Ölümə aparan liftlər...
04.07.2023 [11:05]
Liftlərlə bağlı xoşagəlməz xəbərlərə tez-tez rast gəlirik. Təəssüf ki, bəzi yaşayış binalarında, obyektlərdə liftlərin texniki xidmətinə nəzarət yüksək səviyyədə deyil. Bu qurğular gah işləmir, gah xarab olur, gah da qəza nəticəsində insanların xəsarət almasına, hətta ölümünə şərait yaradır. Halbuki liftlərin istismarı texniki təhlükəsizlik üzrə dövlət standartları və fövqəladə hallardan müdafiə normalarına uyğun olmalıdır.
Təbii ki, vaxtında təmir işləri görülmədikdə arzuolunmaz hadisələrin baş verməsi qaçılmazdır. Məsələn, 4 gün öncə Bakıda çoxmərtəbəli yaşayış binasında liftin qırılması nəticəsində 6 nəfər ağır xəsarət alıb. Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Uğur-2” yaşayış kompleksində baş verib. Belə ki, kompleksdəki üçüncü binanın lifti 7-ci mərtəbədə olan zaman qırılıb və şaxtaya düşüb. Yaralıların hər birinə zəruri tibbi xidmət göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.
Adətən köhnə liftlərin daha təhlükəli olduğuna dair fikirlər səslənsə də, bu hadisə yeni tikilmiş binalarda liftlərin təhlükəsizliyi problemini aktuallaşdırıb. Bəs ölkədə liftlərə nəzarət hansı mexanizmlə həyata keçirilir?
Sualımızı cavablandıran təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevin “Yeni Azərbaycan”a açıqlamasına görə, liftlərin istismarı təhlükə potensialı olan obyektlər siyahısındadır. Ekspert liftlərdə qəzaların baş vermə səbəblərini sadalayıb: “Normadan çox yüklənmə zamanı, elektrik sistemində nasazlıq yarandıqda, liftin quraşdırılması zamanı düzgün montaj olmadıqda, istismar müddəti bitən avadanlıq və mexanizmlərin vaxtında dəyişdirilməməsi səbəbindən baş verir. Yəni, liftlərin istismarı xüsusi icazələrlə reallaşdırılır. Stasionar şəkildə quraşdırılan, səyyar yük qaldıran mexanizmlər, ekskalatorlar, kanat yolları, funiklyorlar təhlükə potensiallı obyektlərdir. Yaşana biləcək qəzaların lokallaşdırılması üçün lift şaxtalarının tikintisi, quraşdırılmasında dövlət standartlarına və digər texniki normativ təhlükəsizlik qaydalarına cavab verən sertifikatlaşdırılmış materiallardan yararlanmaq lazımdır. Bəzi yaşayış binalarında, obyektlərdə liftlərə texniki baxışa nəzarət yoxdur. Bütün liftlər daimi yoxlanılmalı, istismar müddətini bitmiş mexanizm, avadanlıqları və s. aradan qaldırılmalıdır”.
Bu liftlər daha qorxuludur
E.Nurəliyev qeyd edib ki, qaydalara düzgün əməl olunmasa, qəzalar qaçılmazdır: “Köhnə liftlərə nəzarət mexanizmi ürəkaçan deyil. Ancaq liftin qırılıb şaxtaya düşməsi tamamilə sıradan çıxması deməkdir. Liftdə həm qaldırıcı, həm də qoruyucu troslar mövcuddur. Biri qırılsa, avtomatik o birisi kabinanı saxlayır. Köhnə liftlər daha qorxuludur. Müasir liftlərdə isə surət artan kimi əyləc sistemi işə düşür, təhlükəsiz şəkildə dayanır”.
Bunları etməyin!
Ekspertin sözlərinə görə, liftin kabinasında yersiz hərəkətlər etmək, bir neçə düyməni eyni anda basmaq, tavana, qapılara toxunmaq, liftin divarına söykənmək olmaz: “Xüsusilə də bu cür hallarda uşaqları diqqətdə saxlamaq lazımdır. Azyaşlıların liftdən valideyn nəzarətilə istifadəsi daha məqsədəuyğundur. Bütün liftlərdə güzgü var. Liftin çağırılan mərtəbədə qapı açılanda güzgüdə əksimizi görürüksə, demək, lift həmin mərtəbədədir. Lift şaxtadaykən, qapı açıla bilər. Güzgülərin qoyulması da təhlükəsizlik məqsədi daşıyır”.
İldə bir dəfə...
E.Nurəliyevin sözlərinə görə, yeni tikilmiş yaşayış binalarında bina istismara verildikdən sonra liftlərin vəziyyəti aidiyyatı dövlət qurumu tərəfindən ildə bir dəfə yoxlanılmalıdır: “Amma belə yaşayış binalarında daimi olaraq liftlərin təhlükəsizliyinə nəzarət, binanı idarəedən Mənzil Müştəriləri Müştərək Cəmiyyətlərinin (MMMC) səlahiyyətindədir”.
Ekspert vurğulayıb ki, yeni tikililərdə binanı inşa edən şirkət mənzilləri satdıqdan sonra binanın idarə edilməsi işinə qarışmamalıdır: “Bu qanunla belə olsa da, yeni tikililərdə binanı sakinlərin yaratdığı MMMC-lər yox, elə məhz yaşayış binasını inşa edən şirkət idarə edir. Onlar sakinlərin imzası əsasında formal MMMC-lər yaradır, o MMMC-ləri isə sakinlər yox, özləri idarə edir. Ona görə də hazırda yaşayış binalarının çoxunda binaların idarəedilməsində sakinlərin yox, binanı inşa edən şirkətlərin sözü keçir.
Əslində isə bina tikildikdən sonra tikintini aparan şirkətin balansından çıxıb sakinlərin yaratdığı MMMC-lərin istismarında olmalıdır. Burada qanunsuzluq olduğundan, yaradılan MMMC-lər tikinti şirkətləri tərəfindən idarə edildiyindən, onlar liftlərin təhlükəsizliyini təmin etməli, vaxtlı-vaxtında liftlərə qulluq üçün aidiyyatı lisenziyalı şirkətlərlə müqavilə bağlamalıdırlar”.
MMMC-lərin bəhanəsi...
E.Nurəliyev bildirib ki, həmin şirkətlər yaşayış binalarında liftlərin detallarını vaxtı-vaxtında dəyişməlidirlər. Buna nəzarəti isə MMMC-lər həyata keçirməlidir: “MMMC pulunun olmadığını əsas gətirərək binada liftin dəyişdirilməsindən, təmirindən imtina edə bilməz. Hər kəsə bəllidir ki, yeni yaşayış binalarında liftə nəzarət, mühafizə, təmizlik xidməti üçün sakinlərdən aylıq 40-50 manat kommunal vəsait toplanır. MMMC-lər bu vəsaitdən müəyyən məbləği binada istismar müddətini başa vurmuş liftin dəyişdirilməsi üçün ayırmalıdırlar. Əgər pulun olmadığını bəhanə edib bundan imtina edirlərsə, bu zaman idarəetmədən kənara çəkilməlidirlər. Sakinlər bina idarəetməsini özləri həyata keçirməlidirlər”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxGündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33

