İran rəngləri “tündləşdirir”
24.05.2023 [11:03]
Şamxani niyə Əhmədian ilə əvəzləndi?
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin vəzifəsindən azad edilərək SEPAH generalı ilə əvəzlənməsi mühüm müzakirələrə yol açıb. Qeyd edək ki, bu barədə İranın “Entekhab” saytı məlumat yayıb. Artıq Şamxaninin yerinə yeni təyinat da olub. Belə ki, İran prezidenti İbrahim Rəisi
SEPAH generalı Əli Əkbər Əhmədianı Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi vəzifəsinə təyin edib.
Ərəb əsilli Şamxani...
Şamxaninin tutduğu vəzifədən azad olunması indiki məqamda İranla bağlı yeni gündəm yaradıb. Belə ki, dünyanın bir sıra aparıcı siyasi mütəxəssisləri baş verənləri molla rejiminin klanlararası savaşı kimi qiymətləndirir. İddia olunur ki, Şamxaninin son dövrlərdə SEPAH-ın “əmrlərinə” boyun əyməməsi, regional sabitliklə bağlı görüşlərdə İranın maraqlarını “tam qorumaması” onun katiblikdən çıxarılması ilə nəticələnib. Bütün bu iddialar isə bütövlükdə İranın yeni “təhlükəsizlik strategiyası”ndan xəbər verirmi? Maraqlı sual budur...
İlk olaraq qeyd edək ki, Əli Şəmxani 1955-ci ildə İranın Əhfaz vilayətində anadan olub. Etnik mənşəcə Əhfaz ərəbidir və Xamneiyə yaxın şəxs sayılırdı. Kontr-admiral hərbi rütbəsi daşıyan Şamxani 1997-2005-ci illərdə İranın müdafiə naziri olub. Əli Şamxani 1979-cu il inqilabından sonra İslam İnqilabı Mücahidləri Təşkilatının üzvü olub.
Əkbərinin edamı Şamxaninin sonu...
İranda son dövrlərdə kəskin hal alan hakimiyyətdaxili çəkişmələrdə Şamxaninin də adı keçirdi - o, islahatçı qanadın ən parlaq nümayəndələrindən sayılırdı. İran diplomatiyasının “yeni ulduzu” kimi təqdim edilən, Səudiyyə Ərəbistanı, Körfəz ölkələri ilə İran arasında gərginliyin yumşalmasında, Tehranın Pekinlə yaxınlaşmasında müstəsna rol oynamış, İranı faktiki diplomatik mühasirədən xilas etmiş Əli Şamxaniyə qarşı yönələn əsas iddialar onun nazir olduğu dövrdə İran Müdafiə nazirliyinin Müdafiə Araşdırmaları İdarəsinin rəisi işləmiş Əlirza Əkbəri ilə bağlı olub. Bəlli olduğu kimi, Əkbəri 2018-ci ildə Britaniyaya casusluq ittihamı ilə həbs olunmuş, 2023-cü ilin yanvarında edam edilmişdi. Maraqlıdır ki, İranda hökumətə yaxın saytlar Əlirza Əkbərinin edam xəbərini yazarkən onun sabiq prezident Məhəmməd Hatəmi hökumətində müdafiə naziri olan Əli Şamxaninin “müavini” adlandırmışdılar. Bunun arxasında isə edamdan Şamxaniyə qarşı istifadə etmək maraqları dayanırdı. Bəzi siyasətçilər, o cümlədən Misbah Yəzdinin ofisinin rəhbəri olmuş Hüseyn Cəlali çıxışında şifahi hücumları davam etdirmişdi: “Niyə Milli Təhlükəsizlik Şurasının katibi ittihamları açıq şəkildə qəbul etmir?!” O, çıxışında 8 il İslam Respublikasının prezidenti olan Məhəmməd Xatəmini də “korrupsioner” adlandırmışdı. Bu sözlər Şamxaniyə qarşı fəallıq edən cəbhənin kimlərdən təşkil olunduğunu göstərirdi.
SEPAH-ın “narahatlığı”...
Əli Şamxani İranın ətrafında formalaşdırmağa çalışdığı “terror halqası”na qarşı çıxışları ilə yadda qalmışdı. Hətta son 6 ayda Rusiya, Türkiyə, İran və Suriya arasında davam edən dördtərəfli danışıqlar prosesində Tehranın iştirakının da məhz Şamxaninin təklifi ilə təmin edildiyi bildirilir. Amma baş verənlər İranın əsas “idarəçilərinin” - ənənəvi molla rejiminin və SEPAH hərbi birləşməsinin maraqlarına uyğun gəlmirdi. Çünki Suriyada terrorun ləğvi, qaçqınların qayıdışı və stabilliyin formalaşması Yaxın Orta Şərqdə sülhə yol açacaqdı. Beləliklə, həm Suriya, həm İraq, həm də digər Orta Şərq regionları iqtisadi inkişaf mərhələsinə qədəm qoyacaqdı. Bu isə SEPAH-ın işinə yaramır. Çünki:
- SEPAH hər il terrora ayrılan pullardan qara məqsədləri üçün istifadə edir;
- Molla rejimi ən yüksək səviyyədə regionda terrorun bitməsini istəmir - bu, onlara bir sıra ölkələrə nəzarət imkanlarını tam aradan qaldıracaq;
- Körfəz ölkələrinin yaxınlığındakı münaqişələrin bitməsi İran üçün sərfəli deyil - bu, yeni iqtisadi yolların yaranmasına gətirib çıxaracaq.
Şamxani “küçə üsyanları”nın “ideoloqu” idi?
Beləliklə, Şamxaninin də mənsub olduğu “liberal” qanadın apardığı xətt SEPAH və onun rəhbərləri üçün qəbuledilən sayılmırdı. Bu mənada, yanvar ayında Əkbərinin edamının ardından Şamxaniyə qarşı kampaniyalar başladılmışdı. Hətta aylardır davam edən daxili gərginliklər də SEPAH rəhbərliyi tərəfindən Şamxaninin “ayağına” yazılırdı. Başqa sözlə, küçə üsyanlarının tam boğulmamasında günahkar məhz təhlükəsizlik qüvvələri və onun rəhbərliyi hesab olunurdu. Hətta Məhsa Əminin ölümündən sonra Əli Şəmxaninin islahat hərəkatının bəzi əsas simaları ilə görüşdüyü də iddia edilirdi. Deyilənə görə, iğtişaşlar zamanı Ali Milli Təhlükəsizlik Şurasının katibi bəzi xüsusi sərəncamların verilməsinin qarşısını alıb. İğtişaşların lap əvvəlində İnqilab Rəhbərinin dəftərxana müdirinin imzası ilə Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxaniyə ünvanlanmış və iğtişaşlara qarşı rəftarın gücləndirilməsi ilə bağlı məktubun səbəbi də bu idi. Həmin məktub hətta nəşr olunmuşdu. Ali Milli Təhlükəsizlik Şurasına yaxın KİV-lər bu məktubu saxta adlandırmışdılar.
Radikal qanadın təmsilçisi Əhmədianın təyinatı...
Yeni təyin edilmiş katib Əli Əkbər Əhmədian da sələfi kimi SEPAH-ın dəniz qüvvələrində xidmət edib. O, 1997-ci ilin avqustunda SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı, 2000-ci ilin iyulunda SEPAH-ın Birləşmiş Qərargah rəisi təyin edilib. 2005-ci ilin oktyabrında İmam Hüseyn Universitetinin rektoru olub və 2007-ci ilin iyulunda universiteti tərk edib. 2007-ci ilin sentyabrında SEPAH-ın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri təyin olunub.
Əhmədian BMT Təhlükəsizlik Şurası tərəfindən SEPAH-la əlaqəli şəxs kimi sanksiyaya məruz qalıb, Aİ tərəfindən də müvafiq siyahıya salınıb. 2007-ci ildə ABŞ Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi tərəfindən saxlanılan Xüsusi Təyin edilmiş Vətəndaşlar (SDN) siyahısına əlavə edilib. Molla rejiminin radikal qanadının üzvü sayılan Əhmədian SEPAH-ın “düşünən beyinləri”ndən sayılır. Uzun mübarizədən sonra İrandakı mövcud hakimiyyətin ən mühüm postlarından sayılan bu vəzifənin məhz radikal qanad üzvünə “etibar edilməsi” İranın yeni dövr üçün terror strategiyasını daha da gücləndirə bilmə imkanlarını genişləndirir. Bu isə regionda yeni eskalasiyalara yol aça bilər ki, Tehranın son “Bağdad xəbərdarlığı” buna misaldır...
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00
YAP xəbərləri
19 Yanvar 13:54
Siyasət
19 Yanvar 13:47
YAP xəbərləri
19 Yanvar 13:27
Sosial
19 Yanvar 12:34
Dünya
19 Yanvar 12:33
Dünya
19 Yanvar 12:26
Sosial
19 Yanvar 12:21
YAP xəbərləri
19 Yanvar 12:01
İqtisadiyyat
19 Yanvar 12:00
İqtisadiyyat
19 Yanvar 11:59
Hadisə
19 Yanvar 11:59
Dünya
19 Yanvar 11:45
Dünya
19 Yanvar 11:19
Sosial
19 Yanvar 11:14
Dünya
19 Yanvar 10:54
Dünya
19 Yanvar 10:20
Dünya
19 Yanvar 10:09
Dünya
19 Yanvar 09:41
Sosial
19 Yanvar 09:18
Sosial
19 Yanvar 08:56
Dünya
19 Yanvar 08:22
Dünya
19 Yanvar 08:10
Sosial
19 Yanvar 08:03
Dünya
19 Yanvar 07:45
Elm
18 Yanvar 23:32
Hadisə
18 Yanvar 22:15

