Həqiqətən elektrikli avtomobillər ətraf mühiti çirkləndirmir?
27.10.2023 [12:44]
M.BAYRAMLI
Elektrikli avtomobil bazarı 2021-ci ildə təxminən 6,6 milyon ədəd satışla zirvəyə çıxıb. İqlim dəyişikliyi, daha ekoloji cəhətdən təmiz və sağlam nəqliyyat vasitələrinin axtarışı və sayı artmaqda olan enerji doldurma stansiyaları elektromobillərə marağı artırıb. Əsas üstünlüyü onların ekoloji cəhətdən daha təmiz olmasıdır. Elektrik mühərriki texnologiyası yanma mühərriklərindən daha sadədir. Buna görə də ona qulluq etmək daha asandır və xarab olma ehtimalı azdır. Qulağa necə də xoş gəlir, deyilmi? Lakin hər şey göründüyü kimi bəsit deyil.
21-ci əsrdə elektrik avtomobillər benzin və dizel ilə işləyən avtomobilləri əvəz etməyə başladı. Bir qisim belə avtomobillərin iqlimin qorunmasında mühüm rol oynadığını və dizel və ya benzinli avtomobillərdən daha az karbon qazı istehsal etdiyini deyir. Çünki elektrik mühərrikləri təkərlərin hərəkət etməsi üçün lazım olan kimyəvi enerjinin 75 faizini batareyadan alır. Üstəlik, elektrikli avtomobillər birbaşa boru kəmərinin çirkləndiricilərini yaymırlar.
Bu gün supermarketlər, otellər və parkinqlərin öz ərazilərində şarj nöqtələri quraşdılır. Bir sözlə, lazım olan şey sadəcə elektrikdir. Siz yatarkən avtomobilinizi evdə də şarj edə bilərsiniz. Yağışlı havada belə şarj etmək təhlükəsizdir. Hibrid avtomobillər qismən zərərli tullantılar buraxsa da, tam elektriklə işləyən avtomobillər sıfır emissiya ilə işləyir.
Digər tərəf isə iddia edir ki, elektromobillər ənənəvi avtomobillərdən daha çox karbon izi buraxır. Yəni, düşünülən kimi, ətraf mühiti qorumur. Çünki istehsal prosessi benzin və dizel ilə işləyən avtomobillərlə eyni miqdarda karbon (CO2) yayır. Eləcə də elektrik nəqliyyat vasitələrinin akkumulyatorlarının istehsalı və utilizasiyası, eləcə də onları gücləndirən elektrik enerjisi yaratmaq üçün kömür kimi çox çirkləndirici yanacaqlardan istifadə edilir.
Məsələn, elektrikli avtomobillərdə lider olan Tesla cari ilin əvvəlində "aşağı karbon strategiyasının olmaması" səbəbiylə S&P 500 ESG indeksindən çıxarılıb. ESG şirkətin ətraf mühitə təsir, sosial təsir və idarəetmə sahələrində nə qədər davamlı olduğunu müəyyən etmək üçün istifadə edilən reytinqdir. Görəsən, bu göstəricilərin həqiqət payı varmı?
Xəbər lenti
Hamısına baxİdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50

