Elm və Təhsil Nazirliyindən jest...
07.04.2023 [11:06]
Bu müəllimlər də sertifikatlaşdırılmaya cəlb olunacaqlar
Nicat Dilqəmli
Son illər ölkəmizdə təhsil sahəsində həyata keçirilən uğurlu islahatların müsbət nəticələri artıq özünü göstərir. Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlərin sertifikasiya imtahanlarında iştiraka cəlb edilməsi də uğurlu addımlardan biridir. Prosesin daha da inkişaf etdirilməsi istiqamətində nazirlik tərəfindən davamlı təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsi isə həyata keçirilən islahatlar nəticəsində əldə olunan nailiyyətlərin bir qədər də artması ilə nəticələnir. Diplomu dövlət nümunəli olmayan təhsilverənlərin də sertifikatlaşdırılma prosesinə cəlb olunmasını elm sahəsinin növbəti böyük uğuru kimi dəyərləndirmək olar.
Bu barədə mətbuatın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib. Vurğulanıb ki, müəllimlər üçün bu barədə məhdudiyyət yoxdur: “Diplomu dövlət nümunəli olmayan müəllimlər də (saxta diplom) təhsilverənlərin sertifikatlaşdırılması prosesinə cəlb olunacaqlar”.
Saxta diplomlu müəllimlər üçün müsabiqədə iştirak şansının yaradılması təhsil ekspertləri tərəfindən yüksək qiymətləndirilir. Mütəxəssislər nazirliyin bu qərarını doğru hesab edirlər.
Məsələ ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi əvvəlcə diplomu dövlət nümunəli olmamamaq anlayışına aydınlıq gətirib. E.Əfəndi bildirib ki, diplomu dövlət nümunəli olmamaq həmin diplomların dövlət tərəfindən tanınmaması deməkdir: “Eyni zamanda, verilən diplom təsdiq olunmadığı üçün, əlbəttə, onu saxta hesab etmək olar”.
Təhsil eksperti Elm və Təhsil Nazirliyinin bu addımını müsbət qiymətləndirib: “Belə olan halda həmin şəxslərin müvafiq olaraq müsabiqələrdə iştirak etməsi və digər amillər, əslində olmamalıdır. Amma Elm və Təhsil Nazirliyi bir növ kompromisə gedərək həmin şəxslərin də müsabiqədə iştirak etmələrinə icazə verir. Sertifikasiyanın keçirilməsi bilik və bacarıqların qiymətləndirilməsi və bunun əsasında yerləşdirmənin həyata keçirilməsidir. Əlbəttə ki, müsabiqədən keçməyənlər ümumi prosesdən kənarda qalır. Yəni, onlara bir il şans verilir, sonrakı mərhələdə isə onlar tədris prosesinə, yəni, dərs deməyə buraxılmırlar”.
Diplomu tanınmayan təhsilverənlərin imtahana buraxılmasını və onlar üçün sertifikasiya müsabiqəsində iştirak etmək imkanının yaradılmasının humanist bir qərar olduğunu deyən E.Əfəndinin qənaətinə görə, əgər müəllimin diplomu saxtadırsa, lakin o, imtahanlarda yüksək nəticə göstərirsə, onun fəaliyyətinə davam etməsində heç bir mənfi məqam yoxdur: “Təhsildə Keyfiyyət Təminatı Agentliyi Elm və Təhsil Nazirliyinin tabeliyində diplomların tanınmasına nəzarət edən qurumdur. Təxminən 2000-ci illərdən bu yana, demək olar ki, bütün diplomlar təsdiq olunur və tanınır. 2000-ci illərə qədər, hətta bəzi məqamlarda 2012-ci ilə qədər olanlar isə dövlət nümunəli deyil.
Ümumilikdə, isə prosesin məntiqi nəticəsi olaraq istər saxta diplomu olan, istərsə də dövlət nümunəli sənədi olan şəxslərin bu müsabiqədə iştirakı onun üçün təmin edilir ki, onlar öz bilik və bacarıqlarını göstərsinlər. Təbii ki, istər saxta diplomlu, istərsə də qanuni diplomu olan şəxslər əgər ümumi müsabiqədən keçə bilməyəcəklərsə, əlbəttə, onlar tədris prosesindən kənarda qalacaqlar. Ola bilər ki, hansısa şəxsin saxta diplomu olsun, amma o şəxs faktiki olaraq öz ixtisasını çox gözəl bilir, dərsləri yaxşı idarə edir, ümumi pedaqoji fəaliyyəti yüksək qiymətləndirilir. Həmin şəxslər müsabiqədən də uğurla keçirlərsə, onlar üçün işləmək üçün imkan yaradılır. Bu məsələdə hər hansı bir narahatlıq görmürəm”.
Xatırladaq ki, bir müddət öncə Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev 15-20 il əvvəl külli miqdarda saxta diplom verən ali məktəblərimizin olduğunu qeyd edib.
Xəbər lenti
Hamısına baxElanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04

