Göyəzən dağı (göy əzən) necə yarandı?
11.10.2023 [11:46]
MÜŞFİQƏ
Kiçik Qafqazın dağətəyi sahəsində bir günbəz-dağ var. Adına Göyəzən dağı deyirlər. Ehtimala görə, nadir geoloji təbiət hadisəsi vulkan püskürməsi nəticəsində yaranıb. Qazağın rəmzi sayılır. Təkdir və heç bir dağa bitişik deyil. Mərkəzdən nə az, nə çox 20 km aralıda yerləşir. Bu gün sizinlə birgə oraya virtual səyahətə çıxacağıq. Qazaxa açılan pəncərədən Göyəzəni seyr edəcəyik. Necə deyərlər, yolçu yolda gərək...
Mərkəzi Amerikada yerləşən Martinika adasındakı Montan Pele dağından sonra dünyada ikinci nadir geoloji təbiət abidəsidir. Dağ Coğaz çayından 2 km solda Alpoud və Abbasbəyli kəndləri ərazisində yerləşir. Hündürlüyü 250 metr olsa da, qazaxlılar buranı "dünyanın mərkəzi" hesab edirlər. Düzənliyə basdırılmış sütuna bənzəyir. Dibində və ətəyində iri və qədim yaşayış yerin, yeddibürclü qalanın qalıqları görünür. Gövdəsində ilkin insanın məskəni sayılan mağara-otaqlar var. Zirvəsi nisbətən yastıdır.
Tədqiqatçıların ehtimalına görə, oronim türk dillərindəki kava (qaya, sıldırım) və sın/sin (dağ beli) komponentlərindən düzəlib, "sıldırımlı dağ beli" deməkdir. Tovuz rayonunun Bala Şamlıq kəndində də şiş bir qaya Göyəzən adlanır. Ümumiyyətlə, adı ilə bağlı müxtəlif rəvayətlər və yozmalar mövcud olsa da, əsasən "göylərə baş vuran", "göy əzən" sözlərinin birləşməsindən qaynaqlandığı ehtimal edilir. Kənd sakinlərinin sözlərinə görə, Göyəzən adı qədimdə burada yaşayan hökmdarın qızının adı ilə bağlıdır.
Təbiətin əsrarəngiz gözəlliklərindən və göylərə baş çəkən Göyəzəndən doymayan Xalq şairi Səməd Vurğun 1936-cı ilin mayında qələmə aldığı “Yadıma düşdü” şeirində bu dağdan söhbət açmışdı. Şair deyirdi:
Göylərə baş çəkir Göyəzən dağı,
Axşam açıq olur ayın qabağı;
Bizim gəlinlərin bayram qabağı,
Fəsəli yaymağı yadıma düşdü.
Vurğunun xəyalı gəzdi aranı,
Gözümdə oynadı dağın boranı;
Qışın buz qatığı, yayın ayranı,
Payızın qaymağı yadıma düşdü.
Rəvayətə görə, qədimdə bayramlarda və düşmən təhlükəsi olanda dağın zirvəsində tonqal qalanarmış. Göyəzən istehkamının IX–XII əsrlərə aid keşikçi məntəqəsi olması güman edilir. Göyəzən dağının adı IX əsrə aid gürcü mənbəyində Kavazin şəklində qeydə alınıb. Bu gün də öz əzəməti ilə Alpoud və Abbasbəyli kəndini düşmən təhlükəsindən qoruyur. Bu abidəni qorumaq isə hər birimizin üzərinə düşür...
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26

