Körpələrin günahı nə?!
19.01.2023 [10:55]
Küçəyə atılan uşaqlar - Psixoloji, hüquqi və sosioloji yanaşma
Yeganə BAYRAMOVA
Uşaq səsinə həsrət qalan ailələr övladları olsun deyə bütün var-yoxlarını verməyə hazırdırlar. Amma bəzi valideynlər uşaqları küçələrə, zibil qutularına atır, uşaq evlərinə verirlər. Uşaq evlərinə verilməni haradasa başa düşmək olar, o mənada ki, imkanı olmayan valideyn çıxış yolunu uşağı dövlətin himayəsinə verməkdə görür. Amma acınacaqlı hal uşaqların zibil qutularına, yol kənarlarına atılmasıdır.
Küçəyə atılan körpə ölüb
Bu günlərdə Abşeron rayonu, Masazır qəsəbəsində yeni doğulmuş körpə meyidi aşkarlanıb. Məlumata görə, körpə market paketinə qoyularaq yüksək sürətli avtomobil yolunun kənarına atılıb. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, qeyd olunan faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Psixoloq Aytən Ələkbərovanın “Yeni Azərbaycan”a açıqlamasına görə, son zamanlar körpə uşaqların küçəyə atılması hallarına tez-tez rastlayırıq. Psixoloq qeyd edib ki, əvvəllər belə hadisələr olsa da, çox qabardılmırdı: “Heç bir qadının dünyaya gətirdiyi uşağını küçəyə atmağa ixtiyarı yoxdur. Belə hallar baş verirsə, deməli, səbəbləri var. Bu vəziyyətin yaranmasına səbəb kimi qadınların erkən yaşda qanundan kənar nikahlarını əsas göstərmək olar. Nəticə olaraq da həmin qadınlar körpələrini ortaya çıxarmamaq üçün övladlarını dünyaya gətirən kimi ya uşaq evlərinin yanına, ya da zibil qutularına atırlar. Belə qadınlar cəmiyyətin qınaq obyektinə çevrildikləri üçün özlərinə haqq qazandıraraq günahın onlarda olmadığını, təcavüzə uğradıqlarını deyirlər. Dövlətimiz atılan uşaqlara sahib çıxsa da, ancaq valideynsizlik ağrısı onlarda sağalmaz yara olaraq qalır. Bəzən isə atılan uşaqların həyatını xilas etmək mümkün olmur”.
İmkansızlıq uşağı küçəyə atmağa rəvac vermir
A.Ələkbərova vurğulayıb ki, sosial durumunun qaydasında olmaması belə, heç bir valideynə uşağı küçəyə atmağa haqq vermir. Çünki imkanı olmayan valideynlər uşaqlarını internatlara verə, maddi vəziyyətləri düzəldikdə isə yenidən götürə bilərlər: “Dövlət bu şəraiti yaradır. Ona görə də mən uşağını küçəyə atan valideynə haqq qazandıra bilmirəm. İmkanı yoxdursa, pul qazana bilmirsə, başqa məsələ. Bu variantda o, icra hakimiyyətinə, sosial strukturlara müraciət edə bilər. Dövlət kimsəsiz uşaqlara sahib çıxır. İmkanı zəif olan ailələr uşaqlarını internata verə bilərlər. Şənbə-bazar günləri isə evə gətirə bilərlər. Dövlət şərait yaradıb ki, valideynlər uşaqlarından hansısa problemlərə görə uzaq düşməsinlər. Bizim mentalitetimizdə çətin durumda olanlara yaxınları, qohumları kömək edirlər. Onlar gənc ailələrə dəstək olurlar ki, uşaqlarını böyütsünlər. Belə nümunələr çoxdur. Niyə küçəyə atırlar?”.
İctimai qınaq...
Psxioloq hesab edir ki, bu məsələdə ictimai qınağın olması çox önəmlidir: “Qonşular, məhəllə, ətraf həmin addımı atanları cəmiyyətdən təcrid etməlidir. Uşaq üçün bir tikə çörək qazanmaq o qədər çətin deyil. Ağır şəraitdə o qədər uşaqlarını saxlayan valideynlər var ki, onlar uşaqlarını atmırlar”.
Sərt addımlar atılmalıdır
Sosioloq Sahib Altayın sözlərinə görə, yeni doğulmuş körpənin küçəyə atılması onun ölümün caynağına verilməsidir ki, bu da birbaşa qəsdən adam öldürmə hesab olunur: “Körpəni kiminsə qapısına qoyub qaçarkən müəyyən mənada onun götürülüb, polisə və ya hansısa internat evlərinə veriləcəyini düşünmək olar. Amma uşağı küçəyə atmaqdan ancaq ürək ağrısı ilə danışılır. Hesab edirəm ki, normal psixologiyada olan heç bir ana öz uşağını lazımsız bir əşya kimi küçəyə, zibilxanaya atmaz.
Atılan uşaqların əksəriyyəti nikahdankənar doğulan uşaqlardır. Sosial tənqidə dözə bilməyən qadınlar uşaqdan imtina etməyə məcbur olurlar. Lakin dünyaya uşaq gətirməyə hazır olmayan qadın, övlad istəməyən biri öncədən tədbir görməli idi. Düşünürəm ki, övladını atan valideynlərə qarşı sərt addımlar atılmalı və bu, ictimaiyyətə açıqlanmalıdır ki, digər insanlar da nəticə çıxarsın”.
6 aydan 3 ilədək həbs
Hüquqşünas Adəm Məmmədov bildirib ki, uşaqların atılması ilə bağlı qanunvericilikdə valideynlər üçün birbaşa məsuliyyət nəzərdə tutulmayıb. Lakin körpənin təhlükəli vəziyyətdə qoyulması ilə bağlı hüquqi məsuliyyət var: “Məsələn, körpəsini küçəyə atan və bununla da uşağın ölümünə şərait yaradan anaları 3 ilədək həbs gözləyir. Köməksiz vəziyyətdə olan şəxsin həyatına təhlükə yaratmış şəxs, yəni körpəsini küçəyə atmış valideyn müvafiq maddə əsasında 1000 manatdan 1500 manatadək cərimə oluna, bir ilədək sınaq işləri və ya 6 aylıq həbslə cəzalandırıla bilər.
Belə vəziyyətdə ekspertlərin rəyi əsasdır. Çünki bu addımı atan şəxslərin hansı hallarda belə etmələrinin cəzası ekspertlərin rəyinə görə dəyişə bilər. Belə ki, ana yeni doğduğu uşağı doğuş vaxtı və ya doğuşdan sonra qəsdən öldürürsə, bu zaman o, 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ancaq digər bir halda əgər həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyursa o zaman, ana Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə təqsirləndirilərək 300 manatadək miqdarda cərimə və 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər”.
Xəbər lenti
Hamısına baxSosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21

