YAP Veteranlar Şurasının iclası keçirilib
23.01.2025 [10:48]
Yanvarın 23-də Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının iclası keçirilib.
YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, iclasın gündəliyinə YAP Veteranlar Şurasının 2024-cü ildə fəaliyyətinin yekunları və 2025-ci il üçün Tədbirlər Planının müzakirəsi daxildir.
A.Rəhimzadə qeyd edib ki, ötən ilin ən mühüm hadisəsi fevralın 7-də ölkəmizdə keçirilən prezident seçkiləridir. O, Prezident İlham Əliyevin Zəfər seçkisində möhtəşəm qələbəsinin xalqın iradəsinin ifadəsi olduğunu diqqətə çatdırıb. YAP Veteranlar Şurasının sədri qeyd edib ki, bütün dünya bir daha ölkəmizdə xalq-Lider birliyinin sarsılmazlığına şahid oldu.
A.Rəhimzadə vurğulayıb ki, YAP Veteranlar Şurası 2024-cü il ərzində öz fəaliyyətini partiyanın Proqram və Nizamnaməsi çərçivəsində müvafiq Tədbirlər Planına uyğun həyata keçirib: “Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçlik irsinin təşviqi və Prezident İlham Əliyevin milli maraqlara əsaslanan məqsədyönlü siyasətinin geniş təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, tarixi və əlamətdar günlərin qeyd olunması istiqamətlərində mühüm tədbirlər keçirilib, gənclərlə silsilə görüşlər təşkil olunub. YAP Veteranlar Şurasının üzvləri paytaxt Bakıda və regionlarda keçirilən tədbirlərdə fəal iştirak ediblər”.
2025-ci ilin Tədbirlər Planına gəlincə, YAP Veteranlar Şurasının sədri il ərzində müxtəlif toplantıların, o cümlədən 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar bu istiqamətdə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu və ideoloji məsələlərin daim diqqət mərkəzində olacağını vurğulayıb.
İclasda YAP Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova, Şuranın üzvləri Dilarə Seyidzadə, Zərifə Quliyeva, Adilə Abasova, Əli Həsənov, Tahir Quliyev, Şahlar Əsgərov, Vahid Novruzov, Urxan Ələkbərov, Xeyrəddin Qoca və Zahid Xəlilov çıxış ediblər. YAP Veteranlar Şurasının fəaliyyətinə dair ötən ilin yekunları qənaətbəxş qiymətləndirilib, 2025-ci ilin Tədbirlər Planı ilə bağlı fikir və təkliflər səsləndirilib, müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

