Şimal Alyansının şimala yürüşü...
18.02.2023 [10:35]
NATO-nun genişlənmə planı hələ də masa üzərində açıq qalıb
Türkiyə mövqeyində qətidir - Finlandiyaya “hə”, İsveçə “yox”
NATO baş katibi Yens Stoltenberqin fevralın 16-da reallaşan Türkiyə səfəri bir sıra istiqamətlər üzrə maraq kəsb edirdi. Belə ki, səfərin əsl məqsədi zəlzələ bölgəsinə baş çəkmək, baş verənlərlə bağlı NATO-nun da rəsmi Ankaranın yanında olduğunu bildirmək idi. Amma daha çox maraq kəsb edən mövzu İsveç və Finlandiyanın Alyansa daxil olmaları ilə bağlı Türkiyənin verəcəyi qərar və
NATO-nun bu qərara münasibəti idi. Xatırladaq ki, səfər çərçivəsində Stoltenberq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birlikdə zəlzələ bölgəsinə səfər etdi. Eyni zamanda, NATO baş katibi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşdü.
Stoltenberqin ziddiyyətli fikirləri
Qeyd edildiyi kimi, maraq doğuran əsas məsələ Alyansın Şimala doğru genişlənməsi planının gələcək perspektivi ilə bağlı idi. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə Ankarada mətbuat konfransı keçirən NATO-nun baş katibi Yens Stoltenberq məsələ ilə bağlı bir çox mülahizələr irəli sürdü. Səslənən fikirlər isə həm ziddiyyətli, həm də ikibaşlı sayıla bilərdi - belə ki, Stoltenberqə görə, Türkiyə Alyansın genişlənməsi planını dəstəkləməli idi. Baş katibin İsveçin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi ilə bağlı məsələyə münasibəti isə birmənalı deyildi.
Belə ki, alyansın genişlənməsi məsələsinə toxunan Stoltenberq İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istiqamətində mühüm addımlar atdığını bildirib. “Eyni zamanda, Türkiyənin təhlükəsizlik sahəsində narahatlığını haqlı sayıram. Üçtərəfli Memorandumun müddəalarından biri də terrorla mübarizə ilə bağlı idi. Eyni zamanda, hesab edirəm ki, hər iki dövlətin müraciətlərini təsdiq etməyin vaxtı çatıb”, - Stoltenberq bildirib.
Amma Stoltenberq öz çıxışında şimal ölkələrinin üzərinə götürdüyü öhdəliyi nə vaxt yerinə yetirəcəyini də açıqlamayıb - Türkiyənin mövqeyi isə açıq və bəllidir. Terroru dəstəkləməklə rəsmi Stok?olm özünün NATO yolunu bitməz tunelə yönləndirir. Baxmayaraq ki, İsveç xarici işlər naziri Tobias Billström bildirmişdi ki, Türkiyə, İsveç və Finlandiya arasında bağlanan Anlaşma Memorandumunun müddəaları təmin olunacaq. Beləliklə İsveç terrorçuların ekstradisiyası ilə bağlı verdiyi sözü tutacaq. Amma hələ ki, müşahidə olunan bunun əksidir. Eyni zamanda, İsveç sanki Türkiyəni daha da qıcıqlandırmaq üçün yolverilməməsi gərəkən bütün addımları atır...
NATO baş katibi İsveçin mövqeyini “söz azadlığı” ilə pərdələməyə çalışır
Məsələn, Yens Stoltenberq “Welt” telekanalına müsahibəsində İsveçin təşkilata üzvlük yolunu qapadan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyini “tənqid” edib. Stoltenberq qeyd edib ki, ifadə və fikir azadlığı həm İsveçdə, həm də digər NATO ölkələrində qiymətli sərvətdir. Buna görə də bu yersiz hərəkətlər heç də qeyri-qanuni sayılmır. Baş katibin sözlərinə görə, İsveç hökuməti bu hərəkəti çox aydın ifadələrlə pisləyib. Başqa sözlə, Stoltenberq İsveçin bu addımını Türkiyənin məsələnin üstündən keçməsi üçün kifayət edəcək səbəb sayıb. Amma Türkiyənin fikri və mövqeyi qətidir - İsveçin Alyansa yolu “dumanlı” görünür. Çünki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, İsveç Quranın təhqir edilməsinə göz yumduqca bu dövlətin Alyansa üzvlüyünə icazə verilməyəcək. Onun sözlərinə görə, İsveç boş yerə çalışmasın: “Finlandiyanın üzvlüyü ilə bağlı mövqeyimiz müsbətdir, amma İsveçə icazə vermərik”.
Əslində bu fakt Alyansın maraqlarına da uyğundur. Onsuz da NATO-nun şimala doğru genişlənməsi planının hədəfləri bəllidir - baş verə biləcək yeni hərbi eskalasiyalar dövründə
NATO bu yolla Rusiyaya təzyiq göstərmək niyyətindədir. Finlandiya isə Rusiya ilə daha çox quru sərhədə malikdir və rəsmi Helsinki bu mənada NATO-nun işinə daha çox yaraya bilər.
Hər iki ölkə qoşulacaq - amma eyni vaxtda deyil...
Baş katib Stoltenberq Alyansa üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçiriləcək iclasından əvvəl keçirilən mətbuat konfransındakı çıxışında hər iki dövlətin - həm İsveçin, həm də Finlandiyanın 2023-cü ildə
NATO-ya qoşulacağı ilə bağlı qəti fikirlər səsləndirib. O, əmin olduğunu deyib ki, İsveç və Finlandiyanın NATO-ya qoşulmaq üçün müraciətlərinin ratifikasiyası vaxtında başa çatacaq. Düzdür, Stoltenberq prosedurun tamamlanması üçün konkret müddət göstərməsə də,
NATO-nun yeni Zirvə toplantısına qədər bu məsələnin öz həllini tapmasına çalışdığını ortaya qoyub. Nəzərə alsaq ki, bu ilin sonunda Stoltenberqin NATO baş katibliyindən istefa verəcəyi artıq dəqiqləşib, skandinaviyalı siyasətçinin illərdir rəhbərlik etdiyi Alyansın ona doğma olan ölkələrə qədər uzanması istiqamətində apardığı mübarizə anlaşılandır.
Stoltenberqin fikirləri ilk baxışdan qətilik və konkretlik daşısa da, burada da Türkiyənin mövqeyinin nəzərə alınması diqqəti cəlb edir. Məsələn, bir müddət əvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, ölkəsi Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətinə ayrı-ayrılıqda baxa bilər. Hətta ölkə başçısı “lazım gəlsə, Finlandiya eyni səhvləri təkrarlamasa, başqa bir mesaj verə bilərik. Bu, baş verəndə İsveç şok olacaq”, - deyə bildirmişdi. İsveç tərəfinə Türkiyəyə təslim ediləcək terrorçuların 120 nəfərlik siyahısının verildiyini önə çəkən Ərdoğan bildirmişdi ki, İsveç baş nazirinə nə etmək lazım olduğunu izah etdik: “Onlara dedik ki, ölkənin NATO-ya daxil olması üçün terrorçuları bizə təhvil verməlidirlər. 120 nəfərlik siyahı verdik və dedik ki, əgər bunları ekstradisiya etməsəniz, o zaman bizdən inciməyin”.
Hazırki proses isə onu deməyə əsas verir ki, İsveç hələ də Türkiyənin tələblərinə riayət etmir. Çünki NATO baş katibi Yens Stoltenberq də Finlandiya və İsveçin NATO-ya ayrı-ayrı vaxtlarda daxil ola biləcəklərini istisna etməyib. “Həm Finlandiya, həm də İsveç artıq NATO-ya daha yaxındırlar və daha çox inteqrasiya olunublar. Ona görə də əsas məsələ onların alyansa birlikdə qoşulub-qoşulmayacağı deyil. Əsas məsələ onların hər ikisinin mümkün qədər tez tamhüquqlu üzv kimi təsdiq olunmasıdır”, - baş katib deyib.
Beləliklə, NATO növbəti dəfə Türkiyənin maraqlarının əsas olduğunu ortaya qoyur. Regionun əsas güc mərkəzi, söz sahibi olan Türkiyənin bu məsələdəki mövqeyi isə dəyişilməz olaraq qalır...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Siyasət
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59

