Baş Prokurorluq test imtahanında müvəffəqiyyət qazanmış namizədlərə müraciət edib
11.10.2023 [17:17]
Baş Prokurorluq tərəfindən Dövlət İmtahan Mərkəzi ilə birgə oktyabrın 10-da Azərbaycan Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq elan edilmiş sayca 25-ci müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilib və imtahanın nəticələri Baş Prokurorluğun (https://genprosecutor.gov.az/az/post/6887) rəsmi internet səhifəsində yerləşdirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, həmin test imtahanında müvəffəqiyyət qazanmış namizədlər qeyd olunan sənədləri oktyabrın 16-dan 27-dək hər gün (həftənin şənbə və bazar günləri istisna olmaqla) saat 09:30-dan saat 18:00-dək Baş Prokurorluğun inzibati binasının qəbul otağında (Bakı şəhəri Nigar Rəfibəyli küçəsi 7) Kadrlar idarəsinin əməkdaşına təqdim etməlidirlər:
- 3x4 santimetr ölçüdə dörd ağ fonda rəngli fotoşəkil;
- əmək kitabçasının qeydlər aparılmış səhifələrinin notariat qaydasında və yaxud iş yeri üzrə təsdiq edilmiş surəti (hazırda işləyən və ya əvvəllər işləmiş namizədlər);
- yaşadığı ünvan üzrə poliklinikadan sağlamlıq barədə (Forma № 086-poliklinikanın möhürü ilə təsdiq olunmuş fotoşəkilli), habelə ruhi-əsəb və narkoloji dispanserlərdə qeydiyyatda olub-olmaması barədə arayışlar;
- yaşadığı ünvan və ailə tərkibi haqqında arayış;
- yaşadığı ünvan üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarında qeydiyyatda olması və həqiqi hərbi xidmət keçməsi barədə arayış;
- hərbi biletin qeydlər aparılmış səhifələrinin notariat qaydasında təsdiq edilmiş surəti;
- həmçinin ilkin sənəd qəbulu zamanı elektron poçt vasitəsilə göndərilmiş sənədlər (müvafiq ərizənin, kadrlar uçotunun şəxsi vərəqəsinin və tərcümeyi-halın əslini, şəxsiyyət vəsiqəsinin, ali təhsil haqqında diplomun, diploma əlavənin (qiymət cədvəlinin), xarici diplom olduğu halda onun Azərbaycan dilinə tərcüməsinin və tanınması barədə şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətlərini, və 4x6 santimetr ölçüdə dörd ağ fonda rəngli fotoşəkil).
Əlavə suallarla bağlı 437-28-56, 361-00-76, 361-00-77, 361-00-78, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56

