/ / YAP-ın Sədr müavini – İcra katibi Əli Əhmədov Astara rayonunda partiya fəalları ilə görüş keçirib
YAP-ın Sədr müavini – İcra katibi Əli Əhmədov Astara rayonunda partiya fəalları ilə görüş keçirib
04.07.2013 [01:52]
Əli Əhmədov: Yeni Azərbaycan Partiyası iqtidara gəldiyi gündən indiyədək sübut edib ki, onun dayağı xalqdır, xalqın güvəndiyi, ümid etdiyi partiyadır
Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov iyulun 3-də Astara rayonunda YAP fəalları ilə görüş keçirib. Görüşdə oktyabr ayında keçiriləcək prezident seçkiləri ilə bağlı fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələr müzakirə edilib.
www.yap.org.az saytının məlumatına görə, görüşdə YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov görülən işlər və qarşıda duran əsas vəzifələr barədə məruzə edib. Bildirib ki, rayon təşkilatı 150 ərazi ilk təşkilatında 6104 nəfər üzvü birləşdirir. Bunlardan 2289 nəfəri qadın, 2548 nəfəri gənclərdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi respublikanın hər yerində olduğu kimi, Astarada da böyük təntənə ilə qeyd edilib. YAP rayon təşkilatının təsdiq etdiyi tədbirlər planına uyğun olaraq bütün ərazi təşkilatlarında, yaşayış məntəqələrində yubiley tədbirləri keçirilib. Rayonda ilk dəfə olaraq Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans baş tutub. Konfransda respublikamızın tanınmış alimləri ilə yanaşı, Hindistan, Türkiyə, Özbəkistan, Rusiyadan gəlmiş elm xadimləri iştirak ediblər.
Məruzəçi bu ilin oktyabr ayında ölkəmizdə keçiriləcək prezident seçkilərinə hazırlıq işləri, bu məqsədlə partiya üzvləri arasında aparılan iş bölgüsü barədə də ətraflı məlumat verib. F.Əhmədov partiya üzvlərinin, bütövlükdə rayon seçicilərinin yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildirib.
Fəallarla görüşdə çıxış edən YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələrdən və son on ildə qazanılan uğurlardan danışıb. Bildirib ki, ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin həyat şəraiti ilbəil yaxşılaşır. İcra katibi bütün bu uğurlara əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində nail olunduğunu bildirib.
Ə.Əhmədov çıxışında qeyd edib ki, “hakimiyyətin mənbəyi xalqdır” ifadəsi bu gün daha aktual səslənir. Çünki qarşıdan prezident seçkiləri gəlir və seçkidə iştirak edən bütün siyasi qüvvələr yalnız xalqa söykəndiyi haqda fikir yürüdürlər. Amma Yeni Azərbaycan Partiyası iqtidara gəldiyi gündən indiyədək sübut edib ki, onun dayağı xalqdır, xalqın güvəndiyi, ümid etdiyi partiyadır.
Partiyanın Sədr müavini əlavə edib ki, siyasi partiyalar bütün zamanlarda xalqa söykənməli, xalqa arxalanmalı və xalqın dəstəyini qazanmalıdır: “Bu gün “Milli şura” adı altında meydana artılan qüvvələrin xalqın dəstəyindən məhrum olduqları gerçəklikdir. Məhz buna görə də, “Milli şura” adlı qurumda təmsil olunanlar xarici qüvvələrə sığınıblar və onların diqtəsi ilə hərəkət edirlər. Xalqa söykənməyən qüvvə məhvə məhkumdur və onların heç bir gələcəyi yoxdur. Azərbaycan xalqı belə qüvvələri heç vaxt dəstəkləməyəcək”.
YAP-ın İcra katibi çıxışı zamanı gənclərə öz tövsiyələrini də verib. Bildirib ki, fəal gənclərin, qadınların potensialından, ziyalı insanların və ictimaiyyət arasında böyük nüfuza malik ağsaqqalların qüvvəsindən maksimum istifadə olunmalıdır.
Tədbirdə rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, YAP Astara rayon təşkilatı Qadınlar Şurasının sədri Aygül Məmmədova və rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək dövlət başçısının rəhbərliyi altında həyata keçirlən kompleks tədbirlərdən danışıblar. Astaralıların qarşıdan gələn prezident seçkilərində İlham Əliyevə yekdilliklə səs verəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15

