“Bir inci saflığı” olmayan sular...
11.05.2023 [10:51]
Nicat Dilqəmli
Gündəlik istifadə etdiyimiz içməli suların tərkibi barədə aparılan hansısa araşdırmaların nəticələri heç də hər zaman cəmiyyətdə maraq yaratmır. İnsanlar istehsalçıya, qablaşdırmaya fərq qoymadan müxtəlif həcmlərdə qablaşdırılan suları, demək olar ki, hər gün alırlar. İşin maraqlı tərəfi isə ölkədəki su şirkətlərinin qablaşdırmalarının, dizaynının eyni olmasıdır. Su almaq üçün mağazaya daxil olan alıcı geniş çeşid qarşısında qaldığından hansısa qutunun birini götürərək mağazadan uzaqlaşır. Adətən bir neçə dəfə hansısa müəyyən bir şirkətin istehsal etdiyi sudan istifadə etdikdən sonra alıcılarda həmin şirkət haqqında müvafiq olaraq müsbət və ya mənfi rəy formalaşır. Başqa sözlə, istehlakçılar bu məsələdə reklamdan daha çox şəxsi təcrübəyə üstünlük verirlər.
Son bir neçə il ərzində su satışı ilə məşğul olan şirkətlər barədə səsləndirilən dəhşətli iddialar səngimək bilmir. Bu məsələ su filtirlərinin satışının geniş yayılmasından sonra daha da aktuallaşmağa başladı. Su alıcıları istehlak etdikləri suların tərkibinə sanki bir qədər şübhə, tərəddüd ilə yanaşmağa başladılar. Bundan sonra ölkədəki su şirkətlərinin fəaliyyəti araşdırılmağa başlandı. Əldə olunan nəticələr isə yaranan şübhələrin əsaslı olduğunu deməyə əsas verir. Məsələnin aktuallığını nəzərə alaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentlikdən verilən məlumata görə, həyata keçirilən yoxlama nəzarət tədbirləri zamanı son vaxtlar bir sıra hallarda mərkəzləşdirilmiş su xəttindən verilən suyun müxtəlif filtrlərdən keçirilməklə qablaşdırılması və “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərini kobud şəkildə pozaraq üzərində müxtəlif təbiət mənzərələri, bulaq, çeşmə, dağ təsvirləri göstərməklə “təbii”, “mineral”, “müalicəvi” sözləri yazılmaqla satışa çıxarılması faktları aşkarlanıb.
Bu xüsusda, ötən həftə Bakının Yasamal rayonunda Z.Xəlilov küçəsi, ev 3 ünvanında fəaliyyət göstərən “Araz su” içməli su emalı müəssisəsində plandankənar yoxlama həyata keçirilib və qanunsuz fəaliyyətin qarşısı alınıb. Aparılan nəzarət tədbirləri çərçivəsində “ÇEMP Su” və “Çuxuryurd İstisu” əmtəə nişanlı qablaşdırılmış sularda müvafiq qanunun tələbləri pozularaq “təbii”, “mineral”, “müalicəvi” və s. sözləri yazılmaqla satışa çıxarıldığı müəyyən olunub. Hazırda bununla əlaqədar qanunvericilik çərçivəsində zəruri tədbirlər həyata keçirilir.
AQTA bu cür məhsulların satışı ilə məşğul olan ticarət şəbəkələrinə xəbərdarlıq edərək bildirir ki, həmin məhsulların satışı dərhal dayandırılmalı və geri çağırılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilməlidir. Əks halda həmin suların satışını həyata keçirən ticarət müəssisələri barədə qanunvericilik çərçivəsində inzibati tədbirlər görüləcək.
İstehlakçılardan həmin suları istehlak etməmək, bu kimi hallarla rastlaşdıqda dərhal agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.
Su satışında yol verilən sui-istifadə hallarından danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Yeni Azərbaycan” qəzetinə açıqlamasında hətta bəzi su brendlərinin də saxta variantları olduğunu diqqətə çatdırıb: “Su Allahın möcüzəsidir. Onun özəllikləri kifayət qədər çoxdur. İnsanlar onu nə qədər çirkləndirsə də, su göyə qalxır və yenidən təmizlənir. Təəssüflər olsun ki, suyun ilahiliyindən su istehsalçıları sui-istifadə edirlər. Bir tərəfdən su filtirçiləri, bir tərəfdən də guya təmiz su istehsal edənlər əhalini müxtəlif yollarla aldadırlar. Bizdə içməli suya münasibət heç də yaxşı deyil. Ölkədə texniki sular yoxdur. İçməli sudan başqa məqsədlərlə geniş istifadə israfçılıqdan başqa bir şey deyildir, belə halların qarşısı alınmalıdır”.
Qida eksperti su biznesində insanları aldatmaq üçün istifadə edilən müxtəlif üsulları da açıqlayıb: “Bu vəziyyətdən öz məqsədləri üçün istifadə edən su istehsalçıları müxtəlif qiymətlərdə sular təklif edərək insanları aldadırlar. Bəzən qiymət artıqca keyfiyyətin də artması barədə fikirlər yaranır. Bu, sadəcə olaraq, biznes maraqlarıdır. Əminliklə deyə bilərəm ki, hazırda brend hesab edilən su şirkətlərinin saxta variantları da var. Alıcılar bunu ayırd edə bilmirlər”.
E.Hüseynov AQTA araşdırmalarının su istehsalında irəliləyişə səbəb olacağına inanır: “AQTA-nın tətqiqatında əsas məsələ etiketdəki məlumatlarla tərkibin düz gəlməməsi, eləcə də istehsal şəraitinin anti-sanitar olması kimi məqamlardır. Bu, çox vacib bir məsələdir. AQTA-nın bu məsələyə nəzər salması çox yaxşı haldır. Bu məsələ illərdir araşdırmasız, nəzarətsiz qalmaqda idi. Agentliyin ölkədəki şirkətlərin ekspertizasını aparması daha yaxşı olardı”.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

