Rusiya-Ukrayna müharibəsi yeni fazada
23.09.2022 [10:36]
Mübariz FEYİZLİ
Rusiya-Ukrayna müharibəsinin başlamasından artıq 210 gündən çox zaman kəsiyi keçib, silahlar isə susmaq bilmir. Müharibənin hər ötən günü yeni dağıntılar və itkilərlə yadda qalır. Verilən açıqlamalardan, alınan məlumatlardan bəlli olur ki, tərəflər hələ ortaq məxrəcə gəlməkdən çox uzaqdırlar, əksinə Donbasda, Luqanskda, Xersonda və Zaporojyedə referendumların keçirilməsi mövzusunun gündəmə gəlməsi, eləcə də Şimal qonşumuzda qismən səfərbərlik elan olunması ilə müharibənin daha kəskin fazaya daxil olacağı barədə ehtimallar artıb.
Rusiya referendumları dəstəkləyir
Referendumların sentyabrın 23-27 aralığında keçiriləcəyi gözlənilir. Səsvermədə yerli vətəndaşlar sözügedən ərazilərin Rusiyanın tabeçiliyinə keçməsi ilə bağlı suala münasibət bildirəcəklər. Referendumların keçirilməsi ilə bağlı qərarları yerli hakimiyyət qurumları veriblər. Həmin qərarlarda ərazilərin Rusiyaya birləşdirilməsi istəyi müxtəlif səbəblərlə əlaqələndirilir. “Biz Rusiya ilə birlikdəyik” hərəkatının rəhbəri, Zaporojye vilayət administrasiyası baş şurasının üzvü Vladimir Roqov bəyan edib ki, region bundan sonra heç vaxt Ukrayna ilə bir yerdə olmayacaq. O əlavə edib ki, bölgəni hazırkı Ukrayna ilə heç nə bağlamır.
Öz növbəsində bəhs olunan ərazilərdə referendumların keçirilməsi təşəbbüsünə Rusiyadan ən yüksək səviyyədə dəstək gəlib. Bu barədə prezident V.Putin xalqa müraciətində bildirib. Onun sözlərinə görə, Rusiya bəhs olunan vilayətinin sakinlərinin əksəriyyəti tərəfindən qəbul ediləcək qərarı dəstəkləyəcək. “Donbas və Luqansk xalq respublikaları”nın parlamentləri, eləcə də Xerson və Zaporojye vilayətlərinin hərbi-mülki administrasiyaları bu ərazilərin gələcəyi ilə bağlı referendum keçirmək qərarına gəlib və belə bir addımı dəstəkləmək xahişi ilə bizə, Rusiyaya müraciət ediblər. Mən vurğulayıram ki, biz əlimizdən gələni edəcəyik ki, referendumların keçirilməsi üçün təhlükəsiz şərait yaradılsın və insanlar öz iradələrini ifadə edə bilsinlər”, - deyə qonşu ölkənin dövlət başçısı vurğulayıb.
V.Putin, həmçinin Rusiya Federasiyası hökumətinə və Müdafiə Nazirliyinə sözügedən ərazilərdən olan könüllülərin və silahlıların hüquqi statusunu mümkün qədər tez müəyyən etməyi tapşırıb. Müraciətdə könüllülərin və silahlı birləşmələrin texnika və avadanlıqla təmin olunması xüsusi tələb kimi qarşıya qoyulub. Müraciətdə deyilir: “Bu, Rusiyanın adi hərbi qulluqçuları ilə eyni status olmalıdır, o cümlədən maddi, tibbi və sosial təminatlar bura daxildir”.
Rusiyanın dövlət başçısı “Birinci kanal”la birbaşa yayımlanan müraciətində müharibədə Ukraynanın müttəfiqi qismində çıxış edən ABŞ-ın ünvanına səslənib. O vurğulayıb ki, Birləşmiş Ştatlar Ukrayna rejimini hərbi əməliyyatları Rusiya ərazisinə keçirməyə təhrik edir. V.Putin onu da əlavə edib ki, ölkəsinə qarşı açıq-aşkar nüvə şantajı da aparılır və nüvə şantajı bu ssenarini hazırlayanların özlərinə qarşı çevrilə bilər. Belə aydın olur ki, Şimal qonşumuz ölkənin suverenliyini və milli maraqlarını qorumaq naminə bütün vasitələrdən, həmçinin lazım gəlsə, nüvə silahından istifadə etməkdən çəkinməyəcək.
Ukraynadan “müharibə davam edir” ritorikası
Sözügedən ərazilərdə referendumların təşkil olunmasına Ukraynadan, gözlənildiyi kimi, rədd cavabı gəlib. Bu ölkənin müxtəlif ranqlı rəsmiləri referendumların keçirilməsinin hüquqi əsasının olmadığını özündə ehtiva edən bəyanatlar səsləndiriblər. Bildirilir ki, nəticələrdən asılı olmayaraq, Ukrayna belə qeyri-qanuni səsvermələri tanımır və gələcəkdə də tanımayacaq. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkəsinin döyüşləri davam etdirəcəyini bəyan edib. Onun sözlərinə görə “feyk referendumlar” və “hibrid səfərbərliklər” heç nəyi dəyişməyəcək. “Ukraynanın öz ərazilərini azad etməyə tam haqqı var”, - deyə D.Kuleba vurğulayıb.
Digər bir etiraz açıqlaması isə Ukrayna prezidenti administrasiyası ofisinin rəhbəri Andrey Y ermakdan gəlib. O, Donbasda, Luqanskda, Zaporojye və Xerson vilayətlərində keçirilməsi nəzərdə tutulan referendumları “sadəlövh şantaj” kimi dəyərləndirib.
ABŞ-dan “tanımayacağıq” mesajı
Bu arada okeanın o tayından “referendumların nəticələrini tanımayacağıq” mesajı gəlib. ABŞ-ın BMT yanında diplomatik nümayəndəsi Linda Tomas-Qrinfild bəyan edib ki, nəzərdə tutulan referendumlar “suverenlik və ərazi bütövlüyü” prinsiplərini pozur.
“Ərazilərin Rusiyaya birləşdirilməsi ilə bağlı nəzərdə tutulan referendumlar ABŞ tərəfindən Ukraynanın dəstəklənməsinə heç bir təsir göstərməyəcək”. Bu məzmunlu açıqlama ilə Pentaqonun mətbuat katibi, briqada generalı Patrik Rayder çıxış edib. “Heç kəs belə saxta referendumlara ciddi yanaşmayacaq. ABŞ da, şübhəsiz ki, onların nəticələrini tanımayacaq. Bu, bizim və beynəlxalq birliyin Ukraynaya dəstəyinə necə təsir göstərəcək? Heç bir təsir. Biz öz ərazilərini qorumaq üçün Ukrayna ilə, həmçinin tərəfdaşlarımızla işləməkdə davam edəcəyik”, - deyə Rayder bildirib. Amerikalı hərbçinin qənaətinə görə, bəhs olunan referendumlar, sadəcə “informasiya əməliyyatlarıdır”. O əlavə edib ki, Rusiya bu referendumları təşkil etməklə, əslində, diqqəti ordusunun çətin vəziyyətə düşməsindən yayındırmağa çalışır.
Daha sərt sanksiyalar gəlir
Müharibədə Ukraynaya hərtərəfli dəstək verən ABŞ bəhs olunan ərazilərdə nəzərdə tutulan referendumlara görə Rusiyanın ünvanına ittihamları daha da sərtləşdirib. Bildirilir ki, bu ölkə referendumlara görə Şimal qonşumuza qarşı cavab tədbirləri kimi sanksiyaları daha da ciddiləşdirmək niyyətindədir. Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Salivan jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib. “Hər şeydən göründüyü kimi, Rusiya Ukraynanın onun nəzarətində olan və artıq nəzarətində olmayan regionlarında saxta referendumları keçirməkdə israrlıdır. Burada söhbət Ukraynanın suveren hüquqlarının birbaşa pozulmasından gedir. Rusiya bu saxta referendumları Ukraynanın uğurlarına cavab olaraq tez-tələsik yekunlaşdırmaq istəyir”, - deyə ABŞ rəsmisi vurğulayıb.
Ağ Evin təmsilçisi referendumlarda saxtakarlıqlara və manipulyasiyalara əl atılacağını bildirib. Fikirlərinə davam edən C.Salivan bildirib: “Biz bu ərazilərin Ukraynadan başqa hansısa bir ölkəyə məxsus olduğunu heç vaxt qəbul etməyəcəyik. ABŞ Rusiyanın bu istiqamətdə fəaliyyətini qınayır. Biz müttəfiqlərimizlə Rusiyanın daha sərt şəkildə cəzalandırılmasına nail olmaq və Ukraynaya dəstək vermək istiqamətində işləməkdə davam edirik”.
ABŞ-ın yeni məhdudiyyətlər çağırışına cavab olaraq Avropa İttifaqından da Rusiyaya qarşı daha sərt sanksiyaların anonsu verilib. Bu barədə qurumun təmsilçisi Jozep Borell bildirib. Sitat: “Rusiya, bu ölkənin siyasi rəhbərliyi, bu “referendumlarda”, digər pozuntularda əli olanların hamısı beynəlxalq hüquqa uyğun qaydada məsuliyyətə cəlb olunacaqlar. Həmçinin Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlərə də baxılacaq”.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

