Səmasını qoruya bilməyən İran
07.02.2023 [10:52]
Mübariz FEYİZLİ
İrandakı siyasi rejimin çürük mahiyyəti bu ölkədə ötən ilin sentyabrından başlayan hadisələrin fonunda bütün cəhətləri ilə üzə çıxdı. Cəmiyyətin SEPAH-ın hərbi gücü və fanatik dini təbliğat üzərində bərqərar olan mollakratiya iqtidarına inamı tamam sarsılıb. 22 yaşlı gənc Məhsa Əminin məhbəsə salınması və orada işgəncələrlə öldürülməsi fonunda başlayan aksiyalar tez bir zamanda lokal səviyyədən çıxaraq bütün ölkəyə yayıldı. Hazırda etirazçıların istəkləri sırasında siyasi tələblər üstünlük təşkil edir. Rejimin vədləri, baş örtüyü qadağalarının yumşaldılması xarakterli “islahatları” da bir nəticə vermir. Küçə və meydanlarda sonuncu İran inqilabının banilərinin və indiki rejimin təmsilçilərinin portretlərinin qəzəbli etirazçıların hücumlarına məruz qalması, yandırılması, təhqir edilməsi mollakratiyanın sonunun gəlməsindən xəbər verir.
İran zərbələri haradan aldı?
İran iqtidarı indiyədək baş verənlərin xaricdən idarə olunduğunu idda edir və öz gözündə tiri görməyərək ölkə hüdudlarından kənarda “günah keçisi” axtarırdı. Hətta xaricə bir sıra hallarda ünvansız, mücərrəd hədə mesajları da ünvanlayırdı: İranın hərbi gücü Qərbdəki “şeytan yuvaları”nı dağıtmağa hazır və qadirdir. Ancaq mollakratiyanın hədə mesajları bir işə yaramadı. Yanvarın 29-na keçən gecədə İran səmasında baş verənlər mollakratiyanın yaratdığı “hərbi güc” mifinin əslində sabun köpüyündən başqa bir şey olmadığını üzə çıxartdı.
Bəhs olunan tarixdə İranın İsfahan əyalətindəki sursat istehsalı zavodu, Şərqi Azərbaycan əyalətindəki mühərrik yağı istehsalı zavodu, həmçinin, İranın qərbində yerləşən Dizful şəhərindəki aviabaza vuruldu. Rejim yenə də yalan təbliğata əl atdı. Rəsmi media qurumları rejimin diktəsi ilə guya xaricdən yönləndirilən hava zərbələrinin dəf edildiyi barədə xəbərləri dövriyyəyə buraxdılar. Ancaq sosial şəbəklərdə paylaşılan fotolarda və videolarda tamam fərqli mənzərələr görünür. Zavodlarda baş verən yanğınlar və aviabazada qeydə alınan partlayışlar zərbələrin hədəfdən yayınmadığını təsdiqləyir.
İranın hava məkanının yanvarın 29-da gecə saatlarında dron hücumlarına məruz qalması ilə bağlı müxtəlif versiyalar səsləndirilir. İran rejimi dron hücumunun ssenarisinin İsraildə hazırlandığı və bu ölkə tərəfindən reallaşdırıldığı versiyası üzərində israr edir.
İrana dron zərbələrinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnsün İsrailə səfəri ərəfəsinə təsadüf etməsinə də diqqət çəkilir. Beləliklə, zərbələrin ABŞ-la razılaşdırıldığı ehtimalı da böyükdür. Onu da əlavə edək ki, ABŞ prezidenti Co Bayden İranla qarşıdurmanın baş verəcəyini istisna etməmişdi. İranın razılaşmaları pozaraq nüvə proqramını gizli şəkildə inkişaf etdirməsi, həmçinin Rusiyaya silah satması gözlənilən qarşıdurma üçün əsas amillər sayılır. Yeri gəlmişkən, məlum hücumdan bir neçə gün öncə Beynəlxalq Atom Enerjisi Agentliyinin rəsmisi Rafael Mariano Qrossi “İran bir yox, bir neçə nüvə silahı əldə edə biləcək qədər zənginləşdirilmiş urana malikdir” fikrini ifadə etmişdi.
Hərbi hava qüvvələrinin acizliyi
Dron hücumları ilə üzləşən İranın hakimiyyət dairələri yenə köhnə havanı çalırlar: Bu hücumlara ən sərt şəkildə cavab veriləcək. Ekspertlər isə diqqəti başqa məqama -İranın hərbi hava qüvvələrinin dron hücumlarının qarşısında aciz qalmasına yönəldirlər. “İran rəsmiləri əvvəllər olduğu kimi bu dəfə də hücumların dəf edilməməsinin səbəbləri və həqiqi itkilər barədə açıqlama vermirlər. İtkiləri kənara qoyuram, onların sayı çox olmaya bilər. Amma İran ordusunun hücumları dəf edə bilməməsinin səbəbləri hamı üçün maraqlıdır”. Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev ifadə edib.
Hərbi ekspert əlavə edib ki, İran rejimi zərbəyə məruz qalan İsfahandakı hərbi obyektdə nə hazırlandığını açıqlamır, bəlkə də utandığı üçün bu ərazini “emalatxana” adlandırır. 1600 km məsafə qət edən İsrail PUA-sının hansısa “emalatxana”nı hədəf seçməsi isə inandırıcı deyil. “Kiçik bir araşdırma apardım və məlum oldu ki, Tehrandan təqribən 350 kilometr cənubda yerləşən İsfahanda həm ABŞ istehsalı olan “F-14” qırıcı təyyarələrinın aviabazası, həm də Nüvə Yanacağı Tədqiqat və İstehsalat Mərkəzi yerləşir. Əgər rəsmi Tehran “emalatxana” adlanan ərazinin vurulmasını etiraf edirsə, deməli, zərbə İranın Nüvə Yanacağı Tədqiqat və İstehsalat Mərkəzinə endirilib. Mərkəzin məhv edilməsi ehtimalı böyükdür”, - deyə Ədalət Verdiyev bildirib.
Hərbi ekspertin sözlərinə görə, İranın kəşfiyyat orqanları İsrailin yeni zərbələrini heç vaxt istisna etməyiblər. Hələ keçən ilin iyul ayında İsrailin İsfahan ətrafındakı gizli hədəflərə zərbələr endirmək planı barədə xəbərlər yayılırdı. Oktyabr ayında isə İranın dövlət televiziyasında yayımlanan süjetdə İsrailin “Mossad” təşkilatının Tehrandan qovulan və İraqa qaçan Kamal adlı müxalifətçini bu məqsədlə ələ aldığı iddia edilirdi. Yəni İranda demək olar ki, bütün səlahiyyətli şəxslər İsfahandakı hərbi obyektlərə zərbə ehtimalı barədə məlumatlı idilər. Hərbi ekspert sual edir:
• Necə oldu ki, gecə-gündüz ABŞ, Böyük Britaniya, Səudiyyə Ərəbistanı, İsrail və Azərbaycan kimi güclü ordulara malik ölkələrə təhdid yağdıran İran hücuma məruz qalacağını dəqiq bildiyi hərbi obyektlərə endirilən zərbələri dəf edə bilmədi?
• İran hücumun başlanğıc ünvanını niyə dəqiq faktlarla göstərə bilmir?
• İranın radiotexniki kəşfiyyat hissələri nə işlə məşğuldur?
Ədalət Verdiyev bildirib ki, cavablar sadədir: İranın hava hücumundan müdafiə qoşunları və onların tabeliyində olan radiotexniki kəşfiyyat hissələri bu gün döyüşə hazır vəziyyətdə deyil, onların məhdud görmə şəraitində hava hücumunu izləmək və dəf etmək potensialı isə ümumiyyətlə, yoxdur.
“Bütün bunlar sübut edir ki, həm ölkə daxilində, həm də xaricdə ciddi problemlərlə üzləşən İranın molla rejiminin yaratdığı ordunun imkanları Tehranın iddialarını təmin edəcək səviyyədə deyil. Buna görə də İran uranı sürətlə zənginləşdirərək nüvə silahı əldə etməklə regionda şərtlərini diktə edən tərəf statusuna sahiblənməyə çalışır. Qlobal və regional güc mərkəzləri İranı bu niyyətlərindən çəkindirmək üçün fəaliyyətlərini koordinasiya etməli, zərurət yarandıqda Tehranın nüvə obyektlərini zərərsizləşdirmək istiqamətində sinxron davranmalıdırlar”, - deyə hərbi ekspert əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

