YAP Nərimanov rayon təşkilatı partiyanın yubileyi ilə bağlı silsilə tədbirlər keçirir
20.10.2012 [18:47]
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 20-ci ildönümü münasibətilə partiyanın Nərimanov rayon təşkilatı tərəfindən silsilə tədbirlər keçirilir. Dünən isə təşkilatın Gənclər Birliyi tərəfindən Nərimanov rayon ərazisində yerləşən ali məktəblərin tələbələri arasında mini-futbol turnirinə start verilib. Turnirin açılış mərasimində YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı çıxış edərək bildirib ki, tarixi zərurətdən yaranan partiyamız çətin və şərəfli yol keçməklə yanaşı, həm də siyasi-ictimai arenada kifayət qədər nüfuz toplamış siyasi təşkilatdır: “Yeni Azərbaycan Partiyası çox böyük tarixi yol keçib. YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyamızın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir. Buna görədir ki, partiyamızın, o cümlədən, YAP-ın Nərimanov rayon təşkilatının sıraları günbəgün artır. Müstəqil Azərbaycanın inkişafında, iqtisadi-sosial və digər sahələrdə inkişaf proqramının işlənməsində YAP-ın tarixi, əvəzedilməz xidməti var”.
Y.Babanlı rayon təşkilatında gənclərlə mütəmadi görüşlərin keçirildiyini xatırladıb. Onun sözlərinə görə, belə görüşlərin keçirilməsində əsas məqsəd gənclərin dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunmasını ifadə etmək, gənc nəslin yüksək biliklərə yiyələnməsi, layiqli vətəndaş kimi formalaşmasına yardım etməkdən ibarətdir.
Bakının mərkəzi rayonlarından biri olan Nərimanov rayonunda da dövlətin gənclər siyasətinin yüksək səviyyədə həyata keçirildiyini deyən rayon gənclər və idman idarəsinin rəisi Nəcəf Novruzov gənclərin ölkənin ictimai-siyasi həyatında yaxından iştirakından, onların hərtərəfli gənc kimi inkişafı istiqamətində atılan addımlardan bəhs edib. Onun sözlərinə görə, bu gün gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması, mükəmməl şəkildə təhsil alaraq, müasir tələblərə cavab verən peşəyə sahib olması və onların ölkənin tərəqqisində fəal iştirak etməsi üçün məqsədyönlü iş gedir. Çıxış edənlər komandalara uğurlar arzulayıb.
Qeyd edək ki, turnirdə 8 ali məktəbin komandaları 2 qrupda mübarizə aparır. “A” qrupunda Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Müəllimlər İnstitutu, Odlar Yurdu Universiteti, Bakı Avrasiya Universitetinin komandaları mübarizə aparır. “B” qrupu isə Rəssamlıq Akademiyası, Təfəkkür Universiteti, Kooperasiya Universiteti və Azərbaycan Turizm İnstitutunun komandalarından ibarətdir.
Dünən turnirin ilk oyunu Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Odlar Yurdu Universitetinin komandaları arasında keçirilib. Oyunda Akademiyanın komandası böyük üstünlüklə (4-1) qələbə qazanıb.
Qeyd edək ki, qalib komandalara qiymətli hədiyyələr və YAP Nərimanov rayon təşkilatının diplomları veriləcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18

