Eyni adlı uşaqlar...
30.09.2023 [11:26]
Məryəmlərin və Uğurların sayı çoxalıb
“Sinif otağı uşaqların qəhqəhəsi ilə doldu. Çünki müəllimənin sualına cavab vermək üçün dörd şagird birdən ayağa qalxdı. Müəllimə də “səhv”ini başa düşüb bir anlığa çaşdı. Axı Əliləri həmişə soyadı ilə çağırardı. Bu dəfə isə tələsmiş və sinfə üz tutub sadəcə: “Suala Əli cavab versin”,-demişdi. Nəticədə dörd Əli eyni vaxtda səslənmişdi”.
Hekayədən çıxarış və ya lətifənin bir hissəsi kimi görünsə də, bu kimi hallar günümüzdə reallığa çevrilib. Bir-birinin adaşı olan uşaqların sayı isə getdikcə artmaqdadır. Bəzi adların dövrlə və ya populyarlıqla bağlı çox qoyulması təbii qarşılana bilər - amma kütləviləşməsi fəsadlara yol açır. 2023-cü ildə uşaqlara ən çox qoyulan adların siyahısı açıqlanıb. Ədliyyə Nazirliyinin təqdim etdiyi statistikaya görə, yanvar-sentyabr aylarında 1190 qıza Zəhra adı verilib. Məryəm adı 1023, Zeynəb adı 975 uşağa məsləhət görülüb. İlk onluqda Aylin (958 uşaq), Nilay (837), Fatimə (823), Ayla (793), Mələk (772), İnci (659), Miray (591) adları da var.
Oğlan adları içində Uğur birincidir: bu adı doqquz ayda 1302 uşaq alıb. Qalan populyar adlar belə sıralanır: Əli (1246 uşaq), Hüseyn və Yusif (1112), Məhəmməd (784), Ömər (752), Raul (750), Adəm (660), Murad (642), Ayxan (543).
Əslində, adların seçilməsi ilk baxışdan sadə bir məsələ kimi görülsə də, bu, çox mürəkkəbdir. Müasir dövrdə adların, səslərin özünün müəyyən energetikası var. Torsimer adlanan aparatlar adların və səslərin energetikasını ölçür. Qeyd edilir ki, insana ad veriləndə insan ömür boyu bu adla çağırılır, bu ad onun psixologiyasına, xarakterinin formalaşmasına mühüm təsir edir.
Müqəddəs Qurani-Kərimdə də deyilir ki, övlad anadan olanda valideynin ilk işi ona gözəl ad seçməkdir. Vaxtilə Azərbaycanda İslam dinindən gələn adlar daha çoxluq təşkil edirdisə, son dövrlərdə tür mənşəli adlar üstünlük qazanıb. Müasir dövrümüzdə daha çox qız uşağlarına dini adların verilməsinin şahidi oluruq.
Həssas yanaşmaq lazımdır...
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən sosioloq Sahib Altay uşaqlara ad qoymağın çox ciddi bir məna kəsb etdiyini qeyd edib. Onun sözlərinə görə, ad insan həyatında mühüm rol oynayır, yönləndirici, istiqamətverici, hədəf seçəcək bir mahiyyət kəsb edir: “Bu baxımdan uşaqlara ad qoymaq məsələsinə həssas yanaşmaq və mahiyyəti bilinən adlara üstünlük vermək lazımdır. Bəzən adlar dəb kimi, mahiyyəti dərk olunmadan qoyulur. Ad mahiyyət kəsb etməli, uşaq hansı adı daşıdığının fərqində olmalıdır. Hələ qədimdən Azərbaycan xalqının adqoymalarında mühüm mənası olan adlar rol oynayıb. Biz “Kitabi-Dədə Qorqud” eposunda da görürük ki, adlar qoyurlarkən əməllər nəzərə alınıb, ona uyğun adlar qoyulurdu. Uşaq həmin ada xidmət edirdi, o adla böyüyürdü, o adla inkişaf edirdi. Zamanla bu və ya digər təsir nəticəsində adqoymalarda müxtəlif dəyişikliklər baş verməyə başladı. İslam dini yayıldıqdan sonra Azərbaycan coğrafiyasında daha çox dini mahiyyət daşıyan adlar uşaqlara qoyuldu. Artıq Azərbaycan xalqının övladları ərəb adları, yəni İslam tarixində mövcud olan isimlərin adlarını daşımağa başladılar”.
Dini adlar əvvəllər də qoyulurdu
Sosioloqun sözlərinə görə, Əli, Məhəmməd, Həsən, Hüseyn, Yusif, Davud, Süleyman kimi adlar əvvəllər kütləvi olmasa da qoyulurdu. Onun sözlərinə görə, həmin vaxtlar əhalinin sayı az olduğu üçün bu adlar qoyulanda müəyyən qədər orijinal olurdu: “İndi bu adların qoyulması fərqləndirici hal yaratmır. Əksinə, eyni adın çoxluğu qarışıqlıq yaradır”.
Dövlətin müdaxiləsi lazımdır...
S.Altay hesab edir ki, bütün uşaqlara dini adlar vermək doğru deyil: “Əlbəttə, Azərbaycan dünyəvi dövlətdir, həmçinin İslam dininə mənəvi dəyər olaraq önəm verir. Amma bu, o anlama gəlməməlidir ki, bütün uşaqların adları dini adlar olmalıdır. Hesab edirəm ki, bu məsələdə valideynlər bir qədər düşünməlidirlər”.
Sosioloq eyni adların çox sayda uşaqlara qoyulmasının qarşısının alınması üçün dövlətin müdaxiləsini də lazımlı sayıb. Bu müdaxilənin hansı formada ola biləcəyinə gəldikdə isə S.Altay qeyd edib ki, adlarla bağlı yeni lüğətlər çap edib yaymaq, televiziya və radiolarda ictimai müzakirələr aparmaq olar: “Bununla yanaşı, adqoymada olan bəzi məhdudiyyətləri aradan qaldırmaqla da məsələyə müdaxilə etmək mümkündür. Bəzən kimsə uşağına bizim mənşəyimiz, mədəniyyətimizlə bağlı müəyyən qeyri-adi, orijinal ad qoymaq istəyəndə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbələri (VVAQ) buna mane olurlar. Bu məhdudiyyəti aradan götürmək olar”.
VVAQ-lar belə qadağa qoya bilməz...
Sosioloqun sözlərinə görə, adqoyma ilə bağlı yaranmış bu vəziyyəti texniki şəkildə aradan qaldırmaq mümkün deyil: “Bu məsələni həll etmək üçün müraciət edənlərə VVAQ-lar tərəfindən populyar adların qoyulması ilə bağlı qadağanın tətbiq edilməsi də yolverilməzdir. VVAQ-lar valideynlər üçün belə qadağa qoya bilməz. Populyar adların yeni doğulan uşaqlara çox qoyulmasının qarşısını almaq üçün qanunvericilik çərçivəsində qadağanın qoyulması da düzgün olmaz”.
Cəmiyyətdə fərqli yanaşma olmalıdır
Uşaqlara populyar adların qoyulmasında müəyyən qədər VVAQ şöbələrinin rəhbərlərini də günahlandıran S.Altayın sözlərinə görə, həmin şəxslər valideynləri adlarla bağlı məlumatlandırmalıdırlar: “Hesab edirəm ki, artıq cavan valideynlərdə adqoyma ilə bağlı fərqli meyillər müşahidə olunur. Hər halda düşünürəm ki, artıq cəmiyyətin özündə bu məsələyə fərqli yanaşma olmalıdır. Uşağa ad qoymaq şəxsi məsələ olsa da, bu uşağın həm də cəmiyyətin övladı olması nəzərə alınmalıdır. Valideyn övladının adının gözəl, fərqli olması üçün çalışmalıdır. Ad qoymaq üçün valideynlərdən xüsusi peşəkar qabiliyyət tələb olunmur”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

