Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yayda necə geyinək?

Yayda necə geyinək?

22.06.2023 [11:30]

Rənglərin fəsillərə “təsiri”...

Yeganə BAYRAMOVA

Həkimlər hər nə qədər “temperaturun yüksək olduğu günlərdə açıq havada olmayın” desələr də, müəyyən səbəblərə görə bu tövsiyəyə tam əməl edə bilmirik - evdən çıxmalı oluruq. Bir çoxları fikirləşir ki, isti aylarda daha yüngül geyinmək nisbətən də olsa bədəndə sərinlik yaradır. Ancaq isti havalarda geyindiyimiz geyimlərin rəngi belə xüsusi önəm kəsb edir. Belə ki, insanlar yayda əsasən ağ rəngli və ya digər açıq rəngli paltar geyinməyə üstünlük verir. Bunun səbəbi isə odur ki, ağ rəng günəş şüalarını əks etdirir və içinə çəkmir. Beləliklə də ağ rəngli paltar insan bədənini daha sərin saxlayır. Qarın günəş şüaları altında uzun müddət əriməməsinin səbəbi də budur.

Yay aylarında düzgün geyim qaydası ilə bağlı digər maraqlı məqam isə bədən nahiyələrinin qapadılmağa daha çox ehtiyac duyması ilə əlaqədardır. Bir çoxları belə olduqda sərinləyəcəklərini düşünsələr də, bu, yanlış fikir imiş...

Yayda geyimlərimizin parçasını, rəngini necə seçək?

Modelyer Şəlalə Kərimova “Yeni Azərbaycan”a bildirib ki, yay aylarında geyim seçərkən, parçanın materialına fikir vermək lazımdır. Onun sözlərinə görə, hətta parçanın materialı rənglərdən də önəmli rol oynayır: “Yaxşı olar ki, təbii materiallara - xüsusilə kətandan, çit parçadan hazırlanan geyimlərə üstünlük verilsin. Xüsusilə, yay aylarında sintetik tərkibli geyimlərdən qətiyyən istifadə etmək olmaz. Geyim seçərkən paltarın rənginə də fikir vermək lazımdır. Yayda daha çox qarışıq və al-əlvan tonlarda olan parçalara üstünlük verilməsi məsləhətdir. Bundan əlavə, güllü, açıq rəngli parçalar hər ilin yaz-yay aylarında dəbdə olur”.

Ağ rəng sərinlədir...

Ş.Kərimova qeyd edib ki, bədənə oturmayan, gen-bol biçimdə olan geyimlər daha faydalıdır: “Yay aylarında açıq geyimlərdən istifadə etmək bir o qədər də məqsədəuyğun deyil. Çünki bu halda günəş şüaları bədənə birbaşa nüfuz edir və bu, insan orqanizminə mənfi təsir göstərir. Yaxşı olardı ki, nisbətən qapalı geyimlərə üstünlük verilsin. Amma bu o demək deyil ki, tünd rəngli qapalı geyimlərdən istifadə edilməlidir. Açıq ağ rəngli tonlarda qapalı geyinmək orqanizm üçün daha faydalıdır. Çünki ağ rəng günəş şüalarını geri qaytarır və nəticədə insan sərinləyir. Ultrabənövşəyi şüalardan qorunmaq üçün bu, ən əlverişli üsullardandır”.

Uzaq durun!

Modelyer, həmçinin bildirib ki, isti aylarda süni tərkibli parçalardan hazırlanan paltarları geyinmək olmaz: “Paltar seçimində çox açıq geyimlərin istifadəsi sağlamlıq baxımından da yolverilməzdir. Belə dövrlərdə daha çox havakeçirici paltarlardan istifadə edilməlidir. Bu mənada istər baş örtükləri, istərsə də digər geyimlər pambıq materialından olmalıdır ki, bədəni havalandıra bilsin. Süni tərkibli parçalardan mümkün qədər uzaq durmaq lazımdır. Yay aylarında geyim elə seçilməlidir ki, istinin orqanizmə neqativ təsirini minimuma endirə bilsin. Həmçinin, isti aylarda gigiyena qaydalarına da mütləq riayət edilməlidir. Sağlamlıq və infeksiyalarla mübarizə baxımından bu, önəmlidir. Dəri nə qədər nəfəs ala bilirsə, orqanizmə o qədər faydalıdır. Yay aylarında geyim tez-tez təzələnməlidir. Tərli və çirklənmiş paltarlar dəyişilməlidir. Çünki onlar infeksiya mənbəyi hesab olunurlar. Diqqətli olmaq lazımdır ki, neqativ halların qarşısını vaxtında almaq mümkün olsun”.

Paylaş:
Baxılıb: 688 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31