/ / Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib
Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib
16.05.2013 [17:43]
Əli Əhmədov: Bütün proseslərin təhlili onu göstərir ki, Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin namizədliyini birmənalı şəkildə dəstəkləyir
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov belə müşavirələrin ənənəvi olaraq keçirildiyini, bu müşavirələrdə bir sıra əhəmiyyətli məsələlərə dair müzakirələrin aparıldığını bildirib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası ilin sonunda keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı böyük işlər görməkdədir. Partiyanın hazırladığı seçki proqramına uyğun olaraq, bütün rayon və şəhər təşkilatlarında ciddi işlər aparılır. Əli Əhmədov xüsusi olaraq, vurğulayıb ki, artıq xeyli müddətdir ki, YAP-ın bütün strukturları, həm mərkəzi strukturları, həm yerli strukturları xüsusiləşmiş rejimdə işləyirlər. Partiyanın fəalları, rayon təşkilatının əməkdaşları qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsinə səfərbər ediliblər. “Partiyanın fəalları seçki kampaniyasında iştirak etməklə əlaqədar kifayət qədər fəallaşıblar. YAP-ın gənc fəalları seçki kampaniyasının keçirilməsi ilə əlaqədar proqramımıza uyğun şəkildə səfərbər ediliblər. Yəni bütün sahələr üzrə Yeni Azərbaycan Partiyası qarşıdan gələn seçki kampaniyasının yüksək səviyyədə keçirilməsi üçün hazırlıq işləri aparmaqdadır”, - deyə YAP Sədrinin müavini bildirib.
YAP İcra katibi Əli Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının seçki kampaniyasının uğurunu təmin edəcək həlledici amil partiyamızın Sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsidir. Bütün proseslərin təhlili onu göstərir ki, Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin namizədliyini birmənalı şəkildə dəstəkləyir və səsvermə gününə qalan müddət azaldıqca, Azərbaycan cəmiyyətində İlham Əliyevin namizədliyinin dəstəklənməsi əhval-ruhiyyəsi özünü daha aydın şəkildə göstərir: “Təbiidir ki, bu, cəmiyyətimizin seçkiqabağı ovqatının aydın ifadəsidir. Azərbaycan cəmiyyətinin böyük əksəriyyətinin İlham Əliyevin namizədliyini dəstəkləməsi, Yeni Azərbaycan Partiyasının uğurunu təmin edən həlledici amil kimi bizim tərəfimizdən nəzərdən keçirilir. Bu, bizim işimizi əhəmiyyətli dərəcədə asanlaşdırır. Eyni zamanda, biz heç zaman arxayınçılığa yol verməmişik. Yeni Azərbaycan Partiyasının bundan əvvəlki seçki kampaniyalarında uğurunu təmin edən amillərdən biri də ondan ibarət olubdur ki, seçki kampaniyasına həmişə ciddi şəkildə yanaşmışıq və bütün resurslarımızı seçki kampaniyamızın daha uğurlu şəkildə həyata keçirilməsinə səfərbər etmişik. Qarşıdan gələn prezident seçkilərində də bizim həmin ənənəmizə uyğun olaraq, seçki kampaniyasını uğurla başa vurmaq üçün üzərimizə düşən bütün vəzifələri əzmlə yerinə yetirəcəyimizə şübhə yoxdur”.
Daha sonra prezident seçkilərinə hazırlıqla bağlı görülən işlər geniş müzakirə olunub və Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov qarşıda duran vəzifələrlə bağlı müvafiq tövsiyələri partiyanın rayon və şəhər təşkilatları sədrlərinin diqqətinə çatdırıb.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56

