Makronizm üçüncü məğlubiyyətə doğru
06.07.2024 [10:40]
Fransada seçki həyəcanı davam edir. Bu ölkədə Milli Assambleyaya növbədənkənar seçkilərin iyulun 7-də keçiriləcək ikinci turu ərəfəsində Yelisey Sarayının narahatlığı pik həddə çatıb ki, bu da təsadüfi deyil. Söhbət adi bir parlament seçkilərindən getmir. Məsələ burasındadır ki, indi prezident Makron və onun formalaşdırdığı hökumət böhranlı dönəmdən keçir. Əslində, Yelisey Sarayının hazırkı rəhbərinin siyasi taleyi 7 iyul seçkilərindən bilavasitə asılıdır.
Seçki marafonunda ən zəif bənd
Makron və onun komandasının narahatlığı onunla şərtlənir ki, prezidentin ətrafında formalaşan və mərkəzçi sayılan “Dirçəliş” koalisiyası seçki marafonunun ən zəif bəndini təşkil edir. Bunu Milli Assambleyaya seçkilərin birinci turunun və bundan əvvəl keçirilən Avropa parlamentinə seçkilərin nəticələri də təsdiqləyir.
Xatırladaq ki, Fransada iyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilərdə sağçı “Milli birlik” partiyası 31,36 faiz səs toplayaraq Makron koalisiyasını iki dəfədən çox üstələyib. Partiyasının Avropa Parlamentinə seçkilərdə iflasından sonra Makron komanda üzvlərinin etirazlarına baxmayaraq və ölkədəki ab-havanı nəzərə almayaraq parlamentin aşağı palatasını buraxaraq növbədənkənar seçkilər elan etdi.
Populizm, təkbaşına qərar vermək Makronun Avropa Parlamentinə seçkilərdən sonra ikinci məğlubiyyətini gətirdi. Belə ki, Fransada Milli Assambleyaya keçirilən seçkilərin birinci turunda sağçı “Milli birlik” partiyası və onunla müttəfiq qüvvələr 33,4 faiz səs toplayaraq qalib gəlib. Mərkəzçi adlandırılan koalisiya isə 20,76 faiz səslə yalnız üçüncü yerlə kifayətlənməli olub.
Parlamentin aşağı palatasına seçkilərin ikinci turu həlledici olacaq. Sağçılar hakimiyyət piramidasının zirvəsinə çatmağın bir addımlığındadırlar. Əslində, onlar elə özlərini hakimiyyətdəki kimi hiss edirlər və indiki komandadan sonrakı idarəçilik barədə iddialı açıqlamalar verirlər. Sağçıların “Milli Birlik” partiyasının strategiyasının detalları açıqlanır - Makronun fərmanları ilə həyata keçirilən bir çox “islahatlara” yenidən baxılmacağının anonsu edilir. Məsələn, partiyanın mətbuat katibi Tomas Menaj artıq Milli Assambleyadakı hipotetik sağçı çoxluğun “Emmanuel Makron tərəfindən həyata keçirilən və millətin nümayəndələrinə hörmət edilmədən qəbul edilən ədalətsiz pensiya islahatına” qayıdacağına söz verib.
Baş verənlər hakim komandanı əndişələndirir. Müntəzəm aparılan sosioloji sorğuların nəticələrinə görə mərkəzçi “Dirçəliş” koalisiyası üçün səslərin 20 faizini qazanmaq ən yaxşı nəticə olacaq. Beləliklə, hər şey ondan xəbər verir ki, makronizm parlamentin aşağı palatasına seçkilərin ikinci turunda sayca üçüncü məğlubiyyətinə doğru gedir.
Bütün Avropa üçün təhdid
Müşahidə edilən reallıqlar fonunda yalnız Makron hakimiyyəti deyil, bütövlükdə, Avropa İttifaqı (Aİ) təhdid altındadır. Bunu Avropa təsisatlarından və ictimai dairələrindən gələn narahatlıq mesajlarından, mətbuatda dərc olunan materiallardan da görmək mümkündür.
“Fransa prezidenti Makron keçən ay növbədənkənar seçkilər təyin etməklə ölkəsi ilə yanaşı, Avropanın da gələcəyini riskə atıb”. Bu barədə “Reuters” agentliyinin məlumatında bildirilib. Agentlik yazır ki, bazar günü keçiriləcək səsvermənin ikinci turunun nəticələrindən çox şey asılı olsa da, aydındır ki, Makronun Avropaya inteqrasiyanın aparıcı qüvvəsi kimi rolu əhəmiyyətli dərəcədə azalacaq.
Avropa İttifaqının əsas ənənəvi siyasi istiqaməti üçün ən böyük qorxu “Milli Birlik” partiyasının açıq qələbəsidir. Bu, Makronu onun Avropa suverenliyinə dair baxışlarına düşmən olan bir hökumətlə “yanaşı yaşamağa” məcbur edəcək. Hətta ayrı-ayrılıqda çətin bir koalisiyaya və ya partiyaların əməkdaşlığına gətirib çıxaran mütləq çoxluğu olmayan parlament Makronu onun siyasətinə sadiq olan hökumətdən məhrum edəcək. Bildirilir ki, Fransa və Almaniyanın 27 dövlətdən ibarət Avropa İttifaqının aparıcı qüvvəsi olduqları üçün blok ikiqat siyasi ifliclə üzləşə bilər, çünki onun iki ən mühüm avropapərəst lideri məğlub olacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45
Sosial
03 Oktyabr 22:24
Hadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32

