Yeni Azərbaycan Partiyası ilə Koreyanın Seanuri Partiyasının əlaqələri inkişaf edir
25.06.2013 [01:49]
YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Koreya Respublikasının Seanuri Partiyasının nümayəndə heyətinin üzvləri ilə görüşüb
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov partiyanın qərargahında ölkəmizdə səfərdə olan Koreya Respublikasının hakim Seanuri Partiyasının nümayəndə heyətinin üzvlərini qəbul edib.
Qonaqları salamlayan Əli Əhmədov bu səfərin Yeni Azərbaycan Partiyası ilə Koreyanın Seanuri Partiyası arasında əlaqələrin inkişafına töhfə verəcəyini bildirib. 2010-cu ildə YAP nümayəndə heyətinin Seula səfər etdiyini xatırladan Əli Əhmədov bu səfər zamanı partiyalar arasında qarşılıqlı əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumunun imzalandığını xatırladıb. “Bu sənəd çərçivəsində, həmçinin, bizim partiyalar arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılır. Eyni zamanda, hesab edirəm ki, partiyalarımızın əməkdaşlığı Azərbaycanla Koreya Respublikası arasında əlaqələrin inkişafına da öz töhfələrini verməkdədir” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Azərbaycana səfər etmələrindən məmnunluq ifadə edən Koreya Milli Assambleyasının üzvü, Məhkəmə Sistemində Xüsusi İslahatlar üzrə Xüsusi Komitənin sədri Yu Ki Cun hər iki partiya arasında əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu bildirib. 2010-cu ildə YAP nümayəndə heyətinin Seula səfərinin uğurlu olduğunu deyən qonağın sözlərinə görə, Seanuri Partiyasının rəhbəri də həmin səfərdən məmnunluq duyur.
Yu Ki Cun Yeni Azərbaycan Partiyasının V Qurultayının uğurla keçirilməsi münasibətilə öz təbriklərini çatdırıb: “YAP-ın son Qurultayında cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini səmimi qarşıladıq. Düşünürük ki, cənab İlham Əliyev yenidən dövlət başçısı seçiləcək və Azərbaycanın inkişafı naminə fəaliyyətini davam etdirəcək”.
O, ötən illər ərzində Azərbaycanın sürətlə inkişaf etdiyini deyib və Bakı şəhərinin gözəlliyini Seul ilə müqayisə edib.
Hər iki ölkənin münasibətlərinin təxminən 20 illik tarixinin olduğunu deyən qonaq bu müddət ərzində Azərbaycanla Koreya arasında yüksək əlaqələrin qurulduğunu vurğulayıb. “Hazırda bir sıra Koreya şirkətləri Azərbaycanda fəaliyyət göstərirlər. Eyni zamanda, Azərbaycan Xəzər hövzəsində vacib ölkədir və onun neft sənayesi sahəsində böyük təcrübəsi var. Həmçinin, Koreyanın da bu sahədə təcrübəsi mövcuddur. Ona görə də, hesab edirik ki, bu sahədə hər iki ölkə arasında təcrübə mübadiləsinin aparılması əhəmiyyətlidir” - deyə, Seanuri Partiyasının nümayəndəsi qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb. Görüşdə YAP İcra katibinin müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov, partiyanın beynəlxalq əlaqələr şöbəsinin müdiri Asəf Hacıyev iştirak edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17

