Sərin payız...
22.09.2023 [11:40]
Bu aylarda nələrə diqqət etməli?
İsti, günəşli günləri soyuq havaların əvəz etdiyi payız fəslinə qədəm qoymuşuq. Sentyabrın 21-də isə payız öz gəlişini rəsmən “bəyan etdi”. Ümumiyyətlə, fəsillərin bir-birini təbii halda əvəz etməsi insan orqanizmində də bir sıra dəyişikliklərə, yenilənmələrə səbəb olur. Havalar soyuduqca bəzi hallarda orqanizmimizin müqaviməti azalır, immun sistemi zəifləyir. Bu da kəskin respirator virus xəstəliklərinə yoluxma hallarının sayını artırır. İmmuniteti zəif olan insanlar isə daha çox xəstəliklərə məruz qalırlar.
Statistikaya əsasən, bir çox xəstəliklərin kəskinləşməsi məhz payız aylarında baş verir. Bu fenomenin səbəbini həkimlər hələ ki dəqiq təyin etməyiblər. Alimlər güman edirlər ki, bunun səbəbi insan orqanizmində bioritmlərin kəskin dəyişilməsi ola bilər. Yəni günəşli günlərin sayı azalır, gün qısalır. Bu cür mövsümi dəyişikliklər orqanizmi stress vəziyyətinə salır. Bundan əlavə, dəyişkən yağışlı hava, daim dəyişilən meteoşərait insanda stressin inkişafına təkan verir. Stress isə immun sistemini zəiflədir. Nəticədə insanda olan xroniki xəstəliklər payız aylarında kəskinləşməyə başlayır.
Mütəxəssislər payız mövsümündə soyuq havaya uyğunlaşmaq üçün bədənin daha çox enerji sərf etməsinə diqqət yetirilməli olduğunu bildirirlər. Eyni zamanda, enerji ehtiyatının kifayət qədər olmadığı halda orqanizmdə immunitetin aşağı düşdüyü və infeksiyalara qarşı zəiflədiyi qeyd olunur. Mütəxəssislər həmçinin viruslar nəticəsində yüksək temperatur, əzələ ağrıları ilə özünü büruzə verən xəstəliklərə diqqət edilmədikdə ciddi ağırlaşmalara səbəb ola biləcəyini də söyləyirlər.
Payız allergiyaları...
Payız ayları ilə birlikdə allergik xəstəliklərdə artım müşahidə olunur. Yaz-yay aylarının bitməsinə baxmayaraq, öskürək, burun axması və.s kimi şikayətlərin davam etdiyi və daha da şiddətləndiyinin şahidi oluruq. Sentyabr-oktyabr ayları həm də kif göbələklərinin çoxaldığı dövrdür. Allergik rinit və astmalı xəstələrdə payız ayları burun axması, asqırma, gözlərdə qızartı və qaşınma, nəfəs darlığı, öskürək, yuxusuz gecələr və daha sonra gün boyu davam edən yorğunluq ola bilər. Yağışlarla bitkilərin çürüməsi və kiflərin havaya yayılması payızda allergik şikayətlərin artmasının ən mühüm səbəbidir.
Bilirik ki, payız və yaz aylarına keçid dövrlərində ev tozundan şikayətlər də artır. Unutmaq olmaz ki, ev tozuna qarşı allergiya payız aylarında daha da şiddətlənə bilər. Bu aylarda ev tozuna allergiyası olanlar daha nizamlı dərmanlardan istifadə etməli və ehtiyat tədbirlərini artırmalıdır.
Fəsil dəyişkənliyi zamanı...
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən həkim-terapevt Şahvələd Məmmədov bildirib ki, yeni fəslə keçən zaman orqanizmdə müəyyən dəyişiklik baş verir. Həkim qeyd edib ki, payız mövsümünə keçid dövründə günəş şüaları azaldığına görə, insanlar bəzi sağlamlıq problemləri ilə üzləşirlər: “Havaların soyuması, rütubətin artması immun sisteminə mənfi təsir göstərir. Fəslin xüsusilə, ikinci yarısında həm xroniki xəstəliklər kəskinləşir, həm də müxtəlif virus infeksiyalarına yoluxma riskləri artır. Ona görə də fəsil dəyişkənliyi zamanı bəzi qaydalara əməl edərək sağlamlığımıza diqqət yetirməliyik”.
Saç tökülməsi...
Terapevt qeyd edib ki, payız aylarında saç tökülməsi də ən çox rast gəlinən problemlərdən biridir: “Bunun qarşısını almaq üçün, ilk növbədə payız və yaz aylarında saçlara daha çox diqqət artırmaq vacibdir. Daxili orqanlarda çatışmazlıq varsa, mütləq bunu həll etmək lazımdır. Buna ehtiyac olmadıqda medikamentoz müalicə edilməlidir. Ev şəraitində payız saç tökülmələrinin qarşısını almaq üçün müəyyən maskalardan istifadə edilə bilər. Lakin yaxşı olar ki, payız aylarında saç tökülməsindən əziyyət çəkən şəxslər ilk öncə problemin nədən qaynaqlandığını, orqanizmdə hansısa proseslərin düzgün gedib-getmədiyini öyrə?sinlər. Sadəcə, maska ilə saç tökülməsinin qarşısını almaq mümkün deyil. İlk öncə problemin haradan qaynaqlandığını araşdırmaq lazımdır”.
Zamanında tədbir görülməsə...
Həkim qeyd edib ki, payız aylarında insan sağlamlığının birinci düşməni nəfəs yollarının infeksiyasıdır. Bu infeksiyalar xüsusilə, uşaqlara, yaşlılara və hamilə qadınlara daha pis təsir edir: “Belə halda qrip, faringit, sinuzit, orta qulaq iltihabı, bronxit, haymorit kimi xəstəliklərin yayılma riski də artır. Payızda şikayətlərin bir qismi də kəskin respirator virus xəstəlikləri ilə bağlı olur. Bu, iki yüzə qədər fərqli törədicilər tərəfindən baş verə bilər. Xəstəlik halsızlıq, burunaxma, boğazda ağrı, əzginlik, iştahsızlıq və hərarət şəklində özünü büruzə verir. Əgər zamanında düzgün və lazımi tədbirlər görülməsə, sətəlcəm, otit və sinusit kimi ağırlaşmalara gətirib çıxara bilər”.
Xroniki qastrit, xora xəstəliyi
Ş.Məmmədov bildirib ki, xroniki qastrit, xora xəstəlikləri olan insanların bir çoxusunu payızda qarının yuxarı hissəsində ağrılar, köp, qıcqırma, ürəkbulanması, qusma kimi simptomlar olur: “Bu zaman mütləq qastroenteroloqa müraciət etmək və lazım olan müalicəni almaq lazımdır. Müalicədən əlavə pəhriz də çox önəmlidir. Qidanı az miqdarda və daha tez-tez, gün ərzində 4-5 dəfə qəbul etməyə çalışmaq lazımdır. Belə olan halda mədə artıq yükləmədən azad olacaq. Profilaktika məqsədi ilə dazı otu, kətan toxumları, tozağacı tumurcuqları dəmləmələri, çaytikanı yağı qəbul etmək olar”.
Düzgün qidalanma vacibdir
Havalar soyuduqca bədənin xəstəliklərə qarşı müqaviməti də aşağı düşür. Ş.Məmmədovun sözlərinə görə, qabaqlayıcı tədbir olaraq immuniteti gücləndirmək lazımdır: “Bunun üçün sağlam həyat tərzinə riayət edilməlidir. Düzgün qidalanma, yuxu rejimi, fiziki aktivlik, bol su qəbulu, mövsümə uyğun meyvə-tərəvəzdən istifadə, balıq məhsullarına üstünlük vermək immun sistemini qüvvətləndirir. Gündəlik qidalanmada karbohidrat, zülal, yağ balansını təmin etmək, vitamin və minerallarla zəngin olan qidalara üstünlük vermək lazımdır. Belə qidaların kifayət qədər qəbul edilməməsi orqanizmə mənfi təsir göstərir və insan özünü pis hiss edir, fiziki və əqli iş qabiliyyəti zəifləyir. Həmçinin hər kəsə gün ərzində təmiz havada minimum 40 dəqiqə yürüş etmək tövsiyə olunur”.
Payız depressiyası...
Həkim qeyd edib ki, payızın gəlişi ilə bağlı insanların psixologiyasında da müəyyən problemlər yaranır, bunu da payız depressiyası adlandırılar: “Payız depressiyası psixi qərarsızlıq vəziyyətidir, əhval-ruhiyyənin tez-tez dəyişməsi, həvəssizlik, qıcıqlanma, süstlük, məyusluq, dilxorluq kimi vəziyyətlərlə xarakterizə olunan psixi emosionallıq fonudur. Depressiyanın səbəbi bu fəsildə gündüzlərin qısalması, yağışlı tutqun hava, tünd rəngli geyimlərin çox olmasıdır. Günəşin daha az görünməsi ilə orqanizmdə melotonin hormonu artır, “xoşbəxtlik hormonu” sayılan serotonin isə azalır. Payız depressiyasının əlamətləri səhər yuxudan oyanmaqda çətinlik çəkmə, həddən artıq yatma istəyi, ümumi yorğunluq, iştahasızlıq, hər şeyə marağın itməsidir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23

