç bir maddi qarşılıq güdülmürsə, “məqsədlər”ə çatmaq bir qədər də asanlaşır. Çünki həmin missionerlərə məhz bu işi görmək üçün külli miqdarda vəsait ayrılır. O səbəbdəndir ki, mühacirləri ələ almaq istəyənlər, adətən, ən lüks həyat tərzi keçirirlər. Qruplaşma şəklində formalaşan dəstələrin hansısa təşkilatlar yaratmaları da heç kimə sirr deyil. Əfsuslar olsun ki, qeyd edilən (və edilməyən) analoji məqamlar səbəbindən də xaricə köç edən vətəndaşlar çox rahat bir şəkildə “qurban”a çevrilirlər.
Ümumiyyətlə, “mühacirət” və “yerdəyişmə” anlayışlarını ayırmaq, onların fərqini başa düşmək olduqca vacibdir. Öz şəxsi maraqlarınızı həyata keçirmək, əylənmək, fərqli, yeni bir təcrübə yaşamaq üçün başqa ölkəyə üz tutmaqda bəyənilməyəcək heç bir şey yoxdur. Tam əksinə, kimlərinsə qurduğu oyunların qurbanına çevrilmək isə yaşana biləcək ən böyük problemlərin, hətta faciələrin başlanğıcı ola bilər.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

