Valyuta rejimi təkmilləşdirilib
09.05.2026 [11:17]
Milli və xarici valyutada əməliyyatların aparılması qaydalarında dəyişiklik edilib
Mərkəzi Bankın (MB) İdarə Heyətinin sədrinin imzaladığı yeni qərara əsasən, “Rezidentlərin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişiklik edilib. Belə ki, yeni qərarla Azərbaycana idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə köçürmələrin icrası üçün Nazirlər Kabinetinin xüsusi tapşırığı (qərarı, sərəncamı, müraciəti, dərkənarı) olduqda köçürmə əməliyyatları idxal müqaviləsi, gömrük bəyannaməsi və hər hansı digər sənəd tələb olunmadan icra ediləcək. Bu halda xüsusi tapşırığı təsdiq edən sənədin surəti bankda saxlanılacaq.
Həmçinin, yeni əlavə olunan maddə ilə avans ödənişi müdafiə təyinatlı malların (döyüş təyinatlı hərbi texnika, hərbi silah, döyüş sursatı, onların layihələndirilməsi və istehsalı üçün avadanlıq, dəstləşdirici və ehtiyat hissələr, həmçinin elmi-texniki məlumat, xammal, material və texnologiyalar) Azərbaycana idxalı, habelə bu cür mallarla əlaqədar işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün nəzərdə tutulduqda bu barədə Müdafiə Sənayesi Nazirliyinin məktubu banka təqdim edilə bilər. Bu halda məktubun surəti bankda saxlanılacaq.
Valyutanın ölkədən kənara çıxarılmasına qarşı nəzarət artırılıb
Valyuta rejimi ilə bağlı qaydalar xarici valyutanın Azərbaycana gətirilməsi və ölkədən çıxarılmasının çərçivəsini müəyyən edir və gömrük prosedurlarına əməletməni tənzimləyir. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər müəyyən edilmiş limitlər üzrə xarici valyutanı gömrük orqanında şifahi formada bəyan etməklə yanaşı, müvəkkil banklar və poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə həyata keçirmək hüququna malikdirlər. Bu qaydaların tətbiqi valyuta nəzarətini təmin etmək məqsədi daşıyır və bir sıra hallarda biznes iştirakçılarının fürsətçilliyinin qarşısını almağa xidmət edir. Belə ki, “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na əsasən, ixrac əməliyyatları zamanı əldə olunmuş vəsait 180 gün ərzində ölkəyə gətirilməlidir. Bəzi ixracatçılar ixrac etdikləri mal və xidmətlərin real ixrac dəyərinə uyğun həmin vəsaiti geri qaytarmır, müxtəlif sahələrə yönəldərək faktiki olaraq öz mənfəətləri naminə Azərbaycanın pul siyasəti hədəflərinə, valyuta tənzimlənməsi qaydalarına qarşı çıxırlar.
Azərbaycanın pul siyasəti hədəflərində daha çox valyutanın ölkədə qalması başlıca yer tutur, hökumətin ixracla məşğul olan biznesə dəstəyi, onlara təşviqedici alətlərlə güzəştləri, digər motivasiyaların da əsas məqsədi onların ixrac etdikləri malların dövriyyəsini artırmaq, ölkəyə daha çox valyuta gəlməsini təmin etməkdir. Bu proses müvafiq qaydalar əsasında tənzimlənir. Xarici ölkələrə pul köçürmələri Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında qaydalara əsaslanır. Həmin qaydalar “Valyuta tənzimi haqqında” Qanununa əsaslanır və müvafiq olaraq rezident və qeyri-rezidentlərin Azərbaycanın kredit təşkilatları vasitəsilə aparılan valyuta əməliyyatlarının rejimini tənzimləyir. Qaydalara əsasən, malların, işlərin və xidmətlərin idxalı və ixracı üzrə əməliyyatların müddəti, yəni 180 gün müəyyən olunub. Həmin əməliyyatların hər birinin müqavilə, kontrakt və ya əqd üzrə mənşəyini təsdiq edən sənədlərin hər biri Azərbaycanın gömrük orqanlarının elektron sistemində, eləcə də bank sisteminin reyestrində öz əksini tapır. Eləcə də qeyd edilən əməliyyatlar üzrə ölkədən çıxarılmış valyutanın dəyəri müvafiq qurumların e-sistemində görünür, habelə həmin malın satışından əldə edilmiş valyutanın dəyər və miqdarı ölkənin xarici ticarət balansından aydın olur.
Beləliklə, mövcud çərçivəyə əsasən, sahibkarlar ixrac etdikləri malların satışından qazandıqları valyutanı 180 gün müddətinə geri qaytarılmasını təmin etmirlərsə, həmin fiziki və hüquqi şəxslər barədə müəyyən şübhələr meydana çıxır, bu, kapitalın ölkədən çıxarılması anlamına gəlir.
Ümumilikdə, Mərkəzi Bankın uzaqgörən və çevik siyasəti sayəsində monetar tənzimləmə funksiyaları son illərdə gücləndirilib. Qeyri-rezidentlərin apardığı pul əməliyyatlarının mənşəyi ilə bağlı bir sıra yeni tədbirlər həyata keçirilib ki, bu siyasət “çirkli pulların” yuyulmasının qarşısının alınmasında hökumətin qətiyyətli iradəsini göstərir.
Sənədləşmə sadələşdirilib, avans ödənişi imkanı yaradılıb
MB tərəfindən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda müvafiq dəyişikliklər edilməsi sayəsində fiziki şəxslərin məqsədli köçürmələrinə nəzarət artırılıb. Fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilib, köçürmə formasından (hesab açmadan və yaxud hesab vasitəsilə) asılı olmayaraq 20.000 ABŞ dolları ekvivalentinə qədər aylıq limit müəyyən edilib, həmçinin fiziki şəxslərin təkcə özünün deyil, digər şəxslərin də xaricə səfərləri ilə bağlı nəqliyyat və otel (gecələmə) xərclərini ödəmək imkanı nəzərdə tutulub.
Eyni zamanda, bazar iştirakçılarının rəy və təklifləri nəzərə alınmaqla, idxal olunan mallar üzrə köçürmələr zamanı sənədləşmə prosesi sadələşdirilib, ticarət vasitəçiliyi əməliyyatlarında isə vasitəçi tərəfindən əvvəlcədən köçürmə qaydasında satıcıya 180 günə qədər avans ödənişinin həyata keçirilməsi imkanı müəyyən edilib. Bu zaman vasitəçi müvəkkilə banka ödənişi təmin edən geri götürülməyən akkreditiv və yaxud bank zəmanəti təqdim etməlidir.
Bununla yanaşı, beynəlxalq təcrübə də nəzərə alınmaqla ölkə ərazisində emissiya olunmuş ödəniş kartları vasitəsilə rezident fiziki şəxslərin ölkə hüdudlarından kənarda təqvim ayı ərzində 10.000 ABŞ dolları ekvivalentinə qədər məbləğdə pul vəsaitini nağdlaşdırması müəyyən edilib. Bu mexanizmlər valyuta rejiminin təkmilləşdirilməsini təmin etməklə, biznes iştirakçıları üçün daha optimal fəaliyyəti təşviq etməkdədir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20

