Buraxılış imtahanları yanvarda olacaq?
13.12.2023 [10:45]
Qrafiklər bu tarixdə müəyyənləşdiriləcək
Günel ABBAS
Son günlərdə sosial şəbəkələrdə yanvar ayında buraxılış imtahanının keçiriləcəyi ilə bağlı bəzi məlumatlar yayılıb. Xüsusilə 9-cu sinif üçün buraxılış imtahanlarının tezləşdirilməsi ilə bağlı bəzi müzakirələr aparılır. Hətta bir sıra məktəblərdə bu barədə anonslar da verilərək bildirilib ki, buraxılış imtahanlarının vaxtı geri çəkilib və bu tarixin yanvar ayında baş tutacağı barədə ehtimallar var. Bu da cəmiyyətdə ajiotajın yaranmasına səbəb olub. Çünki bir çox valideynlər imtahan tarixlərinin tezləşdirildiyi halda nəticə barədə narahatlıq keçirirlər.
Ancaq bəzi valideynlər isə əksinə, bu sistemi bəyənirlər. Onların fikrincə, buraxılış imtahanının erkən keçirilməsi hər hansı neqativ situasiya yaratmır. Valideynlərdən birinin sözlərinə görə, imtahandan sonrakı proqramı oxumaq da uşağın özündən asılıdır: “Biz əlavə pul ödəyirik ki, uşaqlarımız kurslara gedib savadlı olsun. Onsuz da uşaqlar buraxılış intahanından keçmək üçün oxumurlar. Yəni hədəf buraxılış imtahanı deyil. Uşaq oxuyursa, imtahandan sonra da oxuyacaq, oxumursa, heç bir imtahan onu buna məcbur edə bilməyəcək”.
Başqa bir valideyn isə deyir ki, bu sistem ona görə yaxşıdır ki, xarici ölkələrin universitetlərinə müraciət etməyi asanlaşdırır: “Orada qəbul imtahanlarını universitetlər özləri keçirirlər. Hər universitetin öz imtahan tarixi var. Qəbul imtahanları fevralın sonundan başlayır, avqusta qədər davam edir. Bu universitetlərə imtahandan keçən uşaqlara sənədləşmə işlərində illik yekun qiymətlər də lazım olur. Ona görə də buraxılış imtahanlarının tezləşdirilməsi yaxşı haldır”.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, məlum olduğu kimi buraxılış imtahanları yekun qiymətləndirmə adlanır, amma Dövlət İmtahan Mərkəzi tədris ilinin bitməsinə 12 həftə qalmış yekun qiymətləndirməni keçirir. “Nəzərə alaq ki, hazırda ümum təhsil məktəblərində tədris ilinin müddəti 34 həftədir və bunun 12 həftəsi imtahandan sonrakı dövrə düşür. Bundan əlavə DİM elan edir ki, “yerdə qalan 12 həftə ərzində keçiriləcək materiallardan suallar imtahana salınmayacaq”. Nəticə etibarı ilə müəllimlər, direktorlar, müavinlər çox böyük çətinlik qarşısında qalırlar. Çünki şagirdləri məktəbə cəlb etmək olmur. Ona görə ki, həmin fənlər üzrə uşaqlarda maraq qalmır.
Ekspertin sözlərinə görə, bu, qaydalara uyğun deyil. “Buraxılış fənlərin həftəlik dərs yükü 11-ci siniflərdə təqribən 16 saat, 9-cu siniflərdə isə 11 saatı əhatə edir. Yekun attestasiya bütün materialları əhatə etməlidir. Bu mənada imtahanın mart ayının əvvəlində, yaxud daha əvvəl keçirilməsi düzgün deyil. İmtahanlar ən tez iyunun birinci həftəsində keçirilə bilər”.
Məsələ ilə bağlı rəsmi qurumlara müraciət etdik. Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə bu məlumatı təkzib edərək bildirdi ki, imtahan qrafikləri yalnız ilin əvvəlində müəyyənləşdirilir.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10

