Piyadaların hüquqları artırılır...
11.01.2023 [10:49]
Sürücülər ehtiyatlı olmalıdırlar!
Günel
Yağışlı havalarda piyadaların üzərinə qəsdən palçıqlı yağış suyu sıçradan sürücülər 40 manat məbləğində cərimə olunmalıdır. Bu barədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində qeyd olunur. Bəzi hallarda sürücülər bununla razılaşmaq istəməsələr də, qanun qarşısında hər hansı bir arqument gətirməkdə çətinlik çəkirlər. Belə desək, sürücülərin əksəriyyəti bu vəziyyətdə cərimədən yayınır, hadisəni üstlənməkdən boyun qaçırırlar. Elə buna görə də, hər il təkrar olaraq Baş Dövlət Yol Polisi İdarəsi bu barədə məlumat yayır.
Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, piyadaların üzərinə qəsdən su sıçradan sürücülər məsuliyyətə cəlb ediləcək: “Hazırda respublikanın bəzi bölgələrində və paytaxtda qarlı hava şəraiti hökm sürür ki, bu da hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaratmaqla yanaşı, yollarda qəza riskini də artırır. Qarlı havalarda nəqliyyat vasitələrinin sürüşmə ehtimalının artması yol-nəqliyyat hadisəsinin baş verməsinə real zəmin yaradır. Odur ki, mövcud hava şəraitini nəzərə alaraq, hər bir hərəkət iştirakçısı yollarda daha məsuliyyətli olmalıdır. Xüsusilə sürücülər sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına, eləcə də şinlərin mövsümə uyğun olmasına və əyləc sisteminin sazlığına əmin olmalı, qar sularının yollarda yaratdığı gölməçələrdən keçərkən ehtiyatlı olmalı, ətrafdakı insanları nəzərə almalıdırlar.
Unutmaq olmaz ki, su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılması qeyri-etik davranış olmaqla yanaşı, həm də inzibati məsuliyyət yaradır. Belə sürücülər aşkar edildiyi təqdirdə barələrində İXM-nin 342.1.5 maddəsi ilə inzibati tənbeh tədbirləri tətbiq ediləcək. Nəzərə almaq lazımdır ki, şaxtalı havada piyadaların suyla islanması xoşagəlməz bir hal yaradır. Bütün sürücülər yollarda hərəkət edərkən piyadaları da nəzərə almalıdırlar”.
Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bu cərimə effektivdir, ancaq bəziləri bu qaydalara əməl etmir: “Sürücülər avtomobili idarə edərkən piyadanın üzərinə su sıçradıbsa, tövsiyə olunur ki, piyadalar həmin avtomobillə bağlı dövlət yol polisinə məlumat versin. Qeyd etmək lazımdır ki, İnzibati Xətalar Məcəlləsində sürücünün bilərəkdən, ya da bilməyərəkdən etməsi ilə bağlı məlumat yoxdur. İstənilən halda sürücü ehtiyatsızlıq ucbatından gölməçədəki suyu piyadanın üzərinə sıçradırsa, bu artıq sürücünün məsuliyyətidir və tənbeh kimi cərimə tətbiq olunur”.
Xəbərdarlığın birbaşa təsir etdiyi hərəkət iştirakçıları sürücülərdir. Ancaq cərimələrə baxmayaraq, onlar bu qaydadan razılıqlarını dilə gətirdilər. Yasamalda yaşayan sürücü Elman Əhmədov bildirir ki, avtomobildən mütəmadi olaraq istifadə edir və hər zaman piyada keçidlərində, yol kənarlarında ehtiyatlı davranır: “Soyuq, yağışlı və qarlı havalarda belə vəziyyətə xüsusi diqqət edirəm. Bu günə qədər nə vaxtsa, bu vəziyyətə görə cərimə olunmamışam. Ətrafımda sürücü olan bir çox dostlarım var, onlardan bəziləri ehtiyatsızlıq etdiyinə görə onlara bu cərimə tətbiq olunub. Hər halda səhlənkarlığa yol verən sürücülərə bu cərimələrin tətbiq olunmasını düzgün hesab edirəm. Çünki cərimə bəzən sözlə tam şəkildə izah olunmayan vəziyyəti sürücüyə aydın şəkildə izah edir”.
Səbaildə yaşayan Səbuhi Hüseynovun sözlərinə görə, bir dəfə ehtiyatsızlıq səbəbindən piyadanın üzərinə su sıçradıb və ona cərimə tətbiq olunub: “Bu halla cəmi iki dəfə rastlaşmışam, əvvəlcə tələsdiyim üçün piyadadan üzr istəmədim. Bu səbəbdən mənə cərimə tətbiq olundu. Ancaq ikinci dəfə səhvən belə bir hal yaşananda piyadanı getdiyi yerə qədər aparıb, ona üzrxahlıq etmişəm. Növbəti dəfələrdə isə daha ehtiyatlı davranaraq bu vəziyyətin yaşanmasının qarşısını almışam”.
Təbii ki, bu xəbərdarlıqdan ən çox piyadalar razıdır. Onlar bildirir ki, sürücülərin ehtiyatsızlığı səbəbindən dəfələrlə işə gecikmə, xəstələnmə və ya digər xoşagəlməz hallarla rastlaşıb. Nəsimi rayonunda yaşayan Aysel İbrahimova deyir ki, bəzi hallarda sürücülər piyadaların vəziyyətini başa düşmür: “Elə olub ki, üzərimə su sıçradan sürücü dayanıb üzr də istəməyib. Açığı, qanunun tətbiqindən gec xəbərim olub. Ona görə də, nə vaxtsa, bu barədə polisə bildirmək barədə düşünməmişəm. Ümid edirəm ki, xəbərdarlıqdan sonra sürücülər də, daha ehtiyatlı və anlayışlı olacaq”.
Xəbər lenti
Hamısına baxİdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50

