Müəllimlərin sertifikasiyası
07.07.2023 [11:10]
Məqsəd kadrların sayını azaltmaq deyil...
Yeganə BAYRAMOVA
İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) inkişaf etdiyi zamanda cəmiyyətin daha çox diqqət yetirdiyi təhsil sistemi də yeniləşmə tələb edir. Ölkəmizdə təhsil sahəsində islahatların aparılması istiqamətində az işlər görülməyib. Yeni milli kurikulum proqramlarının qəbulu təhsilalanların yalnız mükəmməl biliyə deyil, həm də müvafiq olaraq bacarıq və vərdişlərə yiyələnmələri ilə xarakterizə olunur. Təhsilalanlarda bilik, bacarıq və vərdişləri stimullaşdıran təfəkkürün formalaşması onlarda müstəqil yaradıcılıq və tədqiqatçılıq qabiliyyətlərini inkişaf etdirir. Sirr deyil ki, bu problemin həllində müstəsna yük müəllimlərin üzərinə düşür. Bundan ötrü müasir müəllim özünü və tədris prosesinə yanaşma formasını dəyişməlidir.
2014-cü ildən başlanan və mərhələli şəkildə davam edən müəllimlərin diaqnostik qiymətləndirilməsi bu problemin həllinə doğru ilk addım kimi əhəmiyyətli idi. Belə ki, imtahana cəlb edilmiş müəllimlərin ixtisas fənlərindən və kurikulumdan hansı bilik və bacarıqlara malik olduqları üzə çıxdı. Nəticələr göstərdi ki, müəllimlərin vaxtaşırı özünüyoxlama imtahanlarına təhrik edilməsi onların zəif nöqtələrinin aşkarlanmasına səbəb olur. Beləliklə, təhsilverənlərin daha çox keyfiyyətli və səmərəli işləmələri üçün istiqamətlərin müəyyənləşməsi asanlaşır.
2020-ci ildən isə ölkə ümumtəhsil məktəblərində çalışan müəllimlərin sertifikatlaşdırılması məsələsi gündəmə gəldi. Beş ildən bir keçirilməsi nəzərdə tutulan sertifikatlaşdırmanın reallaşdırılması, şübhəsiz ??, təhsilin keyfiyyətinə təsir etmək baxımından növbəti və daha güclü təkan idi. Əlbəttə, əvvəlki imtahandan fərqli olaraq, burada qoyulan sualların sınaq xarakteri daşımayacağını və çətinlik dərəcələrinə görə kifayət qədər ağır olacağını ehtimal etmək olar.
Elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırma prosesinin birinci mərhələsinin 2022-2027-ci illəri əhatə edəcəyini deyib. Nazir bu barədə “Sertifikatlaşdırma: Peşəkar müəllim-keyfiyyətli təhsil” tədbirində açıqlama verib.
10 faiz yüksək nəticə göstərib
Nazirin sözlərinə görə, prosesin əsas məqsədi təhsildə keyfiyyəti artırmaq, həmçinin keçmiş səhvlərdən nəticə çıxarmaqdır: “İbtidai siniflər üzrə 30 min müəllim sertifikatlaşdırma prosesinə cəlb edilib. 2023-cü il üzrə ibtidai sinif müəllimləri üçün statistik nəticələrə görə, yüksək nəticə göstərənlər 10 faiz, qənaətbəxş hesab edilən 53 faiz, təkmilləşdirilməyə ehtiyacı olanlar isə 30 faiz təşkil edib”.
223 nəfər 0-9 bal toplayıb
E.Əmrullayev qeyd edib ki, sertifikasiya prosesində iştirak edən 30 min ibtidai sinif müəlliminin 0,7 faizi, yəni 223 nəfəri 0-9 bal toplayıb. Nazir qeyd edib ki, müəllimlərdən 10 faizi isə 10-19 bal yığıb: “51 bal həddini keçən müəllimlərin faiz göstəricisi isə 17 faiz təşkil edib”.
Kənar ixtisas sahibləri sıradan çıxacaq
Təhsil üzrə ekspert Elçin Əfəndi “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, müəllimlərin sertifikasiya imtahanı məhz qarşıya qoyulan məqsəd üzrə həyata keçirilərsə, kifayət qədər müsbət nəticələr əldə edə bilərik: “Ən başlıcası övladlarımıza təhsil verən müəllimlər arasında tanışlıqla işə düzələn, kənar ixtisas sahibləri sıradan çıxacaq. Eyni zamanda, müasir təhsil standartlarından xəbəri olmayan və yaxud 2008-ci ildən etibarən ölkəmizdə tətbiq olunmağa başlayan kurikulum sistemindən məlumatsız olan, ümumi təhsil vermək imkanları aşağı olan şəxslər prosesdən tədricən uzaqlaşacaq”.
Müəllim o qədər savadlı olmalıdır ki...
Ekspert qeyd edib ki, hazırda ölkəmizdə orta ümumtəhsil müəssisələrində 160 mindən çox müəllim çalışır: “Həmin müəllimlər 4440-a yaxın orta ümumtəhsil müəssisələrində təhsilverən statusundadır. Bu zaman 1 milyon 900 mindən çox şagirdin təhsilində birbaşa məsuliyyət onların üzərinə düşür. Təhsil verənlər o qədər təcrübəli və savadlı olmalıdır ki, gələcəkdə daha ixtisaslı kadrlar yetişdirə bilək”.
Bu, düzgün yanaşma deyil
E.Əfəndi vurğulayıb ki, imtahanlar müəllimlərin sayının azaldılması məqsədilə keçirilmir: “Bəzən düşünürlər ki, müəllimlərin sertifikasiyası onların sayının azaldılması üçündür. Ancaq bu, düzgün yanaşma deyil. Məqsəd müəllimlərin sayını azaltmaq yox, prosesdən savadsız “müəllimləri” uzaqlaşdırmaqdır. Bu, övladlarımızın gələcəyi baxımından doğru addımdır. Hesab edirəm ki, gənc kadrlar arasından da müsabiqədən keçə bilməyənlər var”.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

