Təhsilimizin “repetitor bəlası”...
26.08.2023 [11:30]
Yeganə
Başlamasına az qalmış yeni tədris ili bir çox valideyn və şagird üçün həm də repetitor, dərsdənkənar hazırlıq məsələlərini aktuallaşdırır. Ölkəmizdə repetitorlara tələbat günü-gündən artır. Bunu təkcə Bakıda yox, elə digər şəhər və rayonlardakı ictimai yerlərdə, sosial şəbəkələrdə yayılan elanlardan görmək olar. Hazırlıqlar 10-15 il əvvəl daha çox yuxarı sinifləri əhatə edirdisə, indi əlavə məşğələ hazırlığı aşağı siniflərə də aiddir.
İbtidai sinif şagirdləri əlavə məşğələdə növbəti günün dərsini hazırlayırsa, orta və yuxarı sinif şagirdləri üçün mənzərə fərqlidir: Sirr deyil ki, repetitor yanına getmədən ali məktəbə qəbul olmaq çətindir. Bu səbəbdən də repetitorluqla məşğul olan müəllimlərin sayı artmaqdadır. Bəzi müəllimlər hətta siniflərdə dərs keçmək istəmirlər. Uşaqları evlərinə, hazırlığa dəvət edirlər. Bəzən isə abituriyentlərə başqa müəllimlə hazırlaşdıqları üçün təzyiq göstərirlər. Belə olduğu halda şagirdlər də məktəbdə keçirilən dərslərə biganə yanaşırlar. Bütün biliyi hazırlıqda öyrənəcəklərini güman edib, arxayınlaşırlar.
Düzgün nəzarət mexanizmi yoxdur...
Təhsil üzrə ekspert Elçin Əfəndi “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, təhsilimizdə mənfi tendensiyalı ənənələrdən biri də repetitorluqdur. Onun sözlərinə görə, demək olar ki, orta ümumtəhsil məktəblərində dərslərin keçirilmə səviyyəsi olduqca aşağı düşüb: “2000-ci illərdən etibarən bu fəaliyyət daha da genişlənib. Bunun da ən birinci səbəbi orta təhsil müəssisələrində tədris edilən dərslərin keyfiyyətinin aşağı olması, ikinci səbəbi isə şagirdləri fərdi olaraq hazırlığa gəlməyə təhrik edən bəzi müəllimlərdir. Həmin müəllimlərin belə etməsinə səbəb tədris üzərində düzgün nəzarət mexanizminin olmamasıdır. Biz hansı müəllimi danışdırsaq, maaşının onu qane etməməsindən şikayətlənəcək. Belə olan halda isə məcburdur ki, məktəbdəki işindən əlavə repetitor kimi də çalışsın. Valideynlər 4-5 yaşında uşağı hazırlığa, fərdi müəllim yanına göndərirlər. Bu isə o deməkdir ki, bizdə repetitorluq fəaliyyəti olmadan təhsil səviyyəsi sıfırdır.
Kütləvi savadsızlıq ola bilər...
E.Əfəndi, vəziyyətin belə davam edəcəyi təqdirdə, ölkədə kütləvi savadsızlığın baş alacağını bildirib: “Repetitorluğun inkişafının davamlı olması kütləvi savadsızlığa səbəb olacaq. Çünki hər bir ailənin maddi imkanı yoxdur ki, övladını fərdi müəllim yanına göndərsin...
Ölkədə 1 milyon 500-600 min təhsil alan varsa, 600 min şagird maddi cəhətdən çətinlik çəkməyərək hazırlığa gedə bilir. Lakin eyni tendensiya 1 milyon şagird üçün səciyyəvi deyil. Qarşıdakı dövrlərdə bizi ödənişli təhsil sistemi gözləyir. Özəl məktəblər artacaq, nəticədə rəqabət yaranacaq. Dövlət məktəbləri isə məcbur qalaraq savadlı müəllimlərə yüksək maaş verib onları işləməyə dəvət edəcək. Nəticədə onlar da ödənişli təhsil sisteminə keçəcək. Bu da öz növbəsində ödənişli məktəblərin sayını artıracaq”.
Çıxış yolu nədir?
Ekspert problemin qarşısını alımağın yollarından da danışıb: “Bunun üçün ilk addım müəllimlərin maaşının artırılmasıdır. Repetitor fəaliyyəti ilə məşğul olan bütün müəllimlər vergiyə cəlb olunmalıdır. Elm və Təhsil Nazirliyi müəllim işləyənlərin repetitorluq fəaliyyətini qəti sürətdə qadağan etməlidir.
Təhsil məktəbdə, auditoriyada verilməlidir. Əgər kimsə pullu təhsil istəyirsə, bu zaman məktəb rəhbərliyi ilə danışıb dərsdən sonra orada təşkil olunacaq məşğələlərdə iştirak edə bilərlər. Son illər təmayülləşmə adı ilə müəyyən ixtisas qrupları üzrə qruplaşdırmalar apardılar, bu da effekt vermədi, əksinə, daha bərbad vəziyyət yarandı. Əgər mövcud vəziyyəti dəyişmək istəyiriksə, Elm və Təhsil Nazirliyinin müəyyən proqramı olmalıdır”.
Xarici ölkələrdə vəziyyət
Repetitorluq Cənub-Şərqi Avropa dövlətlərində də çox geniş yayılıb. Yunanıstanda sonuncu sinif şagirdlərinin 96 faizi repetitor yanına gedir. Kiprdə şagirdlərin 80 faizi repetitordan istifadə edir. İtaliyada şagirdlərin 40 faizi, İspaniyada 63 faizi, Latviyada 46 faizi, Maltada 78 faizi, Polşada 50 faizi, Slovakiyada 56 faizi, Çexiyada 47 faizi repetitorlara müraciət edir.
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

