Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Nizami rayonunda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib

Nizami rayonunda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib

31.05.2024 [12:41]

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının fəalları 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə aksiya keçiriblər.

Aksiya çərçivəsində fəal qadınlar Nizami rayonunda fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzini, “Qayğı” reabilitasiya mərkəzini və Autizm Mərkəzini ziyarət ediblər.

Ziyarət zamanı mərkəzlərdə yaradılmış şəraitlə tanış olublar, uşaqlarla görüşüblər, onları 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik ediblər.

Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova, “Qayğı” reabilitasiya mərkəzinin direktoru Bənövşə Məmmədova, “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova uşaqlara göstərilən diqqət və qayğıdan danışıblar.

Ziyarətçilər də yaradılmış şəraitə görə Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürlərini bildiriblər.

Paylaş:
Baxılıb: 437 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31