Azərbaycan dövləti hər zaman ehtiyacı olan insanlara qayğı ilə yanaşır
31.12.2012 [16:14]
YAP Qadınlar Şurasının nümayəndələri Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionatda olublar
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının nümayəndələri 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionatında olublar. Pansionatın sakinləri qarşısında çıxış edən YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva onları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib.
Nurlana Əliyeva bildirib ki, Azərbaycan dövləti, Prezident İlham Əliyev ehtiyacı olan şəxslərə xüsusi diqqət və qayğı ilə yanaşır. Onların rahat yaşaması, ehtiyaclarının ödənməsi üçün lazımi addımlar atılır. Azərbaycanın son illər qazandığı genişmiqyaslı uğurlardan danışan Nurlana Əliyeva qeyd edib ki, Yeni Azərbaycan Partiyası əhalinin müxtəlif təbəqələrinin nümayəndələri ilə, o cümlədən də, ahıl insanlarla, qocalar evində yaşayanlarla mütəmadi görüşlər keçirir. “Bizim arzumuz doğma Azərbaycanımızı firavan, xoşbəxt görməkdir. Arzu edirik ki, növbəti ildə hamılıqla bir yerdə torpaqlarımızın işğaldan azad olunmasını bayram edək, belə bayramları həmin torpaqlarda keçirək. Azərbaycan Prezidenti bu məqsədlərə çatmaq üçün uğurlu siyasət həyata keçirir” – deyə, YAP Qadınlar Şurasının sədri vurğulayıb.
Onun sözlərinə görə, YAP daim müxtəlif layihələr həyata keçirərək qayğıya ehtiyacı olan insanlarla görüşlər keçirir. Nurlana Əliyeva belə görüşlərin bundan sonra da davam edəcəyini deyib.
YAP Qadınlar Şurasının sədri qeyd edib ki, Azərbaycan hökuməti bütün insanlara, o cümlədən, ahıllara həmişə diqqət və qayğı göstərir. Onun sözlərinə görə, bu pansionatın sakinləri üçün lazım olan bütün imkanlar və şərait yaradılıb: “Şübhə yoxdur ki, bundan sonra da bu siyasət davam etdiriləcək. Hazırda sizin üçün yeni bina tikilir və biz görülən işlərlə tanış olduq. Hesab edirəm ki, yeni bina istifadəyə veriləndən sonra sizin şəraitiniz daha da yaxşılaşacaq. Burada yaşayan insanların əhval-ruhiyyəsinin yaxşı olması bizi sevindirir. Bu, bizim hökumətimizin və partiyamızın həyata keçirdiyi siyasətin humanizmindən, insanpərvərliyindən, insanlara qayğısından xəbər verir. Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi siyasətin əsas qayəsi də ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təşkil olunması üçün istifadə edilsin, o cümlədən də, qayğıya ehtiyacı olan bütün insanlar diqqət mərkəzindən kənarda qalmasın. Bizim belə tədbirlərimiz də dövlətimizin, Prezident İlham Əliyevin siyasətinə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın ölkəmizdə həyata keçirdiyi layihələrə dəstək xarakteri daşıyır”.
Pansionat sakinləri də çıxış edərək respublika rəhbərliyinin onlara göstərdiyi qayğıya görə minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, bu gün ölkədə aparılan geniş quruculuq işləri onları da sevindirir.
Daha sonra pansionat sakinlərinə Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının bayram sovqatı təqdim olunub.
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
07 May 16:14
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58

