2012-ci il Azərbaycan üçün uğurlu oldu
28.12.2012 [02:06]
YAP Nərimanov rayon təşkilatında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə tədbir keçirilib. YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev həmrəylik gününün Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunduğunu bildirib. Onun sözlərinə görə, bu hadisə bütün dünyada yaşayan azərbaycanlıların təşkilatlanmasında, Vətənə bağlılığının daha da möhkəmlənməsində vacib rol oynayıb. Daha sonra Dünya Azərbaycanlılarının Qurultayının keçirildiyini xatırladan təşkilat sədrinin fikrincə, bütün bunlar soydaşlarımızın birliyinin güclənməsində müstəsna əhəmiyyət kəsb edir. T.Tağıyev qeyd edib ki, hazırda Prezident İlham Əliyev Ulu öndərimizin bu istiqamətdəki siyasətini uğurla davam etdirir.
Təşkilat sədrinin sözlərinə görə, bu gün Ulu öndərin qurub-yaratdığı ölkədə bütün sahələr inkişaf edir: “Ötən illərdə olduğu kimi, 2012-ci ildə də Azərbaycan həm siyasi, həm də iqtisadi sahədə çox böyük nailiyyətlər əldə edib”.
T.Tağıyev qeyd edib ki, Azərbaycan həyata keçirdiyi uğurlu xarici siyasət sayəsində dünyanın aparıcı dövlətlərindən birinə çevrilməkdədir: “Azərbaycan dünyanın dinamik inkişaf edən ölkələrindədir. Amma müstəqilliyin ilk illərində ölkəmiz parçalanmaq təhlükəsi ilə baş-başa qalmışdı. Məhz Ulu öndər Heydər Əliyevin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində bu problem aradan qaldırıldı. Ölkədə möhkəm əsaslara malik iqtisadi siyasətin əsası qoyuldu. Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən isə bu siyasət davam etdirilir. Son 9 ildə neft gəlirlərindən düzgün istifadə nəticəsində qeyri-neft sektoru yüksək sürətlə inkişaf edir”.
T.Tağıyev çıxışında 2013-cü ilin daha məsuliyyətli il olacağını bildirib. Gələn il ölkəmizdə prezident seçkilərinin keçiriləcəyini deyən təşkilat sədrinin sözlərinə görə, bu siyasi kampaniya ilə əlaqədar bütün imkanlar səfərbər olunmalıdır. “Seçkilərdə Prezident İlham Əliyevin növbəti dəfə parlaq qələbə qazanacağı şübhəsizdir. Bununla belə, biz arxayınlaşmamalı, öz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. 2003-cü və 2008-ci illərdə xalq Ulu öndərin layiqli davamçısı cənab İlham Əliyevə etimad göstərdi. Bu müddətdə ölkənin bütün sahələrinə aid proqramlar hazırlanıb həyata keçirildi, bir milyondan çox yeni iş yerləri açıldı, regionların inkişafına diqqət və qayğı artırıldı. Bu gün ölkənin siyasi arenasında Prezident İlham Əliyevə alternativ siyasətçi yoxdur” - deyə, təşkilat sədri vurğulayıb.
Toplantıda çıxış edən digər natiqlər 2012-ci ilin Azərbaycan üçün uğurlarla yaddaqalan bir il olduğunu qeyd ediblər. Çıxışlarda vurğulanıb ki, təşkilatın fəalları növbəti ildə siyasi baxımdan bütün imkanlarını səfərbər edərək seçkilərin yüksək səviyyədə keçməsi üçün üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqlar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
07 May 16:14
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58

