Yeni sanksiya paketində nə var?
14.06.2022 [10:44]
Patriarx Kirill sanksiyaların fövqündə
Nicat
Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əhatə dairəsi genişlənməkdə davam edir. Diqqət çəkən məqam isə bu deyil. Belə ki, hələ ötən ay Avropa İttifaqı Patriarx Kirillə qarşı sanksiyalar tətbiq etməyi təklif etmişdi. Hətta bununla bağlı rəsmi məlumat da paylaşılmışdı. Lakin bir neçə gün bundan öncə yeni - altıncı sanksiyalar paketində Patriarx Kirillin olmadığı məlum olub. Bu barədə Rusiya mətbuatında da yetərincə məlumat var. Bildirilir ki, Avropa İttifaqı altıncı paket çərçivəsində nəzərdə tutulan sanksiyalar siyahısını yayıb. Lakin Patriarxın adı orada yoxdur.
Ümumilikdə, cümə günü Aİ-nin rəsmi jurnalında dərc olunan siyahıya Rusiya və Ukraynanın 65 vətəndaşı, o cümlədən hərbçilər, jurnalistlər, iş adamları və onların ailə üzvləri, habelə Ukraynanın azad edilmiş ərazilərinin ictimai xadimləri olmaqla 18 nəfər daxildir. Eyni zamanda, hüquqi şəxslər də siyahıda istisna edilməyiblər.
Beləliklə də, Aİ-nin sanksiyaları altında olan fiziki şəxslərin ümumi sayı 1158-ə, hüquqi şəxslərin sayı 98-ə çatıb.
Aİ-nin xarici siyasət üzrə komissarı Josep Borrell, hətta ayrıca “tvit” yazıb və orada Rus Pravoslav Kilsəsinin rəhbərinin qara siyahıya düşmədiyin? bildirib. “Patriarx Kirillin kənarda qalması yekdilliyə əsaslanan xarici siyasətin məhdudiyyətlərini göstərir”, deyə - o yazıb. O, eyni zamanda Rusiyanın Ukraynadakı hərbi xüsusi əməliyyatını dəstəkləməkdə “dini liderlər məsuliyyətdən qorunmamalıdır”,-deyə fikrini ifadə edib.
O cümlədən, qara siyahıya “Yandex”-in təsisçisi Arkadi Voloj, Roskomnadzorun rəhbəri Andrey Lipov, Olimpiya çempionu Alina Kabayeva, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun övladları Yelizaveta və Nikolay, onun həyat yoldaşı Olimpiya çempionu Tatyana daxildir. Navka, rusiyalı iş adamı Yevgeni Priqojinin oğlu Pavel, “Severstal”ın sahibi Aleksey Mordaşovun həyat yoldaşı Marina da siyahıda qeyd edilənlərdəndirlər. Yeni qara siyahıya düşən şəxslərin əksəriyyəti Buça və Mariupolda qondarma hərbi cinayətlərə görə cavabdeh olan Rusiya hərbçiləridir.
Qara siyahıya Ukraynanın şərqinin azad edilmiş ərazilərində dinc həyatın yaradılmasında iştirak edən ictimai xadimlər, xüsusən də martın 10-da Xersonda yaradılmış Sülh və asayiş Naminə Xilasetmə Komitəsinin üzvləri daxildir: Kirill Stremousov, Volodymyr Saldo, Serhiy Cherevko, rəhbər Melitopol administrasiyası Qalina Danilçenko.
Hüquqi şəxslər
Avropa İttifaqı altıncı paketə həm də 17 nəfər hüquqi şəxsi əlavə edib. Rusiyanın qiymətli kağızlarla, dövlət borcları ilə məşğul olan Rusiyanın Milli Hesablaşmalar Depozitarisini də siyahıdan kənarda saxlamayıblar.
“O (MHD) hökumət və Rusiya Mərkəzi Bankı tərəfindən əsas Rusiya maliyyə institutu kimi tanınır. MHD Rusiya maliyyə sisteminin fəaliyyətində və beynəlxalq maliyyə sistemi ilə əlaqəsində mühüm rol oynayır, beləliklə, birbaşa, ya da dolayısı ilə Rusiya hökumətinə öz fəaliyyətində, siyasətində və resurslarında kömək edir”, - Aİ jurnalında bildirilir.
Jurnalda o da qeyd edilib ki, NSD, demək olar ki, bütünlüklə Moskva Birjasına məxsusdur, onun “missiyası Rusiyanın maliyyə bazarlarına hərtərəfli çıxışı təmin etməkdir”. Sənədin müəlliflərinin fikrincə, Moskva birjası öz roluna və səhmdarlarına görə “Rusiya hökumətinin yüksək nəzarəti altındadır”.
Altıncı sanksiyalar paketinə Belarus “Belinvestbank”ı da daxildir. “Əlavə V-də sadalanan hüquqi şəxslərə, təşkilatlara, orqanlara və ya mülkiyyət hüququ birbaşa və ya dolayısı ilə Belarusiyada yaradılmış hər hansı hüquqi şəxslərə, təşkilatlara və ya orqanlara maliyyə məlumatlarının mübadiləsi üçün istifadə olunan ixtisaslaşmış maliyyə mesajlaşma xidmətlərinin göstərilməsi qadağandır. Əlavə V-də göstərilən hüquqi şəxsə 50%-dən çoxu aiddir”, - sənədin bəndlərindən birində deyilir.
Əlavə edilmiş cədvəldə AB tərəfindən məhdudiyyətlərə məruz qalan dörd Belarus bankı göstərilir. “Belinvestbank” üçün 14 iyun 2022-ci il tarixindən fəaliyyətə başlayacaq, kommersiya Belagroprombank, Dabrabyt Bank və ixtisaslaşmış maliyyə institutu İnkişaf Bankı üçün isə martın 20-dən qüvvəyə minəcək.
Altıncı paket
Cümə günü səhər saatlarında Avropa Birliyi Aİ-nin altıncı sanksiyalar paketinin qalan hissəsi və Rusiyaya qarşı təxirə salınmış qismən neft embarqosunun parametrlərini açıqlayıb. Xam neftin tədarükünə qoyulan qadağa sanksiyaların tətbiq olunduğu andan “altı ay, neft məhsulları üçün səkkiz ay təxirə salınıb”.Macarıstan və Slovakiyanın təkid etdiyi kimi, yalnız Aİ ölkələrinə dəniz yolu ilə neft tədarükü qadağan olunacaq, boru kəməri tədarükü istisna ediləcək. Bundan əlavə, Bolqarıstan və Xorvatiya Rusiyadan dənizdən xam neft idxalına görə müvəqqəti güzəştlər əldə ediblər. İyunun 14-dən etibarən Sberbank, Rosselxozbank (xüsusən də Rusiya kənd təsərrüfatı kompleksini inkişaf etdirən və kredit verən), Moskva Kredit Bankı və Belarus İnkişaf və Yenidənqurma Bankı beynəlxalq SWIFT sistemindən ayrılacaq. Aİ, həmçinin daha üç dövlət telekanalının - “Rossiya-24”, “RTR-Planet” və “TV-Center”in yayımını dayandırır. Aİ qeyd edib ki, bu sanksiyalar qeyd edilən kanalların əməkdaşlarının Aİ-də jurnalist fəaliyyəti ilə məşğul olmasına mane olmur.
Aİ-nin Rusiyaya qarşı sanksiyalarının altıncı paketinə Rusiya üçün konsaltinq, audit və PR xidmətlərinin, həmçinin bulud internet xidmətlərinin göstərilməsinin qadağan edilməsi də daxildir.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

