Tayvan odla su arasında
19.08.2022 [10:38]
Adada ABŞ-la Çinin toqquşan maraqları
MÜBARİZ
Dünyada yaşanan gərginliklər fonunda son vaxtlarda iki supergüc dövlət - ABŞ-la Çin arasında münasibətlərin daha da kəskinləşməsi xüsusi narahatlıq doğurur. Qeyri-ixtiyari olaraq hazırkı ABŞ-Çin münasibətləri müharibədən əvvəlki Rusiya-Ukrayna münasibətləri ilə müqayisə olunur. Rusiya ilə Ukrayna arasında illər uzunu davam edən qarşıdurmalar 2022-ci ildə dəhşətli müharibənin başlaması ilə nəticələndi. Sonu görünməyən qanlı savaş həm müharibə tərəflərinə, həm də bütün dünyaya çox böyük çətinliklər yaşatmaqdadır. Fəlakətin miqyası genişləndikcə “Gərək, müharibənin qarşısı alınaydı” ritorikası tez-tez səslənsə də, artıq gecdir, müharibə düyməsi basılıb. Burada deyiblər ki, sonrakı peşmançılıq fayda verməz.
Bəşəriyyət indi daha bədheybət olacağı proqnozlaşdırılan ABŞ-Çin qarşıdurmasının müharibəyədək uzanmasının qarşısını almaq barədə düşünməlidir. Ancaq proseslərin gedişindən o nəticə hasil olur ki, maraqları müxtəlif məsələlərdə toqquşan iki supergüc dövlət ortaq məxrəcə gəlməkdən və hansısa məsələlərdə güzəştə getməkdən çox uzaqdırlar. Xüsusilə belə görünür ki, tərəflər Tayvan məsələsini özləri üçün qırmızı xətt kimi müəyyənləşdiriblər. İndi belə demək mümkündürsə, Tayvan odla su arasında qalıb. Burada ABŞ-ın və Çinin maraqları daha ciddi şəkildə toqquşur.
Konqresmenlərin səfərləri və qızışan ehtiraslar
Avqustun əvvəlində ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri baş tutdu. Bu səfərlə bağlı ehtiraslar səngiməmiş daha bir neçə konqresmen ABŞ-dan Tayvana səfərə gəldi. Həm xanım Nensi Pelosin, həm də digər konqresmenlər Tayvanın yüksək səviyyəli rəsmiləri ilə görüşlərə qatıldılar və Çinin əsəblərini tarıma çəkəcək açıqlamalar verməkdən belə çəkinmədilər. “Səfər Amerikanın Tayvanın canlı demokratiyasını dəstəkləməkdə sarsılmaz öhdəliyinə dəlalət edir... Amerikanın Tayvanın 23 milyon əhalisi ilə həmrəyliyi bu gün həmişəkindən daha vacibdir, çünki dünya avtokratiya və demokratiya arasında seçim qarşısındadır”. Bu fikirlər Nensi Pelosinin komandasının rəsmi açıqlamasında yer alıb. Xanım spikerin özü isə bildirib ki, onun Tayvana səfəri ABŞ-ın ada ölkəsinə verdiyi dəstəyi geri götürməyəcəyini “birmənalı şəkildə göstərmək” məqsədi daşıyır. Bundan başqa, xanım Pelosinin ABŞ-ın Tayvanla “daimi dostluğu ilə fəxr etdiyini” də diqqətə çatdırıb.
ABŞ konqresmenlərinin Tayvana ard-arada baş tutan səfərləri ada dövlətini öz ərazisi sayan Çində ehtirasları son həddədək gərginləşdirib. Bunu bəhs olunan səfərlərdən sonra Çin hərbi qüvvələrinin bölgədə təlimləri və müşahidələri gücləndirməsi əyani şəkildə təsdiqləyir. Çin rəsmiləri konqresmenlərin məlum səfərlərini “qanunsuz” adlandırırlar və bildirirlər ki, ABŞ bu addımı atmaqla beynəlxalq hüquqa qarşı “saymazlıq jesti” edib.
Çin Xarici İşlər Nazirliyi Vaşinqtonu “səhv və təhlükəli yola getməyi dayandırmağa” çağırıb. Bu arada zamanında imzalanan ABŞ-Çin kommünikesi tez-tez xatırlanır. Çin diplomatları verdikləri bəyanatlarda ABŞ-ı bu sənədin müddəalarına əməl etməyə çağırıblar. Çinin xarici işlər naziri Van İ ABŞ hakimiyyətinin Tayvan məsələsində əvvəlcədən planlaşdırılmış təxribatı reallaşdırmaqla öz ölkəsinə olan inamı sarsıtdığını bildirib. O, açıq mətnlə bəyan edib ki, ABŞ-ın 1,4 milyard çinliyə qarşı siyasəti “yaxşı sonluqla bitməyəcək”. Diplomatın sözlərinə görə, ABŞ konqresinin nümayəndələr palatasının spikerinin Tayvana səfəri ada ətrafında siyasi gərginliyi artırıb. O əlavə edib ki, Vaşinqton Tayvan vasitəsilə Pekini nəzarət altına almağa çalışır. “Status-kvonu Çin yox, adanın hakimiyyətinə müstəqilliklə bağlı həyata keçməsi mümkün olmayan vədlər verən ABŞ pozur”, - deyə Van İ vurğulayıb.
Ekspertlər Tayvan ətrafında baş verənləri “təhlükəli ssenari” kimi dəyərləndirirlər. “Müharibə təhlükəsi ilə bağlı mövcud vəziyyət eyni istiqamətdə inkişaf edərsə, Tayvan boğazı ərazisində “könüllü atəş” ehtimalı istisna edilmir. Əgər bu doğrudursa, o zaman sabahkı Tayvan bugünkü Ukraynaya çevrilə bilər”. Bu fikirləri Şanxay Beynəlxalq Münasibətlər İnstitutunun direktor müavini Yan Anlin KİV-ə açıqlamasında ifadə edib. Onun sözlərinə görə, Pekin Tayvanla münasibətlərin sülh yolu ilə inkişafı siyasətini təbliğ edir. İnstitutun direktoru bildirib ki, Tayvan sahillərində vəziyyətin gərginləşməsinin əsas səbəbi “ABŞ-ın Tayvan məsələsi ilə Çini cilovlamaq istəyinə əsaslanan strategiyası və siyasətidir”.
ABŞ geri çəkilir?
Bu arada ABŞ rəsmilərindən, konkret desək, Pentaqondan ilk baxışda ziddiyyətli görünən açıqlamalar gəlməkdədir. Reuters-in məlumatına görə, ABŞ-ın müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kal bəyan edib ki, ölkəsi Tayvanın “müstəqillik hərəkatını dəstəkləmir”. Bunu o, Pentaqonda keçirilən mətbuat konfransında bildirib. “Biz Tayvanın müstəqilliyə can atmasını dəstəkləmirik. Bizim siyasətimiz dəyişməyib - bu, status-kvonun saxlanması siyasətidir”, - deyə Pentaqon rəsmisi vurğulayıb. Kolin Kal bildirib ki, Çin isə hərbi təlimləri genişləndirməklə adada yeni status-kvo müəyyənləşdirməyi hədəfləyib.
Oxşar açıqlama ilə, həmçinin ABŞ prezidenti Co Bayden çıxış edib. O, xanım spikerin məlum səfərindən sonra Çinin hərəkətlərinin narahatlıq doğurduğunu bildirib. Co Bayden əlavə edib ki, Tayvana məlum səfərlə bağlı qərarı xanım Pelosinin özü verib.
ABŞ-ın yüksək səviyyəli rəsmilərindən gələn bu kimi açıqlamalar nədən xəbər verir? Bəlkə, ABŞ əvvəlki daha sərt mövqeyindən geri çəkilir? Analitiklər bu ehtimalı “zəif” kimi dəyərləndirirlər. Bildirilir ki, bu qəbildən olan gəlişmələrlə ABŞ sadəcə soyuqqanlı olduğunu nümayiş etdirmək və rəqib tərəfdə ehtirasları bir qədər də qızışdırmaq niyyəti güdür.
Tayvanın hərbi təhlükə həyəcanı
Tayvanda isə Çin tərəfdən gözlənilən müharibə təhlükəsinin böyük olduğu qənaətindədirlər. Tayvan administrasiyasının rəhbəri Tsay İnven bəyan edib ki, Çin tərəfdən hərbi təhlükə hələ də yüksək olaraq qalır. Bu barədə Tayvanın mərkəzi informasiya agentliyi məlumat yayıb.
Bundan əvvəl isə Tayvanın müdafiə naziri hərbi təhlükə barədə danışmışdı. O bildirmişdi ki, adada Çin xalq-azadlıq ordusuna məxsus 21 hərbi təyyarə, 6 hərbi gəmi var. Tayvan rəsmisi həmin hərbi qüvvələrin “orta xətti” keçdiyini də bildirib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

