Türkmənistanda Parlamentlərarası Forum keçirilib
05.08.2025 [11:13]
Avqustun 4-də BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü ?onfransı çərçivəsində Türkmənistanın Avaza Milli Turizm Zonasında Parlamentlərarası Forum keçirilib. Tədbirdə dünyanın müxtəlif ölkələrindən parlament spikerləri iştirak ediblər.
Forumun əsas məqsədi parlamentarilər arasında təcrübə mübadiləsini asanlaşdırmaq, qarşıdakı onillik üçün Fəaliyyət Proqramının prioritetlərinin qanunvericilik və digər fəaliyyətlərə daxil edilməsi üzrə konkret tədbirlərin işlənib hazırlanması ilə bağlı dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin qanunverici orqanlarına tövsiyələr hazırlamaq və yaymaqdır. Bu tədbir Vyana Fəaliyyət Proqramının həyata keçirilməsi təcrübəsini bölüşməyə, o cümlədən yerli, milli və regional səviyyələrdə parlamentarilərin siyasi fəaliyyəti ilə Avaza Fəaliyyət Proqramının sürətləndirilmiş icrasını təşviq etməyə imkan verəcək.
İştirakçı ölkələrin coğrafi mövqeyi ilə bağlı aktual məsələlərin həllinə yönəlmiş Yeni Fəaliyyət Proqramının qarşıdan gələn icrasında parlamentlərə əsas rol həvalə edilib. Bundan əlavə, parlamentarilər qarşıdakı onillik üçün Fəaliyyət Proqramının icrasının şəffaflığını, hesabatlılığını və inklüzivliyini təmin edir və bununla da hökumətlər, vətəndaş cəmiyyəti və beynəlxalq tərəfdaşlar arasında mühüm əlaqə rolunu oynayır. Onlar Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün əsas amil olan milli və regional səviyyələrdə vəsaitlərin toplanması və fəaliyyətlərin əlaqələndirilməsini fəal şəkildə təşviq edirlər.
Proqramın icrasının monitorinqi və qiymətləndirilməsində də qanunvericilik orqanları əsas mövqelərdən birini tutur ki, bu da potensial problemlərin vaxtında aşkarlanmasına və strateji fəaliyyət sahələrinin müəyyənləşdirilməsinə imkan verir. Parlamentarilərin qanunvericilik və nəzarət funksiyaları investisiya və innovasiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına kömək edir.
Türkmənistan Məclisinin və BMT-nin az inkişaf etmiş ölkələr, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətləri üzrə Ali Nümayəndəliyinin Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilən budəfəki ?orumda MDB-nin dövlət qurumlarının və parlamentlərinin, eləcə də beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, tədbirdə ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib. Əvvəlcə tədbirin açılış mərasimi keçirilib. Spiker Sahibə Qafarova ?orumun “Vyanadan Avazaya: Həll olunmamış çağırışlar, öyrənilmiş dərslər və irəliyə doğru yol” mövzusunda keçirilən birinci sessiyasına sədrlik edib. O, tədbirin uğurla təşkil olunmasına görə ev sahibi Türkmənistana təbriklərini çatdırıb.
Milli Məclisin sədri bildirib ki, bu forumun məqsədi dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrdə, tranzit ölkələrdə və inkişaf tərəfdaşlarında siyasət və proqramların formalaşdırılması və icrasında, həmçinin bu ölkələr üçün qəbul edilmiş Fəaliyyət ?roqramları üzrə öhdəliklərin və prioritetlərin yerinə yetirilməsində parlamentlərin oynaya biləcəyi rolu qəbul etməkdir. Onun sözlərinə görə, parlamentlər müəyyən edilmiş məqsədlərə nail olmağı dəstəkləmək üçün mühüm qanunvericilik bazasına, büdcənin formalaşdırılması və nəzarət alətlərinə malikdir. İnsanların təmsilçisi olaraq məhz parlamentlər ilk olaraq onlarla təmas qururlar. Vurğulanıb ki, hökumətlər və vətəndaşlar arasında körpü rolunu oynayan parlamentlər vətəndaş cəmiyyətinin irəli sürdüyü istənilən fikir və ideyaları dinləyib gündəmə gətirirlər.
S.Qafarova çıxışında milli sərhədləri aşan və parlamentlərin fəaliyyətini beynəlxalq səviyyəyə qaldıran parlamentlərarası əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, ideyaların müzakirəsi və təcrübə mübadiləsinin parlamentlərin fəaliyyətinə yeni perspektivlər qatacağına inamını ifadə edib. Qeyd olunub ki, belə forumlar parlamentlərin səylərinin birləşdirilməsinə və fəaliyyətlərin əlaqələndirilməsinə kömək edə bilər. Milli Məclisin sədri vurğulayıb ki, milli inkişaf, regional əməkdaşlıq, beynəlxalq dəstək və tərəfdaşlıq hazırkı və gələcək fəaliyyətin əsas istiqamətləri kimi qalmalıdır. Onun sözlərinə görə, bu, 2030 Gündəliyinin, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi, eləcə də heç kimin geridə qalmaması baxımından böyük əhəmiyyət daşıyır.
Parlamentin spikeri müzakirələr zamanı Azərbaycanın bu istiqamətdəki təcrübələrini də diqqətə çatdırıb. O, dənizə çıxışı olmayan ölkə kimi Azərbaycanın həyata keçirdiyi təşəbbüslərin coğrafi məhdudiyyətləri imkanlara çevirdiyini vurğulayaraq bildirib ki, son illər ərzində ölkəmiz nəqliyyat infrastrukturuna, o cümlədən Ələt Beynəlxalq Dəniz Ticarət Limanına, yeni avtomobil və dəmir yollarının inşasına milyardlarla dollar sərmayə yatırıb. Qeyd olunub ki, Transxəzər Orta Dəhliz və Şimal-Cənub dəhlizi boyunca yerləşən Azərbaycan bu gün Avrasiyanın nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib.
Milli Məclis sədri deyib ki, Orta Dəhlizin təməl daşı olan Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin regional əlaqəni yaxşılaşdırmaq öhdəliyinin sübutudur. Hazırda davam edən “Rəqəmsal İpək Yolu” layihəsi - Xəzər dənizinin dibi ilə çəkilən fiber-optik kabel şəbəkəsi - rəqəmsal infrastrukturun və rəqəmsal təhlükəsizliyin inkişafına töhfə verəcək.
Spiker, həmçinin hazırda həyata keçirilən digər mühüm təşəbbüs - Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə əməkdaşlıq haqqında da məlumat verib. Qeyd olunub ki, Azərbaycan Cənub-Cənub əməkdaşlığı konsepsiyasına sadiq qalaraq, gömrük işinin təkmilləşdirilməsi, modernləşdirilməsi, rəqəmsallaşdırılması və infrastrukturun inkişafı sahəsindəki təcrübəsini dənizə çıxışı olmayan digər inkişaf etməkdə olan ölkələrlə bölüşür. Bu da həmin ölkələrə coğrafi təcriddən çıxmaq və kollektiv tərəqqiyə nail olmaq imkanı yaradır. O, həmçinin vurğulayıb ki, Azərbaycan beynəlxalq ictimaiyyəti dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olması üçün onlara dəstək xarakterli daha güclü və praktiki mexanizmlər təqdim etməyə çağırır.
Çıxışda o da vurğulanıb ki, Azərbaycanın təşəbbüsləri dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üçün regional əməkdaşlığa və koordinasiyaya, daha yaxşı əlaqələrə və ticarətə töhfədir.
Sonra müzakirələr digər çıxışlarla davam edib.
Tədbirin sonunda Milli Məclisin sədri müzakirələrin səmərəli keçdiyini söyləyərək, belə platformaların təcrübə və yeni ideyaların mübadiləsi baxımından əhəmiyyətli olduğunu bildirib. O, yekun sessiyada qəbul edilən və tədbir iştirakçılarının ümumi mövqeyini əks etdirən yekun sənədin, ümumi məqsədlərimizin reallaşdırılmasına əhəmiyyətli dəstək verəcəyini və Avaza Fəaliyyət Proqramının həyata keçirilməsinə töhfə olacağını söyləyib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxXəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04

