DOST mərkəzlərində 2 milyonuncu vətəndaşa xidmət göstərilib
25.01.2024 [13:33]
DOST mərkəzlərində xidmət göstərilən vətəndaşların sayı 2 milyona çatıb. 2 milyonuncu vətəndaşa Bərdə şəhərində yerləşən Qarabağ Regional DOST mərkəzində xidmət göstərilib.
DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, həmin vətəndaş şəhid Hidayət Vəliyevin bacısı Vəliyeva Solmaz İsa qızı olub və o, müraciətinə uyğun DOST xidməti ilə təmin edilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov S.Vəliyeva ilə görüşərək onu DOST mərkəzlərində xidmət göstərilən 2 milyonuncu vətəndaş olması münasibətilə təbrik edib və ona simvolik hədiyyə təqdim edib.
Qeyd olunub ki, Prezidentin Fərmanı ilə 2019-cu ilin mayında DOST Agentliyi və bundan sonra 7 DOST mərkəzi açılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 159 sosial xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunmasına imkan verib.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST mərkəzlərində göstərilən xidmətlər barədə məlumat verib, vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsinin 98,1 faiz olduğunu bildirib.
S.Vəliyeva DOST mərkəzində müraciətinin operativ və müsbət cavablandırılmasından, ümumən göstərilən DOST xidmətlərindən məmnunluğunu ifadə edib.
Qeyd edək ki, Bakı şəhəri, Abşeron rayonu, eləcə də Bərdə, Tərtər, Ağdam, Şuşa, Ağcabədi, Xocalı, Füzuli, Xocavənd rayonları və Xankəndi şəhəri DOST xidmətləri ilə əhatə olunub. Qarabağ Regional DOST mərkəzində ötən dövrdə artıq 24 minə yaxın vətəndaşa xidmət göstərilib. Hazırda DOST xidmətləri şəbəkəsinin digər bölgələr üzrə də genişləndirilməsi üçün işlər aparılır.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10

