Ağcaqanad dərmanları
06.07.2023 [11:28]
Sizi də zəhərləyir...
Y.BAYRAMOVA
Yay gəldi, ağcaqanad problemini də özüylə gətirdi. Bu mövsümdə insanlar ağcaqanadlardan qorunmaq üçün fərqli üsullara əl atırlar. İsti havalarda gündəlik istifadə etdiyimiz məhsullar siyahısına həşərat və ağcaqanad əleyhinə olan müxtəlif çeşiddə dərman vasitələri daxildir. Elə bir ev olmaz ki, orada ağcaqanad əleyhinə hansısa dərmandan istifadə edilməsin. Satışda müxtəlif maye və elektrik şəbəkəsinə taxılan
ağcaqanad əleyhinə dərmanlar var. Onların qiyməti də fərqlidir. 10 qəpik və 20 manat arasında dəyişən bu dərmanların bəziləri yandırılaraq istifadə edilir, bəziləri də suyu ilə birgə satılır və elektrik şəbəkəsinə taxılır.
Təəssüf ki, çox vaxt bu dərmanların sağlamlığımıza nə kimi təsir bağışladığının fərqinə varmırıq. Mütəxəssislər belə dərman vasitələrinin kimyəvi maddələrlə zənginliyini əsas gətirərək onlardan istifadə zamanı ehtiyatı əldən verməməyə çağırırlar. Əvvəllər “Pif-paf” adlanan və yandırılan dərmanlar çoxluq təşkil edirdi. İndi isə “toka” taxılaraq istifadə edilən “Raid”lər daha çox alınır.
Həkim-terapevt Şahmvələd Məmmədovun “Yeni Azərbaycan”a açıqlamasına görə, kimyəvi preparat hansısa bir canlıya öldürücü təsir edirsə, sinir sistemini tormozlaşdırırsa, sözsüz ki, insan orqanizminə də təsirsiz ötüşmür. O qeyd edib ki, belə dərmanlar xüsusilə körpələr üçün daha zərərlidir: “Əgər evdə uşaq yatırsa, ağcaqanad dərmanlarının istifadəsindən imtina etmək lazımdır. Belə dərmanların mütəmadi istifadəsinin fəsadları dərhal bilinməsə də, gələcəkdə özünü büruzə verə bilər. Belə preparatların üzərində nə qədər təhlükəsiz olduğu yazılsa da, sağlamlığımız üçün təhlükəlidir və əlavə təsirlərini göstərməkdə davam edəcək”.
Allergiyası olanlar...
Həkimin fikrincə, son dövrlər allergiyalar geniş yayıldığından belə dərman vasitələrindən istifadə etmək məsləhət deyil: “Allergiyası olan şəxslər həmin dərmanların qoxusundan boğula bilər. Onlar ağcaqanad, həşərat öldürən dərman vasitələrindən istifadə etməyi qərara alıblarsa, istifadədən öncə təsirini yoxlamalıdırlar”.
Kustar üsulla hazırlanan dərmanlar
Terapevt qeyd edib ki, həşərat və ağcaqanad əleyhinə hazırlanan dərmanların əksəriyyəti keyfiyyətsizdir: “Çoxu kustar üsulla hazırlanır və bazara müxtəlif yollarla gətirilir. Kustar üsullarla hazırlanan ağcaqanad dərmanlarının təsirinin effketli olması üçün tərkibinə daha güclü kimyəvi maddələr əlavə olunur. Bu da gələcəkdə insan sağlamlığında yaranacaq çox böyük bəlalardan xəbər verir. Ona görə də belə dərman vasitələrindən mümkün qədər az istifadə etmək lazımdır”.
Vaxtında dezinfeksiya işləri aparılmalıdır
Ş.Məmmədov bildirib ki, binaların zirzəmilərində vaxtlı-vaxtında dezinfeksiya işləri aparılsa, ağcaqanadlar indikindən 5 dəfə az olar: “Xüsusilə binaların zirzəmisində yığılan çirkli sular orada ağcaqanadların sürətlə artmasına səbəb olur. Belə binalarda yaşayan insanlar, demək olar ki, hər gün ağcaqanadlara qarşı güclü dərman vasitələri istifadə etməli olurlar”.
Həkim vurğulayıb ki, bəzi insanlar ağcaqanadlar tez tələf olsun deyə kiçik lövhəcik şəklində olan “Pif-paf” adlı dərmanları yandırır və tüstüsünü otağa yayırlar: “Bu zaman xoşagəlməz qoxu ətrafa yayılır və tüstü insanın üzünə tərəf gələrsə, gözlərini yandırır. Belə istifadə dərman vasitələrinin zərərini artırır və orqanizm üçün çox ziyandır. Təəssüf ki, həmin dərmanların fəsadları gələcəkdə daha acınacaqlı ola bilər”.
Ağcaqanad dərmanlarının həşəratlara təsirinə gəlincə, Ş.Məmmədov bildirib ki, dərmanlar həşərat və ağcaqanadların sinir sistemini iflic edir. Bəzən ağcaqanadlar ölmür, sadəcə hərəkət edə bilmədiyindən düşüb qalır.
Təhlükəsiz olduğu iddia edilən “Raid”lər
Terapevtin sözlərinə görə, su ilə birgə satılan “Raid” adlı aparatların nisbətən zərərsiz olduğu iddia edilsə də, bu preparatlar da insan orqanizminə təsirsiz ötüşmür: “Məsələn, Rusiya istehsalı olan və uşaqlar üçün tam zərərsiz olanı var ki, qiyməti 20 manatdır. Alınanlar daha çox 2-5 manat arasında olan “Raid”lərdir”. Bu aparatlar taxılarkən də dərmanların ağırlığı sanki orqanizmdə hiss edilir. Bəzən insanlar onu yatmazdan əvvəl taxır, sonra isə çıxarırlar. Ancaq elə insanlar da var ki, gecə səhərə kimi həmin aparatları taxılı qoyurlar. Təbii ki, bu da orqanizm üçün çox ziyanlıdır”.
“Deet” maddəsi...
Ş.Məmmədovun sözlərinə görə, Fransa alimləri belə nəticəyə gəliblər ki, ağcaqanad dərmanlarının tərkibindəki “deet” adlı kimyəvi maddə insanın sinir sisteminə nevrotoksik təsir göstərir: “Həmin maddə mərkəzi sinir sistemi üçün çox böyük əhəmiyyətə malik olan asetilkolinesteraz fermentini parçalayır. Dərmanların tərkibindəki “deet” və “permetrin” adlı kimyəvi maddələr insan beyninin hüceyrələrinə mənfi təsir göstərir, sinir sistemini tədricən dağıdır”.
Uşaqlarda hiperaktivlik 3 dəfə artır
Həkim ağcaqanad əleyhinə istifadə olunan dərmanların uşaqlarda diqqət pozğunluğuna və hiperaktivliyin 3 dəfə artmasına səbəb olduğunu diqqətə çatdırıb: “Hər il ağcaqanadların səbəb olduğu xəstəliklərdən azı 725 min insan dünyasını dəyişir. Bu xəstəliklər arasında malyariya, sarı sətəlcəm və qərbi nil virusu insanlar üçün daha ölümcül xarakter daşıyır”.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

