“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
04.10.2026 [21:50]
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı, əslində, Azərbaycanın keçdiyi şanlı yolun siyasi yekunu olmaqla yanaşı, qarşıdakı dövr üçün aydın dövlətçilik strategiyasının təqdimatı idi.
Cənab Prezident xüsusilə vurğuladı ki, Azərbaycan artıq tamamilə yeni siyasi və geosiyasi reallıq içərisindədir. Bu qurultay ilk dəfə olaraq Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi şəraitdə keçirilir. Bu, sadəcə hərbi Zəfər deyil, Azərbaycan dövlətçiliyinin böyük siyasi qələbəsidir.Bu gün Azərbaycan öz taleyini özü müəyyən edən, heç bir gücdən asılı olmayan, müstəqil qərarlar qəbul edən və beynəlxalq münasibətlər sistemində ciddi siyasi çəkiyə malik dövlətdir. Prezidentin mesajında ən mühüm məqamlardan biri də məhz budur: Azərbaycanın siyasətinə kənardan istiqamət vermək artıq mümkün deyil.
Cənab Prezident xarici siyasətin bundan sonra da milli maraqlar üzərində qurulmasının vacibliyini önə çəkdi. Azərbaycan heç bir dövlətin qarşısında öz milli maraqlarından geri çəkilməyəcək. Əksinə, bütün dövlətlərlə qarşılıqlı hörmət və milli maraqlar prinsipi əsasında münasibətlər quracaq.
Digər mühüm istiqamət isə dövlətimizin hərbi qüdrətinin daim artırılmasıdır. Zəfər qazanmağımıza baxmayaraq, Prezident açıq şəkildə bildirdi ki, güclü ordu hər bir dövlət üçün daim vacibdir. Çünki Azərbaycanın yaşadığı faciəli tarix bir daha göstərdi ki, sülhün ən etibarlı təminatı gücdür.
Prezident həmçinin iqtisadi müstəqilliyi dövlət müstəqilliyinin əsas dayaqlarından biri kimi diqqətə çatdırdı. Güclü iqtisadiyyat, güclü ordu, müstəqil xarici siyasət və milli birlik – Azərbaycanın gələcək inkişafının əsas sütunlarıdır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ana istiqamətləri – müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli imkanlardan maksimum istifadə – dəyişməz olaraq qalır.
Qarabağın və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın sürətləndirilməsi də qarşıdakı dövrün mühüm prioritetlərindəndir. Azərbaycan artıq yalnız dağıdılmış ərazilərini bərpa edən dövlət deyil, həmin ərazilərdə yeni həyat, yeni şəhərlər və yeni gələcək quran dövlətdir.
Məncə, VIII Qurultayın ən mühüm siyasi mesajlarından biri də budur: Azərbaycan Zəfərdən sonrakı mərhələyə keçib və bu mərhələnin əsas hədəfi əldə edilmiş tarixi nailiyyətləri qorumaq, dövlətimizi daha da gücləndirmək və Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirməkdir.
Bu baxımdan Yeni Azərbaycan Partiyasının üzərinə də böyük siyasi məsuliyyət düşür. YAP yalnız dünənin partiyası deyil. O, Azərbaycanın bugünkü siyasi reallığının formalaşmasında əsas qüvvə olmaqla yanaşı, gələcəyin çağırışlarına cavab verəcək siyasi məktəbdir.
Bu gün bizim əsas vəzifəmiz dövlətimizin ətrafında milli birliyi, siyasi həmrəyliyi və ictimai sabitliyi daha da möhkəmləndirməkdir. Çünki Zəfəri qazandıran birlik idi, Zəfəri qoruyacaq əsas güc də milli birlik və güclü dövlətçilik olacaq.
Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi mesajların ümumi mahiyyəti belədir: Azərbaycan öz yolunu özü seçir, öz qərarlarını özü verir və öz gələcəyini özü qurur.
Bizim yolumuz bəllidir — Heydər Əliyev siyasi kursu, Prezident İlham Əliyevin rəhbərliyi, güclü Azərbaycan və milli həmrəylik!
Qədirova Xanım,
Yeni Azərbaycan Partiyası Salyan Rayon təşkilatının fəal üzvü
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45
Sosial
03 Oktyabr 22:24
Hadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32

