/ / Azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər
Azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər
14.01.2025 [17:31]
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci il yanvar ayının 7-də yerli televiziya kanallarına müsahibə verib. Qərbi azərbaycanlıların oradan əsassız qovulduqlarını vurğulayan dövlətimizin başçısı əlavə edib ki, onların qayıtmaları üçün tam hüquqları vardır. “Ermənistan özünü bu gün Avropa demokratiyası yolu ilə gedən ölkə kimi təqdim edir. Qoy onu əyani şəkildə göstərsin. Bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana, o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər”.
Prezident İlham Əliyev müsahibəsində qeyd etdi ki, bu məsələ artıq beynəlxalq gündəliyə və beynəlxalq leksikona salınmışdır. Bundan sonra əlbəttə ki, bizim həm qeyri-hökumət təşkilatlarının, həm dövlətin fəaliyyəti ondan ibarət olacaq ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına, orada yaşadıqları kəndlərə, şəhərlərə qayıda bilsinlər və orada yaşasınlar. Bu, bütün beynəlxalq norma və prinsiplərə uyğun olan bir tələbdir.Yerli televiziya kanallarına verdiyi müsahibsəində Prezident İlham Əliyev xatırlatdı ki, indiki Ermənistan ərazisi, demək olar ki, vaxtilə onun mütləq əksəriyyətini təşkil edən hissəsi azərbaycanlıların yaşadıqları tarixi torpaqlardır. 300 min Qərbi azərbaycanlı o bölgələrə qayıtmalıdır. Dövlətimizin başçıxı Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışının indiki şərtlər altında nə qədər real göründüyü barədə sualı cavabında əminliklə “o, bizdən asılıdır. Biz nə qədər fəal olsaq, perspektivlər də o qədər ümidverici olacaq”-cavabını verməklə də düşmənin yuxusunu qaçırıb. Prezident bildirib ki, bu məsələ onun daim gündəliyində olub. Qarabağın işğalı dövründə bu məsələ ilə fəal məşğul olmaq mümkün olmadığı halda belə, o, Qərbi Azərbaycanlılar mövzusunu artıq siyasi gündəliyə gətirib, şəxsi tövsiyəsi əsasında 10 il əvvəl Azərbaycan alimləri elmi əsərlər yaratmağa başlayıb.Azərbaycan 30 il işğal altında olan torpaqlarını öz gücü ilə geri almaqla işğalçıların havadarlarına və eyni zamanda bütün dünyaya öz gücünü-qüvvəsini, yenilməzliyini göstərdi.Cəmi 44 günə Azərbaycan Ordusu, qəhrəman Azərbaycan əsgəri düşmənə diz çökdürdü. Azərbaycan həmişə sülh tərəfdarı olub. Lakin ermənilər və onların havadarları bunu istəmir.Ermənilər bir sıra ölkələrin hesabına silahlanır və şübhəsiz ki, belə silahlanma gərginliyə gətirib çıxaracaq. Ermənilər yenə də onları Azərbaycana qarşı provokasiyalara, təxribatlara təhrik edənlərə inanır.Unudurlar ki, 2020-ci ildə, müharibə vaxtı da, sonrakı dövrdə də həmin ölkələr onlara arxa dura bilməmişdirlər.Şübhəsiz ki, indi də bunu bacarmayacaqlar. Azərbaycan Prezidentinin düşünülmüş siyasəti, ordumuzun yüksək peşəkarlığı sayəsində onlar yenə də məğlub olacaqlar.
Prezident İlham Əliyev Paşinyana da konkret tövsiyə edib: “Mən hesab edirəm, yaxşı olardı ki, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin. Bildiyimə görə, onlar İrəvana da getməyə hazırdırlar. Qəbul etsin, onların dilindən onların problemlərini eşitsin, dinləsin onları. Yəni, onlar oradan əsassız qovulmuşlar. Onların tam hüququ var ki, oraya qayıtsınlar. Əgər bunu etməsə, onda hansı Avropa demokratiyasından söhbət gedir? Axı, Ermənistan özünü bu gün Avropa demokratiyası yolu ilə gedən ölkə kimi təqdim edir. Qoy, onu əyani şəkildə göstərsin”. Həmçinin beynəlxalq qurumlara çağırışlar var: “Eyni zamanda, hesab edirəm ki, ATƏT də bu məsələ ilə bağlı öz mövqeyini bildirməlidir.Biz Avropa Komissiyasından da mövqe gözləyirik. Yəni, sadəcə olaraq, bunu görməzliyə vurmaq düzgün addım deyil. Bu, ciddi problemdir. Bu, yüz minlərlə insanın hüquqlarının bərpası məsələsidir.Bu, insan hüquqları məsələsidir.Bu, ədalət məsələsidir
İndiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların öz doğma torpaqlarına qayıtması onların tarixi-mənəvi, insani və hüquqi haqqıdır.Vətən müharibəsi nəticəsində ərazi bütövlüyü və suverenliyimizin bərpasından sonra yaranan yeni reallıqlar fonunda Qərbi Azərbaycandan olan soydaşlarımızın qayıdışı yeni dövrün əsas hədəf və prioritetləri sırasındadır. Azərbaycanın bu məqsədinə nail olacağına heç bir şübhə yeri yoxdur. Azərbaycana qarşı qərəzli mövqedə olan dövlətlər və beynəlxalq təşkilatlar soydaşlarımızın qayıdışı məsələsinə insan hüquqları müstəvisində yanaşmalıdırlar.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

