İlk dəfə...
29.02.2024 [11:20]
Sual kitabçaları şagirdlərdə qalacaq
Mübahisəli məsələlər həllini tapacaq?
Yeganə BAYRAMOVA
Dövlət İmtahan Mərkəzi (DİM) mart ayından etibarən ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin yekun attestasiyasının aparılmasına başlayacaq. Martın 3-ü və 10-11-də 11-ci sinif şagirdləri, martın 17-si, aprelin 7-?i və 21-də isə 9-cu sinif şagirdləri üçün buraxılış imtahanları keçiriləcək.
Qeyd edək ki, DİM tərəfindən buraxılış imtahanlarında yenilik edilib. Belə ki, bu ildən etibarən ilk dəfə olaraq sual kitabçalarının şagirdlərdə qalmasına icazə veriləcək. Ekspertlərin fikrincə, şagirdlərə bu imkanın verilməsi xüsusilə mübahisə yaradan sualların həllində mühüm rol oynaya bilər. Məlumdur ki, əvvəlki illərdə şagirdlər hansısa suala düzgün cavab verdiklərini iddia etsələr də, DİM tərəfindən tamamilə başqa variantın doğru qəbul edildiyini vurğulayırdılar. Şagirdlərdə sual kitabçası olmadığı üçün nəyisə sübut edə bilmirdilər. Builki yenilik isə bir növ obyektivliyə yol açacaq.
Bundan başqa, sual kitabçalarının şagirdlərə verilməsi, eyni zamanda, imkan verəcək ki, onlar həmin kitabça ilə cavablarını yoxlayaraq təxmini topladıqları balı müəyyən edəcəklər. Bununla da buraxılış imtahanında təxmini balını bilən şagird digər imtahanlara daha həvəslə hazırlaşa bilər.
Sual kitabçası yalnız bu şagirdlərə veriləcək
DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadənin sözlərinə görə, sual kitabçaları yalnız imtahanda sona qədər iştirak edən şagirdlərə veriləcək: “Əvvəlki illərdə imtahan başa çatandan sonra istifadə olunmuş test tapşırıqları və onların izahları barədə açıqlama verirdik. Ancaq bu ildən etibarən şagird imtahan bitəndən dərhal sonra test kitabçalarını özləri ilə apara biləcəklər”.
Qurum rəsmisi qeyd edib ki, DİM tərəfindən uzun illərdir ki, test bankının zənginləşdirilməsi ilə bağlı işlər aparılır: “Bu da imkan verir ki, imtahandan dərhal sonra həmin kitabçalar şagirdlərə verilsin”.
Şagirdlər üçün əlverişli imkan...
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, bu qərar şagirdlər üçün müsbət məqamdır, çünki onlar imtahandan çıxandan sonra hansı sualda səhv etdiklərini təxmin etsələr də, dəqiq bilmirdilər: “Amma sual kitabçaları şagirdlərə veriləndən sonra nəticələrini daha dəqiq görə biləcəklər, harada səhvə yol verdiklərini erkən müəyyənləşdirə biləcəklər. O cümlədən hansı suallarla bağlı problemlər olarsa, onları öz müəllimləri ilə, eyni zamanda, ictimaiyyətdə müzakirə etmələri daha asan olacaq”.
Bu günə qədər kitabçalar niyə verilmirdi?
E.Əfəndi qeyd edib ki, 2019-cu ildən etibarən 11 illik bazadan buraxılış imtahanları keçirilməyə başladı, kurrikulum modeli əsasında bəzi suallar təqdim olundu: “İmtahanlarda açıq və yazılı suallar yer aldı, hansı ki, bu sualların şagirdlər tərəfindən cavablandırılması yazılı formada olurdu. Təbii olaraq müəyyən bir zaman keçməli idi ki, həmin suallarla bağlı DİM-də vahid bir elektron baza yaransın və ondan sonra həmin suallar ictimaiyyətə açıq elan olunsun. Niyə 2019-cu ildən və yaxud ondan 1-2 il sonra olmadı? Çünki bəzi şəxslər, müəyyən işbazlar həmin suallarda müəyyən dəyişiklik etməklə onu çap edirdilər və bu da imtahanlarla bağlı ümumi iş prinsipinə zərər vururdu. DİM müəyyən mərhələdə bazanın formalaşması üçün sual kitabçalarının verilməməsinə üstünlük verirdi. Bu ildən etibarən isə vəziyyət dəyişəcək və təbii ki, bütün bunlar şagirdlər üçün müsbət haldır. Eyni zamanda, qarşıdakı illərdə imtahan verəcək şagirdlər artıq imtahan modeli və suallarla daha asan tanış olacaqlar. Onlar biləcəklər ki, DİM daha çox hansı suallara istinad edir. Fikrimcə, onlar üçün ən azı hazırlıq prosesində belə imkanın yaradılması şagirdlərin müsbət nəticə əldə etməsinə əlverişli imkan yaradacaq”.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

