Məktəbli formaları dəyişir
24.05.2023 [11:24]
Narazılıqlar da var…
Yeganə BAYRAMOVA
Ötən il alınan məktəbli formalarından növbəti - 2023-2024-cü tədris ilində istifadə olunmayacaq. Üstəlik, bu il təkcə ibtidai siniflər yox, bütün məktəblilər forma almalıdırlar.
Qeyd edək ki, bəzi sosial şəbəkələrdə yayılan bu xəbər cari mövsümdə övladına məktəbli forması alan valideynləri ciddi narahat edib. Təbii ki, haqsız da sayılmazlar. Keçən ilin sentyabrında məktəbli formalarının satıldığı obyektlərdəki izdihamı yəqin ki, xatırlayırsız.
Bu il problem olmayacaq
“Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, formalar boz ətək, şalvar, jaket və mavi köynəkdən, 2-ci komplekt isə göy şalvar, jaket və ağ köynəkdən ibarət olacaq:
“2023-2024-cü tədris ilindən başlayaraq yalnız yeni məktəbli formalarından istifadə olunacaq. Artıq istehsala da start verilib. Ötən il valideynlər narazılıq etdilər ki, ölçüləri tapa bilmirik. Ona görə də bu ilin əvvəlindən bütün parçaları sifariş etdik. Parçalar Türkiyə və Belarusdan gəlir. Artıq tikib anbarlara yığırıq. Bu il formalarla bağlı problem olmayacaq”.
Yeni qiymətlər
E.Əzimov növbəti tədris ili üçün yenilənən məktəbli formalarının satış qiymətlərindən də danışıb: “Ətək və şalvarlar yun tərkibli parçalardan ibarətdir və qiyməti 25 manatdır. Köynəklər qısaqol və uzunqol 15 manatdır. Yerli istehsal olan jaketlər 25, Türkiyədən aldıqlarımız isə 30 manatdır”.
Yeni forma tələbi bizi maddi çətinliyə salır
Valideyn Günel Osmanova məktəbli formalarının tez-tez yenilənməsinin düzgün olmadığını düşünür: “Bir neçə müddətdir ki, növbəti dərs ilində yeni formaların istifadə olunacağı ilə bağlı xəbərlərə rast gəlirik. Halbuki məktəbli formalarını yeni almışdıq. Ötən il satış obyektlərinin qarşısındakı sıxlıq bizi çox çətin vəziyyətə saldı, forma tapa bilmirdik, ya ölçüsü uyğun gəlmirdi, ya da ümumiyyətlə, formalar bitmişdi. Formaların dəyişdirilməsi maddi baxımdan da bizə uyğun deyil”.
Formanı yeni almışdıq…
Valideyn Rəqsanə Amilova da mövcud durumdan narazıdır: “Qızım bu ilin senytabr ayında 7-ci sinfə gedəcək. Halbuki ona 2022-ci ilin senyabrında yeni forma almışdıq. İndi isə deyirlər ki, bu formalar lazım olmayacaq və yenilənən formalardan almalıyıq. Məncə məktəbli formaları ilə bağlı tez-tez belə qərarların verilməsi düzgün deyil. Bütün bunlar valideynləri maddi olaraq çətinliyə salır”.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, ötən il məktəbli forması alanlar yeni tədris ilində də həmin geyimlərdən istifadə edə bilərlər.
Xatırladaq ki, ötən ilin mart ayında Baş nazir Əli Əsədov “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi” haqqında qərar imzalayıb. Qərara əsasən, dövlət ümumi təhsil müəssisəsi təhsil alanlarının geyim formalarının təsvirləri təsdiq edilib. Bu Qərar 2022/2023-cü tədris ilindən tətbiq edilir. Nazirlər Kabinetinin qərarında da bildirilib ki, ötən il istifadə olunan geyim növbəti il üçün tətbiq edilməyəcək.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

